Mənim evlilik təklifim - Guler19 (1)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 26
Baxılıb: 3 078
Səs ver:
(səs: 6)
Salam əziz Qadınlar.Biz əhli yenə qarşınızda mən və yeni layihəm :126: Bu dəfəki layihəmdə Evli xanımlar və nişanlı qızlar iştirak edə bilərlər. Deməli belə adındanda bilindiyi kimi hər kəs həyat yoldaşından :toy: və yaxud nişanlısından :r51: aldıqı evlilik təklifini mənə şəxsi ismarıcla yazacaq məndə hər dəfə bir useri qonaq edəcəm. Bu dəfə ki userimiz şirinmi şirin, gözəlmi gözəl mənim canım bacılarımdan olar Gülər19 nikli userdi. Buyurun onun EVLİLİK TƏKLİFİni oxuyun
 
Məni layihənə dəvət etdiyin üçün çox sağol canım Çox gözəl layihədi Hərzamankı kimi. Başlıyım canım həyat yoldaşım mənə necə evlilik təklifi etdiyindən Əslində hekayəmizi çox paylaşmışam Biraz qısa yazacam. :xeyal: Mənim 3 yaşım vardı Atam məni məktəb şənliyi vardı ora aparmışdı. Mənimdə əynimdə qəşəng gəlinlik qəşəng ağ ayaqqabım vardı Sən demə yoldaşım da o şənlikdə imiş. Mənim qaynatam anamın dayısıdı qaynanam məni gördü atama nə qəşəng qızın var dedi. Oğlunda çağırdı yoldaşımda uşaq idi. Əynində ağ köynək qara şalvar vardı Qaynanam əlimə gül verdi Qolumu da saldı yoldaşımın qoluna. Yoldaşımda məndən 6 ay böyükdü. İkimizin şəklini çəkdilər Bəy gəlin şəkli kimi. və illər keçdi biz böyüdük yoldaşım bir gün şəklə baxar və anasından bu qız kimdi soruşar. Qaynanam da başlayar yuxarıda yazdıqlarımı danışmağa. Sora bir qohum xəstələndi anamla mən ona dəyməyə getdik. Təsadüfən yoldaşımla anası da orda imiş Bular başladı söhbət eləməyə Gördüm yoldaşımın fikri qalıb məndə. Getdim mamama dedim gəl gedək. Gəldik evimizə. Artıq yoldaşım məni ürəyinə atmışdı. Hər gün küçəmizdən keçirdi. Qonşular da bir yerə yığılanda danışırdırki bu oğlan qalıb bu aralığda yəqin istədiyi var. Bizimdə ağlımıza hardan gələr mənəm. Sonra yoldaşım anasına deyər. Anasıda anama; Bir gündə maqazinə gedirdim birdən qarşıma çıxdı. Məni sevdiyini və mənimlə evlənmək istədiyini dedi. Şoka düşmüşdüm heçnə demədim elə gəldim evə. Valideynlərimdə razı idi. Sonra danışdıq məni necə sevdiyini danışdı. və biz evləndik. Evləndikdən sonra Birdə gördüm bir üzük alıb qəşəng güllər alıb dedim bular nedi Dedi yadındadı sənə evlənmək təklifi etmişdim cavab verməmişdin Diz çökdü qabı açdı və mənə evlənmək təklifin etdi Məndə hə dedim Üzüyü barmağıma taxdı. Onsuzda evlənmişdik Bunu düşünməsi məni çox xoşbəxt etmişdi. Aradan aylar keçib illər keçib Hərdən dalaşsaqda küssəkdə bir birimizin ürəyində dəyişməyən bir şey var oda bir birimizə olan sevgimizdi. Canım həyat yoldaşımı çox sevirəm. ALLAHdan istəyim bizi bir ömür boyu xoşbəxt etsin və ürəyimizdə bir arzumuz var onu gerçək etsin inşALLAH amin.
 
P.S: Sən saq ol canım təşəkkür edirəm. inşəALLAH ürəyinizdəki arzunu həyata keçər..Amin
Qızlar kim iştirak etmək istəsə şəxsi mesajla mənə yaza bilər.
(səs: 6)
Şərhlər: 26
Baxılıb: 3 078
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri