Qadınlar.Biz qızlarının nişan günü - arzum-aysum (3)

Müəllif: ulduz
Şərhlər: 14
Baxılıb: 3 980
Səs ver:
(səs: 10)
Salam gözəl xanımlar yenə maraqlı layihəmlə qarşınızdayam . :128: .Bu səfərki layyihəm sizlərin yəni Qadınlar.bizli qızlarının nişan günü .  :124:indi qonağım arzum-aysum nikidir  :etir:

Ilk öncə saytımızın şirin şəkər, gözəl göyçək qızlarını ulduz bacımın bu maraqlı, insanda xoş xatirələr oyadan layihəsində salamlayıram. Sevə sevə qatıldığım bu layihədə ümid edirəm ki, siz də həyatımın ənnnn unudulmaz günü olan nişan günümün necə keçdiyini həvəslə oxuyacaqsınız.
Artıq bütün qızlar bizim sevgi yolumuzun nə qədər çətin və enişli yoxuşlu olduğunu bilir. Buna görə də, uzun uzadı giriş etməyimə ehtiyac yoxdur. Böyük söh söhbətlərdən, hər dəfəsində sonu qan qaraçılıqla bitən elçiliklərdən sonra Allahım bizə qovuşmağımız üçün yol açdı. Və nəhayət... 03.10.2010- bu tarix ömür səhifəmə yazılan ən gözəl rəqəmlərdən biri oldu. Çünki məhz həmin gün böyüklərimizin və yaxınlarımızın qarşısında sevgimizin əyilmədiyi, və bizi qovuşdurduğu gündü. O hün bizim nişan günümüzdür. Bir az yorğun, amma çoxxxxx böyük xoşbəxtlik içində keçən nişan günümüz. Yorğun ona görə ki, nişan evdə olduğundan bütün iş öz öhdəmizdə idi. İki bacım, anam və mən nişandan əvvəlki gecə üçə dördə qədər işlədik. Nişan günü də tezdən durub qapı bacanı süpür, təmizlə, evdə stolları bəzə, sonra qaça qaça getdim salona. Qəşəng bəzəndim, düzəndim gəldim evə. Artıq hər şey hazır idi. Ürəyim əsə əsə oğlan evinin gəlməsini gözləyirdim. Utandığımdan otaqdan çıxmırdım. Bidənəm də utandığından gəlmək istəmirmiş. Bir təhər dilə tutub gətirmişdilər. Budur bidənəm utana utana əlində gül dəstəsi, ardınca da qohumlar girdi içəri. Həmin an ürəyim yerindən çıxacaq sandım. Hər kəs bizi öpür, qucaqlayır, təbrik eliyir.
O qədər xoşbəxt idim, heç bir kəlimə ilə ifadə etmək deyil həmin an yaşadığım o xoşbəxtliyi. Çünki həmin an nişan üzüklərimiz bir daha barmağımızdan çıxmamaq şərti ilə taxıldı barmaqlarımıza... Taxıldı və bizi qoşacağımız günə bir addım daha yaxınlaşdırdı.
Hər şey bir kənara, nişan günümdə ölənə qədər heç amma heç unutmayacağım şey, atamın dediyi cümlə oldu "mənim oğlum yoxdur, bundan sonra R.. Mənim oğlum olacaq" şükürlər olsun uca Rəbbimə ki, elə də oldu. Və bu bir daha mənə bidənəmi seçməklə yanılmadığımı göstərdi.
Bu qədər qızlar, oxuduğunuz və altı ildən sonra o günkü sevincimə şərik olduğunuz üçün çoxxxxx sağ olun
(səs: 10)
Şərhlər: 14
Baxılıb: 3 980
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri