Uşaqlıq illəri - arzum-aysum (3)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 20
Baxılıb: 2 825
Səs ver:
(səs: 2)
Salam Qadınlar.Biz Ailəsi yeni xəbərlərlə, yeni layihəylə qarşınızdayam. Ümid edirəm hamınız bəyənəcəksiz. Yəqin ki, hamınıza maraqlıdı ki, userlərimizin uşaq vaxtı başlarına nə hadisə gəlib, hansı dəcəlliklər ediblər, qısaca gəlin userlərin uşaq vaxtı başlarına gələn gülməli hadisələri birlikdə öyrənəyin, həm də güləyin )). Mən hər dəfə xəbərdə bir userin adını yazacam (layihədə iştirak etmək isdəyən mənə şəxsi ismarıcla yaza bilərlər). Deməli belə ilk qonağımız başına gələn hadisəni bizimlə bölüşən və bizləri güldürən arzum-aysum olacaq.
 
"Ehhh... bu günə başıma o qədər maraqlı, o qədər gülməli hadisələr gəlib ki, yazsam dastan olar :-) sizlərə bir iki ən gülməli olanları danışacam.
deməli hardasa 2-ci ya da 3-cü sinifdə oxuyurdum. Sinif yoldaşımız qızlardan biri nece vaxt idi dərsə gəlmirdi. Biz də məktəbdə tədbirdə cücələrim rəqsini oynayacaqdiq. Müəlliməmiz iki üç qızı göndərdi ki, gedin görün qız niyə gəlmir. Biz də getdik. Evlərinə çatanda gördük ki, böyük kamazdan dükana mandarin, apelsin boşaldirlar. Bir torba tapdıq. Yerə tökülən apelsinləri yığıb getdik qızgilə :122: :122:
 
Bir dəfə də sinif yoldaşımızın ad günü idi. Onda da hardasa 5 ya 6-cı sinifdə oxuyurduq. Qız dedi ki, anam stol açacaq gedək bizə. Biz də fikirləşdik ki, əli boş getməyək. Yaxşı deyil. Kimdə nə pul varıydı yığdıq. O vaxtın pulu ilə 8 şirvan elədi. Getdik dükana bir ,,nazpəri,, korobka şokolad aldıq. :122: Getdik yedik içdik gəldik evə. Səhəri gün dükanda gördük ki, 8 şirvana qəşəng sok bəkalları var. Arsız arsız getdik qızgilə. Maması açdı qapını. Dedik ki ,,, dünən gətirdiyimiz korobkanı verin də,, ətimiz tökülməsin. :122: Qəşəngcə korobkanı aldıq. Aparıb qaytarıb bəkalları alıb gətirib verdik qızın anasına
" :122: :122: :122..
 
Necə idi qızlar üzünüzdə azda olsa təbəssüm yarada bildikmi?
Fikirlərinizi gözləyirik..
(səs: 2)
Şərhlər: 20
Baxılıb: 2 825
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri