Salam, Qadınlar.Biz saytının xanım-xatun qız gəlinləri.Ani ağlıma
gələn bir layihəni sizlərə təqdim etmək istədim.Sağolsun, Adminimizdə
razılıq verdi və bir an öncə başlamağa qərar verdim.Aznetdə azdan-çoxdan
fəal olan biri kimi deyə bilərəm ki,mən bu mövzuda layihəyə heç bir
saytda rast gəlməmişəm. Maraqlı alınacağına inanıram.Keçim layihəmin
məzmununa.Qorxunc layihə ilə gəlirəm :eh: )))Fövqal-təbii qüvvələrlə
bağlı olacaq.Cəmiyyətdə hec bir zaman birmənalı qarşılanmayan
mövzulardan biri,bəlkə də birincisi.Kimlər inanar,kimlər psixoloji
haldır deyib keçər və s.Ancaq hər nə qədər inanmasaqda belə hekayələr
eşidəndə ildırım surəti ilə qorxu dolu titrəmə keçər vücudumuzdan.Gözə
görünməz mifoloji varlıqlar,kiminin cin kiminin ruh adlandırdığı və
s.bunlarla bağlı mistik hadisələr kimin başına gəlibsə mənə şəxsi
ismarıc vasitəsi ilə ətraflı şəkildə yazıb göndərə bilər.Ancaq yuxuda
gördükləriniz olmasın.Yuxu ilə bağlı olsa direk copy edib arzum_aysuma
göndərəjəm)))Çünki bu onun layihəsidir,malı mala qatmayın))
Elə ilk iştirakçımızda saytımızın sevimli qızı Tomris Müslümovadır.Çox sagolsun,müraciət edən kimi işıq surəti ilə yazıb göndərdi əhvalatını.Yazdığı mistik hekayəni gəlin birlikdə oxuyaq.
Salamlayıram hər kəsi.Bu mistik layihədə sizləri xoş gördük.Xeyirli-uğurlu olsun bacım layihəniz Keçək mətləbə.
Belə
mistik hadisələr insanlardan yan ötüşmüyə bilməz.Hamının başına gələ
bilər.Bizim ailədə isə çox tez-tez baş verir.Mənim ata nənəm atamın
toyunu görməyib.Özüdə bir ana olub bir bala.Bu evədə sonrada
köçmüşük.Deməli biz balaca olanda atam hər axşam işdən gələndə qaçıb
gizlənirdik.Atam gələn kimi hərə bir tərəfdən çıxırıq.Onu qorxuzaraq
qarşılayırdıq.Bir axşamda eşitdik ki,qapı açıldı və örtüldü.Yerə nəsə
atıldı.Atamda sənəd fialn gətirir evə.Gələn kimi yorğun olur deyə atır
qapının ağzına.Bu səsləri həmişə olduğu kimi eşitdik.Özümüzdə
zalda.Atamın dayısı arvadıda bizdədi.Gördük ayaq səsləri və kuxnanın
qapısı açıldı.Bizdə gizlənmişik ki,atadı.Gördük yoxee gələn kimdirsə
gəlib çıxmır.Mamam durdu qapını açdı ki,heçnə yoxdu evədə heçnə.Nə ata
gəlib nə kimsə.Hamı donmuşdu bir-birinə baxırdı.Nənəmin ilində evə molla
gəlmişdi soruşduq dedi ola bilər onun ruhudu tez-tez gəlir bu evə.Bu
belə.
Cavan
bir dayım rəhmətə getmişdi.Biz uşaq idik.Heç 40 çıxmamışdı.Səhər olub
ata işə,bizdə məktəbə getmişik.Mamada uzanıb divana ayağının üstünədə
balaca dökəkçə qoyub.Elə bunu burdaca yuxu aparıb.Deyir birdə gördüm
ayağımın üstündə kimsə oturdu divannanda səs çıxdı.Deyir gördüm artıq
ayağıma çox ağırlıq düşür,nə qədərdə edirəm gözümü aça bilmirəm.Deyir az
qalsın ürəyim partlıya ki,gözümü açım görüm bu kimdi belə? Bir təhər
zorla gözünü açıb ki heç kim yoxdu o ayağında olan ağırlıqda yoxdu.Halbu
ki,deyir beynim oyaq idi televizorun səsini aydın eşidirəm.Amma gözüm
açılmır.
Bir
dəfədə günlərdən bir gün dayımın ili çıxmamış 18 yaşında xalam qızı
rəhmətə getdi.Yya idi.Mama balkonda iş görəndə deyir gördüm məni çağırdı
R.... Açıq-aşikar "xala" dedi çağırdı.Tez düşdüm həyətə baxdım ki heç
kim yoxdu.Belə bu qədər.Əslində belə haqq-hesablar çox olub ancaq
ki,biraz qısa yazdım.
Bir daha uğurlar Günay bacı.