Mən və O - Admin ilə maraqlı müsahibəm

Müəllif: Antikvar
Şərhlər: 23
Baxılıb: 2 581
Səs ver:
(səs: 9)
1.Salam saytımızın ciddi ,bəzəndə yumor hissli Admini suallarımı cavablandırmamışdan öncə özünüzü birdə təqdim edin , onsuz sizi tanımayan yoxdu adətdəndi ilk sözə başladığımız zaman qarşı tərəfin kimliyini öyrənmək)Buyurun söz sizindi indi.
- Salama salam) Təqdimata ehtiyac yoxdu deyirsiz, həm də təqdimat istiyirsiz?) Qərarsızlıq ən pis vərdişlərdəndi nəzərə alın)
Məmmədov Vüsal, proqramçı, 28 yaşdan gün alıram deyəsən)) Ünvana gərək yoxdu))

2.Şəxsi həyatınızdan sual vermək istəməzdim ,bütün bunları kənara qoyub əsasən düşüncənizi ,fikirlərinizi önəmsədiyimiz üçün cəmiyyətdən ətrafdan olacaq suallarım.
Sizcə hər anda, saniyədə,dəqiqədə xoşbəxtlikdən,həyatdan narazı olanlar bunu özlüyündə etirafı azmış kimi birdə qələmə almaları hətta netlərdə belə etiraf etmələri..sizcə buna səbəb nədi,insanlar niyə xoşbəxtliyi həyatın gözəlliyini başqa yerlərdə axtarmaqdadır?Cəmiyyətdə olan insanların (bəziləri)bu pessimistliyə vadar edən hansı amillərdir?
- Zənnimcə həyatdan narazı olanlar həyatdan deyil özlərindən narazı olsalar o zaman həyatlarından narazı olmazlar. Hamı hər şeyi atır zamanın, həyatın üstünə) Heç kim demək olar üzərinə yük götürmək istəmir. Netdə yazmağa gəlincə isə özünə qapanıb xəstəlik tapacağına anonimliyi qorumaqla bu mənfi fikirləri yazmaqla özündən xaric etməsi məncə daha məqsədə uyğundu.
İnsanları pessimistliyə vadar edən birinci qorxudu, ikinci isə əldə edə bilməmək...

3.Son günün qlobal sözlərindən deyərdim"Xəyanət",kimiləri dost xəyatindən danışır,kimiləri isə ailədə olan xəyanətdən,bilirəm subaysız amma dünya görünüşünüzə əsaslanaraq sizə bu sualı vermək istərdim,kişi niyə qadınına xəyanət edir?Sizcə buna səbəbkar qadınıdırmı?Daha sonra son zamanlar qadınlar da bu xəyanət mövzusunda ərlərindən geri qalmır(bəlkədə kişiləri belə ötüb keçiblər))Qadın xəyanətinin səbəbi olmaz deyirlər ,sizdə bu fikir ilə razısız?
- Bu barədə uzun-uzadı fikirləşmək mənasızdı mənə görə. Kişi xəyanət edirsə demək alçaqlığı özünə şərəf bilir, qadın xəyanət edirsə pozğunluğu özünə namus bilir. Hər 2 tərəfdə "canı cəhənnəmə" :)) Siz heç xarab meyvənin yenidən ilk günki kimi təzə olduğunu görmüsüz?) O cür insanlar da xarab canlılardı. Düzələn deyillər)

4.Kənddən gəlib bir neçə ay yaşayıb sonra yaşadığı böyüdüyü yeri bəyənməyən insanlarımız var bu günki gündə ,buda azmış kimi birdə məxsərəyə qoymaqları var bir misal yadıma gəldi(bişmiş toyuğun gülməyi gələr onların görünüşlərinə)siz necə düşünürsüz belə insanların ağılları geridəmi qalıb ya inkşafmı edib?)Bilirsiz niyə inkşaf edib sualını verdim?Onlar özlərinə inkşaf etmişik deyirlər)
- Keçmişində ayıbı olmayan keçmişini pisləmir heç bir zaman. Əgər pisləyirsə demək "gözəl" xatirələri var orda... O xatirələrdən qaçır... Özünü azad hiss etməyə çalışır.

5.Sonuncu dəfə vətənimdə olanda bir qadınla maraqlı bir söhbətim oldu,bu sual məni çox düşündürdü cavab vermək istəmədiyimi desəmdə məcburən cavab almaq istədilər,bu verdiyim sualda sizində fikrinizi bilmək istərdim.
Dediklərinə görə bir yanan yer olur, ora qardaşın,yoldaşın və övladın düşür sənədə bir haqq verirlər ora düşən sevdiklərindən birini çıxartmaları üçün mən birini seçdim amma cavabımın düzgün olmadığını dedilər,mənə maraqlıdı (Allah eləməsin)siz seçim qarşısında qalsaydız hansı seçərdiz?
- Qardaşı seçərdim. Çünki nə yoldaşa övladın yandı, nə övlada anan yandı deyə bilmərəm.

6.Necə düşünürsüz səbrli insansız?Səbirlisizsə burdan səbirsiz olan insanlara hansı məsləhətləri verərdiz?
- Əgər işimə gəlirsə səbrimə doyum yok türklər demiş) Yox əgər işimə gəlmirsə o zaman səbrimi boşuna sərf etmirəm. Səbrsiz davrana bilirəm (necə deyərlər akışına bıraxıram).

7."Sevgi"indiki gənclərin başına bəla olan hiss))Bəzilərini gözü yaşlı qoyur,çox az faizini isə xoşbəxt sonluqla gözəl həyat yaşamasına səbəbkar olur.Ağladan tərəf ən çox oğlanlarımızdı,bir əks cins nümayəndəsi olaraq siz hansı tərəfdə olmaq istərdiz?Siz sevgi hissini necə açıqlaya bilərsiz gənclərimizə və bununla bərabər bir neçə məsləhət verə bilərsinizmi?
- Bu yaşıma kimi mənim başa düşdüyüm sevgini heç kimdə nə görməmişəm, nə eşitməmişəm. İnsanların düşündüyü sevgi isə mənə görə sadəcə bir hiss-dən o yana deyil) Ağlatmağa gəlincə ilk başlarda olan şeylərə deyil nəticəyə odaklanmaq daha məqsədəuyğundu. Onsuz da oğlan ağlatdığı qızı alırsa, ailə qurandan sonra qız onu elə ağladır haa))))) Ya da əksinə))

8.Bir aralar səfh eləmirəmsə keçən illəri idi,satirik şeirləri bölüşürdüz saytımızda ,bundan məlumuydu sevirsiz bu tərz şeirlər,əyər bir bəndini bölüşmənizi istəsəm hansı satirik şeiri yazarsız?Müəllifinidə qeyd edərsiz hansısa user bəyənibdə sonradan sizin sahənizdə oxuya bilsinlər deyə)
- Saytda var o şeir linki verim)
http://qadinla.com/heyat-terzi/sheir/40424-bizim-qiz-satirik-seir.html

9)Bilirəm siyasətlə bağlı sualları elədə sevmirsiz,amma yenədə çox açıq şəkildə yoxda, üstü qapalı bir sual verəcəm)İyirmi ildən çoxdu torpaqlarımız alınacaq deyə millətə səslənirlər,yəni bir gün bu boşu-boşuna səslənən bu sözlər reallaşacaq?Alınmamaqda səbəbkar və səbəb kimlər və nədi desəm necə cavablayarsız?
- Hüquqi şəxs olduğuma görə bu sual məndən yan keçər) Soruşmadız sayın)

10)"Hüqüqlarımız qorunmalıdır",bu söz bizim xalq üçündə keçərlidirmi?O hüqüqlar niyə pullu insanlar üçün var ,kasıb insanlardan uzaqdır?
- Böyük məsələlərdə siz deyəndi, ancaq çox da böyük olmayan məsələlərdə əgər kasıb hüquqlarını həqiqətən dolğun bilirsə, o zaman haqqını ala bilir. Sadə misal verim özümdən. Hamı yol polislərdən giley edir də ay belədilər elədilər. Məni bugünə kimi bir neçə dəfə polis saxlayıb, amma 1 dəfə də olsun cərimə yaza bilən olmayıb)) Amma mən də digər 90% sürücülər kimi olsam hər dəfəsində xamlıyıb mənə də cərimə yazardılar.

11)Saytımızda son zamanlar hicab geyimində xəbərlər çox yayımlanır düzü həmən xəbərlərə baxdığımda üzülürəm, müsəlmanlığa aid olan bir tək bu geyimidə"Hicab modasına"çeviriblər,siz necə düşünürsüz əsl hicab budumu,ayaqları görsənəcək şalvar,bədənini sıxacaq köynək,boynu çöldə qoyacaq baş bağlama budurmu hicab?
- Saytda hicab yox örtüklü geyimlər bölməsi var. Örtüklü geyim isə hicab demək deyil. Hicabdan danışmağa başlasam aylarla danışaram. Axırda hamı ya deyəcəklər VC dəli olub ağlı zaylayıb)) Ya da gedib özlərinə nifrət edəcəklər ki, biz nə anladıq bu illər ərzində.
Bilirsiz niyə belə deyirəm?) Çünki heç bir kitabda, yaxud hansısa alimin dilindən hicabla bağlı tam informasiya eşitməmişəm. Nə də eşidənini görməmişəm. Hər ölkənin adamları özlərinə sərf edəcək şeyləri deyirlər. 
Qısaca bircə kəlmə ilə onu deyim ki, Hicab tək geyim deyil.

12)Qadınların xəyal gücü nədir?İnanıram bu sualın cavabı çox uzun və maraqlı olacaq)
- Cavab uzun olmayacaq təəssüf ki) Çünki bu yaşıma kimi xəyal qurmamışam və xəyallar aləmində yaşamamışam. Qadınlar isə niyə xəyal qurar onu heç anlamış deyiləm)) Reallığı qəbul edib, reallıqla barışıb, reallığı yaşamaq varkən xəyallarda nə işləri var?!)

13)Belə dramatik,yorucu suallardan sonra biraz əhvalınızı açacaq maraqlı sualım olacaq.İlk öncə maraqlıdı tapmacaları məktəb vaxtları necə sevirdinizmi cavabını tapmaqda çətinlik çəkirdiz ya asand olardı?)
Bazarda tapılmaz,
Tərəzidə çəkilməz.
Baldan şirindi,
Amma yeyilməz))
Cavabı?:

Yarpağı var ağac deyil.
Tikilir ,paltar deyil
Danışır adam deyil
Cavabı?:

- Buların cavabına google əmidə baxsam siz inanassız, mən özümü aldatmış olacam)) Amma tapmacanın T-sinə belə hazz etməm)) Amma cavab atım da bəlkə tutdu)) Birinci yəqin övlad olar (amma övladı tərəziyə çıxarmaq olur axı)))) İkinci də kitab olacaq. İlk 2 sətrinə baxmasam "Danışır adam deyil" sətrinə baxsam kitabdı)

14)Mammadov V.C dedikdə həyata,çevrədəkilərə,baxışı necədi?Sizi siz edən nədir gücünüzmü,bacarığınızmı,yoxsa həyatda qazandıqlarınız uğurlarmı?
- Çevrəmdə ailəmdən başqa 2-3 adam var. Onlardan ətrafa baxmıram maraqlı deyillər nədənsə) Həyata baxışım isə normal insanlardan 99% tamam fərqli olduğundan və onların həyata baxış formaları ilə mənim baxış formam ziddiyyət təşkil etdiyindən subayam)))))
Məni mən edən məncə güc, bacarıq və s. bu kimi şeylər deyil. Məni mən edən bircə fərqliliyimdi))) Digər şeylər çünki çox adamda var. Amma o şeylərə sahib olub da məni kimi ağlı gidik olan yoxdu)))

15)Mənim üçün dəyərli olan bir insanın sözü yadıma düşdü,"Pul görməyən insanın əlinə pul düşsə nə davranışını bilir nədə istifadə etməyini"bəzi anlarda məndə razılaşıram bu fikir ilə.Sizcədə bu deyilən söz doğrudu?
- Bu sözü 2 cür adam işlədir. Bir pulu əzəlindən bugünə kimi olmayan, bir də ciddən pulu görüb həyat tərzini dəyişib sevincərək olanlar)
Bu sözlə isə tamamən razı deyiləm. Çünki 13-14 yaşıma qədər pul görməmişəm) Pulu isə kimsə mənə göstərməyib (yəni müftə əlimə pul gəlməyib). Özüm ağlımı işlədib pulu əldə etmişəm. Zərrədə olsun davranışımda və s. dəyişiklik olmayıb. 13-14-də nə idimsə, indidə eləyəm.

16)Artıq müsahibənin sonuna yaxınlaşırıq ,ümid edirəm bəyənərsiz sualları çalışdığım qədər sualları düşünüb sizin öhtənizə vermişəm)Hansı useri bəyənirsiz suallarını vermədim ,cavabını mənlə bərabır digər userlerde bilirlər.Bir saytın Admini olaraq nə arzunuz və sözünüz varsa buyurub bildirə bilərsiz,bununla bərabər özünüzdən yaşca balaca xanımlara məsləhətiniz də varsa onuda qeyd edin kim istəsə qulağında sırğa edib lazım olan vaxtlar istifadə edər ,kim istəsə etməz əsas odur siz böyüklüyünüzdən qalmayın:)
- Xəyal qurmadığım kimi arzu da tutmuram)) Sadəcə məqsədlər qoyuram qarşıma və o məqsədlərə çatmağa çalışıram. Bəzən olur çata bilirəm, bəzən çata bilmirəm. Məqsədlərimi isə reallaşmadıqca kimsəylə bölüşmürəm (təbiətim deyil). 
Saytla bağlı və saytdakı xanımlarla bağlı isə onu deyə bilərəm ki, 8-10 istifadəçinin saytda olması zənnimcə uğurlarımız siyahısına düşə biləcək istifadəçilərdi. Həm aktivlikləri, həm özünü apara bilmələri, həm hörmətləri... Qalan istifadəçilər isə hələ tam püxtələşməyiblər mənə görə. Yaşı az olanlar isə həmişə demişəm əsas dərslərinə üstünlük vermək əvəzinə sayta üstünlük verib, bununla "ay görürsüz mən saytı necə sevirəm" imajı yaratmağa çalışırsa, əmin olsun ki, əks imajı yaradır. 
İstifadəçilərin sayı çoxalıb deyə dəqiq yadımda deyil üzrlü hesab edəsiz gərək) Amma burda bir istifadəçi bir dəfə mənə yazdı ki, mən sayta 1 il girəmməsəm nikimi siləssiz? Mən də yazdım ömürlük gedilirsə silinir. Yox əgər qayıdırsa, silinmir. Yazdı yox arada girəcəm, amma şərh falan yazmayacam çox. İnstituta hazırlaşım, daxil olum sonra gələcəm.
Bilmirəm indi həmin user sayta daxil olur ya yox amma mənə fb ünvanına yazmışdı ki, tələbə oldum))) Bu daha gözəl imajdı məncə. Nəinki aktiv user imajı.
İndi bəzi userlər deyəcək bu necə admindi)) Userləri saytdan soyudur)) Artistlik etmək mənə görə deyil. Dolğun addım nədirsə o addım atılanda mənə zövq verir. Əks addım sadəcə vaxtımı alır, sinirimi pozur)

Dastan yazdırdız özəl günümdə mənə)))) Nəyisə əskik yaxud qaranlıq yazmışamsa sual verilə bilər. Deyilənə görə biraz qəliz insanam (danışıq və yazı tərzinə görə elə deyir çoxusu). Məndən bu qədər...
(səs: 9)
Şərhlər: 23
Baxılıb: 2 581
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri