Xatirə dəftəri - Lola_Moya_ (41)

Şərhlər: 19
Baxılıb: 2 575
Səs ver:
(səs: 11)
Salam saytımızın dəyərli xanımları.Yəqinki xəbəri görəndə təccübləndiniz çünki zamanında ruzgargülüm xanım müəllif olaraq hazırlayırdı bu xəbəri.Bu gündən mən davam etdirəcəm.Davam etdirdiyim layihədə müsahibim Lola_Moya_-dur. Buyurun cavablarla tanış olun. 
 
1. Soyadınız Adınız?
Bağırlı Mətanət

2. Doğum Tarixiniz?
31.10.1995

3. Bürcünüz/iliniz?
Bürcüm-əqrəb.İlim-qaban

4. Ən böyük arzunuz?
Sevdiklərimi hər zaman mehriban,gülərüz,xoşbəxt görmək və hər birinin yanımda olmasıdır ən böyük arzum.

5. Ən yaxın dostunuz sizi haçansa satıb/yalan deyib?
Hər kəsi dost seçmirəm.Bu vaxta kimi bir dostum olub qrup yoldaşım.Heç vaxt nə yalan deyib,nədə satıb.

6. 5-inci sinifi hansı qiymətlərlə qurtarmısınız?
5-ci sinifə kimi hamı yaxşı qiymətlər alır əsas ondan sonradı)).Məndə 5-lə qutarmışam.

7. Həyat sizcə maraqlıdır?
Həyat əlbətdə maraqlıdır.Özümüz öz həyatımızı maraqsızda edə bilərik maraqlıda edə bilərik.Həyata gərək hər zaman gözəl baxasan.

8. Möcüzəyə inanırsınız?
Əlbətdə inanıram.Allahın yaratdığı hər şey möcüzədir.

9. Yenidən uşaq olmaq istərdinimzi?
Kaşki bir günlükdə olsa o günlər qayıda bilərdim.Uşağlığım çox gözəl keçib.Ən çoxda darıxdığım anam bizi çöldən evə güclə gətirirdi.Oynadığımız oyunlar heç yadımdan çıxmaz.

10. Dünyaya yenidən gəlməy istərdiniz?
İstəməzdim şükürlər olsun həyatımdan narazılığım yoxdu.Belə gözəl ailəm,sevdiyim və yaxınlarım var.Elə bir səhvimdə olmayıbki,deyim kaş yenidən gələrdim dünyaya.

11. Həyatda kimə və nə üçün minnətdarsınız?
Allahıma minnətdəram mənə belə gözəl ailədə doğulmağı nəsib edib.Atama,anama minnətdaram məni sevgi dolu,hörmətli bir ailədə böyüdüblər.Bacı və qardaşlarıma minnətdaram hər zaman bacı və qardaş sevgisini yaşadıblar mənə.Sevdiyim insana minnətdaram saf və təmiz sevgisinə görə.

12. Necə insanları xoşlayırsınız?
İnsan kimi insanları

13. Sizcə gözəllik nədən başlayır?
Gözəllik insanın daxilindən başlayır.Gözəl ürəyindən,həyata baxışından,sadəliyindən başlayır.

14. Dünyanın hansı şəhərlərində olmaq istərdiniz?
Gəzib,görmək istədiyim çox yerlər var.Bölgələrimizi qarış-qarış gəzib,görmək istərdim.Uşağlığdan ən çox marağımda olan və olmaq istədiyim şəhərlər isə İstanbul və Parisdir.

15. Sayta girən kimi ilk kimin saytda olub-olmadıgına baxırsınız?
Heç kimə baxmıram amma şərhlərdən hər zaman baxıram kim var,kim yox.

16. Saytda özünüzü ən çox kimlə yaxın hesab edirsiniz?
Ad yazmayacam)Bir neçə yaxın qızlarımız varki,tez-tez danışıb,dərdləşirik.

17.Saytda kimin xəbərlərini böyük maraqla oxuyusunuz?
Sayta yayımlanan xəbərlərin çoxunu demək olar hamısını böyük maraqla oxuyuram.Amma bir neçə user varki,onların xəbərləri daha maraqlı olur mənim üçün.

18.Kimin bu saytda olması sizi qıcıqlandırır?
Elə biri yoxdur.

19.Saytda ən çox sizi nə cəlb edir?
Sayt özü elə ümumilikdə cəlb edir məni.

20.Nə kimi təklifləriniz var saytda?
Hər şey çox gözəl düşünülüb sayta.Elə bir təklifim yoxdur.

21.Kimin şərhlərini hər xəbərdə oxuyursunuz?
Hamının şərhlərini oxuyuram hər xəbərdə.Maraqlıdır mənə digər xanımlarımızın fikirləri.

22. Nə üçün məhz Qadınlar.biz?
Elə Qadinlar.biz olduğu üçün.

23.Bu saytda sizə nə maraq doğurur?
Ən çox saytda maraq doğuran yarışmalar və lahiyələrdir.

24.Saytdakı ən yaxın dostlarınız?
Var amma yenədə ad yazmayacam.

25.Özünüz haqda qısa və tam!
Ciddi,mehriban,özünə güvənən,çox kövrək,tez əsəbləşən və haqsızlığa dözməyən biriyəm.(Guya qısa və tam oldu cavabım:))

26.Burada hansısa bir haqsızlıq görmüsüz?
Heç bir haqsızlıq görməmişəm bu günə kimi.

27.Saytda başınıza gələn maraqlı bir hadisə
Hələki elə bir maraqlı hadisə olmayıb..

28.Sayta olan ürək sözləriniz
Allah uzun ömürlü etsin saytımızı.Adminlərimizi saytın başından əksik etməsin.Hər zaman Birİnci sayt olaraq qalsın.

29.Baş Admindən Razısız ?
Əlbətdə saytımızdakı bütün adminlərdən razıyam nəinki baş admindən,belə bir saytı istifadəmizə veriblər.Allah razı olsun.

30.Həyatda ən çox kimə inanırısınız?
Ailəmə inanıram.

31.İki dostun hakimi olardınız,yoxsa iki düşmənin(fikirləşməyə dəyər)
Əsl dostlara hakim lazım deyil.Düşmənin hakimi olub düşmənçiliyə son qoymağa çalışardım.

32.Həyatınızda əsas məqsəd nədir?
Sevdiyim insanla gözəl,nümunəvi ailə qurub,Allah qismət eləsə övlad sahibi olub,onları dinimizə,dövlətimizə,ailəmə layiq vətəndaş kimi yetişdirmək.

33.Gələcəydə özünüzü kim görürsünüz?
Gözəl sualdır:)Müəllim kimi görürdüm..(şükürlər olsun çox qısa zamanda olsa müəllimə kimi gördüm özümü.Çox gözəl və məsuliyyətli bir hissdir).Və Onun xanımı kimi,gözəl ana kimi,ailəsini hər şeydən çox sevib və qoruyan bir xanım kimi görürəm

34.Bir gün Sayt bağlansa (ALLAH ELƏMƏSİN) kim(lər) üçün darıxarsız və kim(lərlə) münasibətiniz həmişə qalar?
Allah eləməsin.Əgər elə bir şey olsada çox darıxaram sayt üçün.Çünki,bir gün girməsəm qala bilmirəm.Danışıb,dərdləşdiyim qızlar üçün darıxaram.
(səs: 11)
Şərhlər: 19
Baxılıb: 2 575
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri