Qadınlar.Biz qızlarının nişan günü - Fİ-RA (5)

Müəllif: ulduz
Şərhlər: 15
Baxılıb: 4 300
Səs ver:
(səs: 15)
Layihəmin bu səfərki qonağı Fİ-RA nikidir  :11:
Qadınlar.Biz qızlarının nişan günü - Fİ-RA (5)
 
Salam saytımızın gözəl xanımları. :03: Mənə lahiyəsində yer verdiyinə görə ləman bacıya öz təşəkkürümü bildirirəm. :04:
Mənim nişanım qız toyunun içində olub. Yəni oğlanın barmağına üzüyü toyda taxmışam. Amma ondan qabaq Kiçik bir nişan elədik aramızda. Üzüyün formasını elçilik günü məndən soruşdular. Mən də sadə üzük istədiyimi dedim. Barmağımın ölşüsünü götürüb getdilər. Nə isə. Nişan hazırlığında o qədər işlədim ki, belim bükülmüşdü. :hizmetci: nişanımda düz dura bilmirdim. Gələn gedən deyirdi düz dur!
Hər şey hazırlanmışdı artıq. Bircə mənim paltarım gəlməmişdi hələ. Onu oğlan evi almışdı deyə özləri gələndə verdilər geyindim. Oğlan evi gələndə camaatın qabağına cins şalvar və köynəkdə çıxdım. Həyəcandan don Geyməyi unutmuşdum. :09: Paltarımı verdilər geydim. Nişanlım da gəlmişdi. Adətən həriyə oğlan gəlmir. Cavanlar üçün ayrı otaqda stol düzəltmişdik. Mən və Rauf(nişanlım) başda oturduq. Yeyib-içəndən sonra üzük taxma mərasimi başladı. Üzüyüm taxıldı. Ondan əlavə Rauf boyunbağı da almışdı mənə. Onu da taxdılar. Tort kəsdik, bir-birimizə yedirtdik. Şəkil zad çəkdirdik. Qohumum qız şəklimizi çəkir deyir ki, qucaqla da oğlanı, deyirəm ki, necə qucaqlayıme ikinci dəfədi görürəm oğlanı. Utanıram qucaqlamağa. Nə isə güc-bəla ilə bizi qucaqlaşırıb şəklimiz çəkdi. :kanka: Biraz oynayıb :dancing: güləndən sonra biz getdik oturduq birinci mərtəbədədə. Oturub söhbət etdik biraz. Oğlan evinin getmək vaxtı gəlib çatıb. Raufu çağırirlar çıxmır çölə. Deyirəm ay Rauf səni çağırırlar. Deyir e getmirəm mən.
Oğlan evi getdi. Oturub biraz yemək yedim. Evi yığmağa kömək etdim sonra yıxılıb yatdım. :fu: Bir ayın yorğunluğunu güclə çıxardım bədənimdən.
Belə qızlar. Oxuyanlara təşəkkür edirəm. :01: Allah hamımızı xoşbəxt eləsin. Amin :melek:
(səs: 15)
Şərhlər: 15
Baxılıb: 4 300
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri