Dəyərli Qadinlar.biz ailəsi indi "Ona sevgi məktubum" adlı
layihəmlə sizin qarşınızdayam. Ona eşqinizi ən qözəl və romantik
sözlarlə izah edən məktubunuzı yazın. Bu layihəyə hər kəs qatıla bilər.
Həyət yoldaşınıza, sevgilinizə, nişanlınıza və hətta sözlünüzə eşq
məktubunuzu şəxsi mesajla mənə yazaraq bu layihəyə qatıla bilərsiz.
Qonağımız rəmsə
Salam canım ilk öncə məni də layihə nə dəvət etdiyin üçüb
təşəkkür edirəm.Mən sevgi məktubu yox kişilərə müraciət etmək
istədim.Düzdü bura qadınlar saytıdı ama yazmaq istədim yenə də.Buyurub
oxuya bilərsiz:Qadınları sevin.Üstündən yemək qoxusu gələnləri,makiyaj
üçün zamanı olmayanları deyirəm,sevin.Bazarlığını edib,əziyyətini çəkib,
yemək bişirən,sonra sənin bir kəlimə ''çox dadlı düşüb'' sözünə əriyən
qadınlardan danışıram,onları sevin.Sən yemirsənmi ana soruşsan, ''məni
iy tutdu'' deyən qadınları deyirəm,sevin.Bir sorğu aparılmış.''Uşaq
doğularkən öləcəyinizi biləsiniz o uşağı yenə də doğarsınızmı?''Kişilər
yox,qadınım yaşasın ,qadınlarsa uşağım yaşasın demiş,qadınları sevin.
Daha övladı dünyaya yenicə göz açmışkən ona gətirilən hər hədiyyəyə
''bunu qızıma çehiz qoşaram'' dəyən qadınları deyirəm, sevin. Kişilərin
iş rejimi dəyişməz. 9.da başlayar,7 civarında bitər.Nə gecəsi,nə də
gündüzü olar qadınların .Bunun baxçası var,bunun məktəbi var,bunun təmiz
əyni-başı var,bunun valideynlər iclasında insan üzünə çıxması
var,qadınları sevin.Kişilər qürur küpüdürlər biruzə verməzlər. Bunun
neçə il öz evində əzab-əziyyətlə böyütdükdən sonra başqa bir evə gözü
yaşlı gəlib yola salmağı var,qadınları sevin.Evindən buraxmaqla
bitdimi?O evə az qala gündə iki dəfə zəng edib qızım nəyin var,nəyin yox
deməsi var.Filanca şeyim əskik dəyərmi qızlar?Həyatı boyu.''Burda hər
şey çox yaxşıdı ana''.Çox nadir dilə gətirirlər qadınlar hansısa bir
çatışmamazlıqlarını,qadınları sevin. Elə sevin ki,onlar ana qucağına
sizə dəyişdirdiklərini peşman olmasınlar. Qadınları sevin,sevməsəniz də
özünüz bilərsiniz.Onlar yenə də sizi sevəcəklər...