Mən və O - Anar Mammadov ilə maraqlı müsahibəm

Müəllif: Antikvar
Şərhlər: 25
Baxılıb: 2 977
Səs ver:
(səs: 12)
Salam saytımızın gözəl,şirin,sevimli qızları.Yenidən çox gözəl lahiyə ilə sizlərnəyəm.Demək lahiyəm haqqında sizlərə qısada olsa məlumat verim.Saytda müsahibə tərzli lahiyələr ,suallar çox olub həmçinin iştirak edənlərdə ,amma bu dəfə fərqli , daha düşündürücü dolğun suallar olacaqdır.Lahiyəmdə iştirakını istədiyim unsurleri mən özüm seçim edib ismarıc göndərəcəm suallarla bərabər.Bu dəfəki iştiraçkım saytımızın Admini Anar Mammadovdu.Buyurun oxuyun.

1.Salam Saytımızın dəyərli Admini)İlk öncə özünüzü özünəxas tərzdə təqdim etməyinizi istəsəm necə edərdiz?
Qısaca olaraq Anar Məmmədov, Qadınlar.Biz saytının rəhbəri (admini) kimi tanısaz kifayət edər.

2.Haqqınızda məlumatı olan azdı saytda ,subaysız evlisiz sualını vermiyəcəm sizə,bilirəm ki,evlisiz(bilməyənlərədə bildirmiş oldum))Bəlkə yaşınızı,ali təhsilinizi qeyd edəsiz qoy azda olsa userlerimizin sizin haqqınızda məlumatı olsun)
Mən özüm haqqımda yalan informasiya verməyi sevmirəm. Ya digər admin qardaşımız Mammadov VC kimi heç bir məlumat verilməməlidir ya verilirsə tam verilməlidir deyə düşünürəm))) Haqqımda profilimdə UPDATE edib hər şeyi yenilədim. Maraqlı olan hərkəs yaşımdan təhsilimə qədər profil səhifəmdə suallarına cavab tapa bilərlər.

3.Bir gün iki dost oturur birlikdə el dili ilə desək mırtlaşırlar))Dostlardan biri deyir gəl arvad saytı açaq,amma digər dostu zarafat olduğunu sanır gülməyə başlayır))Zarafat etməyən dost ciddi olduğunu deyir və saytı dizayn edir verir digər dostunun öhtəliyinə dostuda çalışdığı qədər saytı yüksəklərə gətirib çıxarda bilir,bu qədər əziyyətdən sonra saytdan uzaqlaşmaq sizə ağır gəlmədimi?Bilirəm deyəcəksiz mən uzaqlaşmamışam hələdə saytdayam amma əvvəlki saytda olan fəaliyyətinizə baxsaq indi daha az məşğul olursuz saytla)
Sual xoşuma gəldi :) Özünüzdə yuxarıda bildirdiyiniz kimi uzaqlaşmamışam 1 gün belə olsa. Biz ele bir sistem qurduq ki, sayt yeni açılandan mən saytı demək olar tək idarə etdim və kifayət qədər bəlli bir səviyyəyə gətirdim Allahın və bəzi userlərin köməkliyi ilə ( Aytən Mələk və Karamela nikli istifadəçilərin əməyi ən azı biz adminlər qədər çoxdur bu saytda). Sonradan gördüm ki, bu layihəmiz düşündüyümüzdən də artıq ciddi işlər,ciddi rejim tələb etməyə başlayır və bu yükün altında qalmaq ağırlıq edir. Həm dövlət işimlə bağlı zaman qıtlığı həmçinin texniki işlərlə bağlı zəif bilməyim bu işdə saytın digər ortağı (əslində isə qardaşdan da yaxın olan Mammadov VC) devrəyə girdi :) Hansıki bu vaxta qədər o saytda görünmürdü , o gündən də sonra yerimizi dəyişdik. Amma siz saytda birimizi belə görsəniz inanın ki, bütün sosial şəbəkələrdə saatımız ayrı keçmir 111)))))

4.Necə xarakterə sahibsiz?Ciddimi ,zarafatcılmı,yoxsa deyəcəksiz yeri və zamanına görə xarakterimi sərgiləyirəm?)
Yeri və zamanına görə xarakter sərgiləmirəm)) Qarşımdakı insana görə necə xarakter göstərəcəyimə bağlıdır o. İnsanına görə dəyişir yani)

5.Sizə indi yazdığım sualı vermək istəyərkən ağlıma bir mahnı gəldi (İfrat Şahin meyxanaçılarına aid olan -Ağlın varsa evlənmə)))Siz bu musiqinin sözləri ilə razısınızmı?Desəm ki, sizə həmyaşıdlarınıza və həmcinslərinizə burda evlənmə barəsində bir iki məsləhət verin siz qarşılığında "Ağlınız varsa evlənməyin"deyəcəksiz ya "Ağlınız varsa evlənin"?)))
Düzü o mahnını yaxud meyxananı eşitməmişəm. Amma hər kim oxuyubsa çox yalnış oxuyub. Evliliyi hər kəsə tövsiyyə edirəm.

6.Şəxsi həyatınızla bağlı suallarıma son qoyub birazda ətrafdan sizə suallarım olacaq.Qabaqlarda bir komedi izləyirdim tv-də,sizdə tanımamış olmarsız:) Coşqun və Rafelin komedi konsertini:)deyilmiş sözləri insanların üzündə təbəssüm yaratmaqlarına görə olsada həqiqət çoxuydu.Demək yas mərasimində olan yemək verilmə qaydaları,sanki toy keçirirmişlər kimi meyvəsinə qədər hər bir keşidlər olmalıdı süfrədə(özlərinə söz veriblər sanki).Sizcə cəmiyyətimizin bu addımları nədən irəli gəlir?Qonşudan dala qalmamaları üçünmü ya acgözlük yoxsa özlərini ətrafa sübut etmələrinə görəmi?
Burada yalnızca bir səbəb var. Verilən ehsan ehsanlıqdan çıxıb sadəcə gələnlərin yanında prestij qazanmaq rejiminə keçib.

7.*Qadın xasiyyəti pul yoxkən, kişi xasiyyəti isə pul çoxkən aydınlaşır.-Bu proflinizdə olan statunuz məni çox düşündürüb bir o qədərdə maraqlı gəlib açıqlaması,demirəm ki,mənasını anlamıram amma bu statusun paylaşanı olaraq ayıdınlıq gətirə bilərsinizmi ?Bir kişinin xasiyyəti pulla ölçülürmü?
Burada əslində məna heçdə çətin deyil. Pul çox olarkən kişi o kişidir ki, mənliyini itirməsin. Pul yox olarkən isə qadın o qadındır ki, iffətini itirməsin. Halbuki indiki zamanda bu dediklərimin əksi təəssüfki yaşanmaqdadır.

8.Sizi indi çoxxx uzaqlara aparacam bəlkə)Əsgərlik illərinizdən sualım olacaq:)Yəqin əsgərliyinizi etmisiz indiki gənclər kimi "Xəstə vayinni"bileti alıb evdə oturanlardan deyilsiz məncə))Bizim stilnni gənc oğlanlarımız evdə şkaflarında "xəstə vayinni"biletini alıb gizlədirlər, çöldə isə güc nümayişinə çıxırlar))Siz necə əsl gücünüzü əsgərlikdə göstərib çöldə sakit xarakterlisiz ya hər iki slujbada sakit həyat tərzini sevirsiz?
:)))) Dəyərli xanım, mən 14 yaşımdan əsgərlikdəyəm və hələdə 15 ildir ki, əsgərliyimi davam etdirirəm. Ona görə sualınızı əsgərliyi çəkib gələnlərdən soruşun :))

9.Deyirəm Admin bəy
Kimlərə qaldı dünya,
Dolub boşaldı dünya
Olmadı sirrin açan
Misirli qaldı dünya:)
Allah Məmmədbağır Bağırzadəyə qəni-qəni rəhmət eləsin,çox mənalı ,indidə musiqilərini dinlədikdə dinləməyə davam etmək istəyirsən.Yuxarıda qeyd etdiyim musiqinin nəqarətinin sözlərini çox bəyənirəm.Sizcə bu dünya kimlərə qalıb və kimlərə qalacaq?

Onu bilirəm ki, bütün cihanı (dünyanı) fəth edən Çingiz xana, Makedoniyalı İsgəndərə və Sultan Suleymana qalmayan dünya nə mənə qalaca nədə ki sizə.))) Odur ki, dünyanı sevməyi heç kəsə arzulamıram.

10.Varlı balalarının uşaqlıqda oynadıqları maşın böyük kamazlar,kasıb balalarının uşaqlıqda oynadıqları məftildən düzədilmiş təkər,rol sonunda gözləriylə gördükləri böyük maşın....Varlı balalarının uşaqları böyüdüklərində(18 yaşlarında)altlarında BMV, porşe,kasıb balalarının uşaqları böyüdükdə(18yaşlarında) 06,07 ...Mən bu Vətənimizdə olan haqqsızlıqdan danışsam sizə sualımı unudaram deyə keçid alıram suala)..Niyə vətənimizdə insanların hər biri eyni təbəqədə yer almırlar ?Niyə varlı insanlar öz övladlarını pulla gözlərini bağlayırlar(Hamısı karrupsiya nəticəsində əldə etdikləridi)?
Bunun adı sadəcə Kapitalizimdir. Bunu biz yaxud da siz seçmirsiz. Bunu dünyanı idarə edən ailələrin qərarlarıdır ki, buna uymağa istəsək də istəməsək də məcburuq))

11.Vətənimizdə Qadın və kişi hüqüqları bərabərdimi?Sizdə bəzi kişilər kimi düşünürsüz(Arvad nədi işləmək nədi,arvad dediyin ancaq evdə oturmalıdı)deyə deyimləri "kişilər"dedikdə nədənsə simalarına baxırsan bir an qeyrət gəlir))Amma həmən sözü deyən kişinin evdə arvadıyla danışığını belə görmək istəmərsiz(olur quzu bala)inanırsız çoxdu belələri))Sizində bu barədə fikriniz bizlər üçün maraqlı olar.
Qadın kişi bərabərliyi Vətənlə bağlı olmur). Onu bərabərləşdirən yaxud nataraz saxlayan Cəmiyyətdir. Qadın Kişi bərabərliyi ilk öncə ailələrdən başlanmalı və fərq qoyulmamalıdır. Əlbəttə qadının ali təhsilli, dünya görüşlü olması şərtdir. Çünki dünya fanidir, kişi xəstələnə yaxud ölə bilər. Dediyiniz kimi desək "arvad" kişisi öldü deyə əllərə baxmaması üçün, qapılara düşməməsi üçün təhsilli olub işləyərək namusu ilə balalarına baxmalıdır.

12.Bu sualı sizə verməsəm olmaz))Hər müsahibəmdə bu sualı hər kəsə verməyi düşünürəm,çünki necə ki,insanlar fərqli xarakterə sahibdilər həmçinin fikirləri düşüncələridə fərqli olur.Siz sevgi hissini bizə necə açıqlaya bilərsiz?İndiki zamanda olan sevgi hissləri niyə bu qədər ucuzlaşıb,adiləşib ya adiləşdiriblər,günahkar qismində oğlanlarımı görürsüz ya qızlarımızımı?
Bu sualı bu hissi yaşayan birinə verin zəhmət olmasa)))

13."Mentalitetin" açıqlamasını istəsəm necə cavablayarsız?Sizcə ölkəmizdə mentalitetimiz qorunurmu?
Bir cümlə ilə ifadə edəcəm. Mentalitet - bəzi kəslər üçün "geridə qalmış qaydalar", bəzi kəslər üçün isə həyat devizi, formalaşmaqda yardımçı olan bir yol.

14.Azda olsa sayta daxil olursuz,fikirlərini,şərhlərini bəyəndiyiniz userler varmı?(Ad şərtidir))Bir neçə hörmət etdiyiniz userlerin adını qeyd edərsinizmi?
İnanın bu sözümdə çox ama çox səmimiyəm. Saytımıza girən hər bir useri, 1 şərh yazandan 100.000 şərh yazanına kimi eyni baxıb hörmət edirəm.

15.Artıq müsahibəmizin sonuna çatdıq,ümid edirəm suallarımı bəyəndiz,saytımıza-saytımızın qadınlarına arzularınız, özünüzdən balaca qızlarımıza məsləhətləriniz varsa buyurub yaza bilərsiz.
Saytımızın həm qadınlarına həm balaca qızlarımıza Fatimə anamız kimi iffətli və imanlı olmağı, Sara xatun kimi savadlı olmağı və ölkəmizin 1-ci xanımı kimi baxımlı olmağı arzu edirəm)))
(səs: 12)
Şərhlər: 25
Baxılıb: 2 977
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri