Novruzda yaşadıqlarım - guler19 (1)

Müəllif: arzum-aysum
Şərhlər: 18
Baxılıb: 2 560
Səs ver:
(səs: 5)

Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. :ponpon: Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. :ates: Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi çoxxx gözəl adətlərdi  bunlar.  Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.

 Ona görə bu il də bayram ərəfəsində sizlər üçün keçən ilki ,,Mənim Novruz xatirələrim,, adlı layihəmin davamı olaraq belə bir layihə hazırlamaq fikrinə gəldim. :komp: ,,Novruzda yaşadıqlarım,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  

 

 Baxın görün Novruzda gülməli və maraqlı hadisələr yaşayan hansı bacımız ilk qonağımdı...

 
 Novruzda yaşadıqlarım - guler19 (1)    guler19    
 
"Bütün Qadınlar.biz bacılarımı Novruz bayramı münasibəti ilə təbrik edirəm. Arzum budur Novruz bayramında bütün qızların qüssə-qəmi yox olsun, sevgi dolu bir Novruz qarşılayaq, qoy bu baharın qədəmləri xoş olsun hamı üçün amin. Bu bayramda bütün küsülülər barışsın, hamının çaydanı isti, süfrələri bol, qazanları isti olsun... Qoy bu təravətli Novruz bayrami süfrənizi ruzu, qəlbinizi isə xoş hisslərlə doldursun. Sağlamlığımız möhkəm, arzularımız sonsuz, umidlərimiz gərçək olsun! Novruz bayramınız mübarək olsun əziz Qadınlar.biz bacılarım 

Bir gün bayrama az qalmış nənəmlə oturmuşduq nənəm başladı qonşulardan başına gələn gülməli hadisələri danışmağa. Dedi bala bir gün babanla oturmuşduq qonşu təzə gəlin idi. Nənəm bu təzə gəlini çağırıb deyib təzə gelinsən bir şirinlik kanfetindən gətir çay içək Təzə gəlin də deyib baş üstə gedib bir yekə qab kanfet gətirib birin açıb nənəmlə babamın yanında yeyib o biriləridə veribki siz yeyin bu day gedib. Nənəm qəşəng çay dəmləyib istəyib kanfetdən birin aça görüb birinin içində daşdı birində kömürdü batdaqdı ölüblər gülməkdən :122: 
Nənəm danışıb qurtarandan sonra məndə uşağam ağlıma bir fikir gəldi. Getdim zibillikdən kanfet kağızların yığdım qəşəng sildim təmizlədim arasına daşdan palçıqdan yığıb getdim bulara gördüm təkdi. Dedim ala bu kanfetləri nənəm gönderib verib :122: qaçdım. Buda açıb görüb birində daşdı palçıqdı nənəmlə yaxşı dalaşdılar :122: sora bildilərki mən eləmişəm uşaqdı deyib barışdılar :122:

Bir dəfə də məktəbdə qızların biri duzlu kökə gətirmişdi. Dedilər axşam ye yat yuxuda qismətini görəcəksən məndə axşam yedim ölmüsdüm o günü qismətimi görəcəkdim ama mən sudan birdə nənəmdən başqa heçnə görmədim :122: heç yata bildimki hər dəyqədə su içirdim :122:

Çərşənbələrdən biri idi ... Qonşularla yığışdıq böyük bir tonqal qaladıq. Hoppanmaqda növbə mənə çatanda elə hoppanırdım ki, bir də gördüm qonşunun evinin üstü yanır. Tez qaça-qaça getdim buları möhkəm çağırdım dedim bəs belə belə... Qonşu cavabıynan məni yandırıb tökdü ki, nə var a gülər biz dedik hamı tonqalı yerdə yandırır" bizdə dedik fərqlilik eliyək evin üstündə yandıraq tonqalı. :122:
 
   
 

Canım mənim, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri bol olsun .... AMİN!...

(səs: 5)
Şərhlər: 18
Baxılıb: 2 560
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri