Antikvar - haqqında bilmək istədiklərimiz (SUALLARINIZIN CAVABLARI)

Müəllif: Narın Yağış
Şərhlər: 30
Baxılıb: 3 306
Səs ver:
(səs: 5)
1. Adınız?
Nigar(təbii ki,virtual adım))
 
2. Yaşınız?
24 yaş)
 
3. Hansı unidə oxuyursuz? İxtisasınız?
Orta təhsilliyəm.Eyər oxumağa davam etsəydim həkimlik olardı ixtisasım.Amma arzum ürəyimdə qalmasın deyə sənədlərimi burda kollecə verib mesistra olmaq istəyirəm,uşaqlarımı birazda böyüdüm bu barədə irəlləmək fikrim var)
 
4.Bir tək sualım var heç bu qədər erkən yaşda ailə qurduğunuza peşman olmusunuzmu? (BARBI)
Sualıva yox desəm doğru sənədə saxta imza atmış kimi olacam)əsəbli olduğum zaman çox işlətmişəm (kaşki)cümləsini.Hər ailədə söh-söhbət olur,küskünlüklər olur,hirsli anlarında olur əsas oduki,söhbətlərin sonunda (Allahım belə insanla birgə olduğum üçün şükürlər olsun)sənə deməyi bilməyindi.Eyər insan beynində peşmançılıq fikri ilə yaşasa fərqi yox istər ailədə istərsədə hər hangi bir işlərində heç zaman həyatda xoşbəxt olmağı bacarmaz.Peşmançılıqdan insana fayda olmaz əsas odu dərs çıxardıb və hər şeyi geridə qoyub irəlləməkdi.İndi mən sonda elə nöqtə qoydum ki,peşman olduğumu bilərlər uşərlər,əsla şükür rəbbimə belə gözəl ailəyə sahibəm.Bundan sonra üzərimə düşən vəzifə ailəmi qoruyub övladlarımıda gələcəyin savadlı gəncləri kimi böyütməkdi)
 
5.Həyatınız özünüz barədə məlumat isdərdim azda olsa (vipbetul)
24 yaşım var, iki oğul anasıyam,ailəsini sevən,əsasda atasına bağlı olan qız)

6.Sizcə xoşbəxtlik vacibdi yoxsa pul? (Zenka) (məncə pulsuz xoşbəxlikdə bir yerə qədərdi)) bu suala böyük cvb gözlüyürəm antik)
Gözlə böyük cavab gəlir))
Hər ikisi desəm?)Kim deyir sadəcə xoşbəxtlik mən elələrini ana ata himayəsində böyüyən balaca uşaq adlandırıram)Həyatı tam anlayacaq qədər böyümüyüb)İndi elə dövrdə yaşayırıq ki,pulsuz bir addım atmaq istəsən imkan yaratmazlar.Eslində insanlar xoşbəxtliklə imkan-imkansızlığı səhf salırlar.Ailədə olan gülüşlər, maraqlı anlar ,kiçik  xoş xatirələr belə insanı bir neçə saniyə xoşbəxt etməyə yetərlidi.Bu xoş anlar ola bilsinki hər gün yaşanmasın və yaxud yaşansın amma həyat bir bunlar üzərində qurulmayıb,gülməklə nə qarın doyur nədə gələcəkdə istəklərin üzərində addımlamağa imkan yaradır.Gəlin bir neçə misal gətirərək fikrimi dahada aydınlaşdırım.Məsəl üçün uşağımız xəstədi(allah eləməsin)dərmanları almağa həkimə aparmağa imkan yoxdu,onda evdə olan o xoş gülüşlər yenidən pulsuzluğa görə isyan edir.sizcə indi hansı daha vacibdi indiki həyatda?daha bir misal...yoldan gedən çox balaca uşaq vitrində gördüyü paltara onun olmağı üçün diqqətlə baxır amma yenə pulsuzluq buna imkan yaratmırki istədiyi geyim onun olsun,kənardan baxıb insan bir fikrə gəlir (pulsuzluq)Amma o uşaq hələ balaca olduğundan olmaz sözü ilə üz-üzədi əsas səbəb imkansızlıq olduğunu bilsə istəyini qəlbində saxlamaq ilə yetinər amma valdeynlər belədi əsl səbəbi gizlədib olmaz sözü ilı əvəzləyirlər.Sonda qısaca olaraq deyərdim İndiki dövrdə pulun olnası vacibdi,çox olmasada ısas ailəni dolandırıb uşaqlarını oxutduracaq qədər imkana sahib olmalısan.Allah hər kəsin ruzisini bol eləsin inşallah.
 
7.Keşmiş günlərinizi gələcək günlərinizə qurban verərdinizmi? (kiraz mevsimci kiz)
Keçmişlə yaşamağı heç sevmirəm.Keçmişlə yaşayan gələcəyə addimlaya bilməz.Keçmişə sadəcə xoş xatirələri arada yada salıb gülümsəmək yetərlidi.Keçmişi gələcəyə qurban vermək dəlilik olar,çünki hər saniyə, dəqiqə,saat gələcəyə doğru gedir düşünüb başını  yormağa belə dəyməz))

8.Özünüzü 3 sözlə izah edə bilərsiz? (Aysu Tağızadə)
1)Dediyindən dönməyən(əlbəttdə doğru bildiklərindən)
2)Haqqlı insanların yanında olan(sevmədiyi şəxs belə olsa doğrudusa deyərəm doğrusan)
3)əsəbli (dəhşət dərəcədə,hirsim tutdusa bir neçə gün sakit olana qədər danışacam)))

9.Övladınız var? sevib evlənmisiz ən əsası da xoşbəxtsiz? (nura54)
Bəli övladım var.Bəyənib evlənmişəm,sevgi hissi sonralar baş qaldırdı))Xoşbəxtsiz sualına gəldikdə -şükür bu günümədə,əsas odu bədbəxt deyiləm)

10.Xoşbəxt olmaq üçün insan nə etməlidir sizcə? (mesi_pisi)
Nədənsə xoşbəxtlik barəsində sual çox oldu))Buda bunun göstəricisidi ki,cəmiyyətimiz xoşbəxtlik axtarışındadılar))Zrft bir yana bu hal insanın öz əlindədi,xarakterlərdə fərqli olduğu üçün hər insan xoşbəxtliyi ayrı bir yerdə tapa bilərlər.Məsəl üçün:kimiləri valdrynlərinə baxıb xoşbəxt olmağı bacarmalıdı(çünki düşünsün o qədər yetim böyüyən uşaqlar varki,qayğısız,ana ata nəvazişindən uzaq)Daha sonra ətrafa baxıb xoşbəxt olmaq olar(Çünki o qədər gözdən əlil olan insanlar varki,Allahın yaratdığı gözəllikləri görməkdə çətinlik çəkirlər)Başımızı örtəcək evimiz qarnımızı doyduracaq yeməklər(kimlərəsə bu sonda qeyd etdiyim gülünc gələ bilər, amma bir düşünün evsiz insanları və acından ölən uşaqları sizcə hər gün adət halına gətirdiyimiz yeməkləru yemək üçün şükür edib xoşbəxt olmamalıyıqmı?Çünki buna ehtiyacı olan o qədər insanlar varki, amma nədənsə buz insanlar üçün bunlar adi hal kimi qəbul olunub naşükürlük edib xoşbəxtliyi başqa yerlərdə axtarmaq istəyirik)Xoşbəxtlik uzaqlarda deyil əlimizin altındadı əyər bunları görmək üçün güclü qamətə sahibdirlərsə.

11. 1.Ən böyük təsəlliniz?
2.Dünyanın hər yerindən görünə bilən uca bir lövhəyə iki-üç kəliməlik nəsihət yazmağı xahiş etsəydilər,siz nə yazardız!? (Asya Müslümova)

1.Ailəm və iki oğlum.
2.Dünyda mənim nəsihətlərimi dinləyənmi olacaq?))Yaxşı yaxşı bir neçə cümlə yazacam həqiqətən bədahətən gəlmiş sözlərdi))Ey Allahın bəndələri elə danışınki-digərlərinin faydalanacağı sözlər olsun.Elə addım atınki-digərləri sizin yolunuzla davam etdikdə gələcəyin qeyrətli oğlanlar və namuslu qadınlar olsun,Elə övlad yetişdirinki-sizlərin başını uca tutacaq addımlar atsın,ən əsas elə insanlarla unsiyyətdə olunki-sizə insanlığınızı unutdurmasın.Hələki bu qədər nəsihətim bəsdi qəbul edib davam etsinlər yenidən yenilərini qeyd edərəm)))

12.Həyatda öznüzdən başqa kimnçünsə yaşayrsız yoxsa məcbrsuZ? (Aysun 2014)
İlk öncə deyimki heçnəyə məcbur deyiləm Allahın verdiyi candıki,onun yaratdıqları üzərində həyatıma davam edirəm əyər yaşamaq üçün səbəbkar olsada olmasada biz Allahın verdiyi canı onun düzgün bildikləri şəkildə daşımalıyıq.Sadəcə ailəmə görə hər günlə mübarizə aparıram,qarşımda məqsədlırim var məndə həmən məqsədlərə çatmağım üçün addımlarımı çalışdığım qədər doğru şəkildə istifadə edirəm.

13.Deyirlər qızlar ən çox atalarına bağlı olur , harda olsalar belə daim valideynləriylə nəfəs alarlar siz necə qürbəttə olarkən darıxan zaman təsəlliniz nə olur ki, deyirsiz yaxşı ki, var sizcə o yaxşı ki, var olanlar həyatınızın hansı hissəsindədirlər? (fialka)
Atama çox bağlıyam(Tək örnək götürdüyüm şəxs)Qürbətdə yaşamaq çox çətindi təbii ilk dönəmlərdə bu dahada iki qat artır.Hardasa iki il olduqca pis anlar keçiridim (mənəvi cəhətdən)Halbuki tez tez vətənimə olsamda.İlk övladım olanda başım övladımı böyütməklə qarışdığı an günlər ötdükcə darıxmaq hissi azalırdı.Daha sonra ikinci övladım və bütünlükdə ailəyə hərs olundu vaxtım və yaxşıki onlar var vətənimə,valdeynlərimə  olan darıxmaqı azda olsa azaldırlar)

14.Boyy mənim yerlim 123 Canım mənim bilirəmki, iki oğul övladın var. Allah onları qorusun. Bilmək istərdim qız övladı istərdinmi? (isveç.de) (bu sualı verən isveçə demək istəyərəm istemezmi?))
Yerlim Allah sənədə qismət eləsin inşallah)Heç vaxt ay qızım olsun yox oölum olsun arzusu ilə yaşamamışam.Allah nə veribsə şükür əsas odu canları sağlam olsun.Qismət yerlim deyərdim)

15.Xoşbəxtlik nədir? (Happy)
Yuxarıda o qədər xoşbəxtlik haqqda yazmışamki, oxuyarsız ordan))

16.Həyat sizə nə bəxş edib ve nə bəxş etməsini istərdiniz? (Ayselina) (o cür onu sevən koca bəxş edib kocasıda ona balalarını oy oy özür dilerim antik elim kaydı vallahı :09: )) sataşmadan dayanamıorum)
Elimə düşərsın lalə ))
Həyat mənə gözəl ailə bəxş edib,gözəl valdeynlər bəxş edib,iki bala bəxş edib.bundan sonra görmək istədiyim ali təhsilli iki gənc oğlan)

17.Ən böyük arzusu nədir?) (pozitiv)
Böyük balamın həkim olması,balacamında prokrur olmaqı))İnşallah hər birimizin arzu və istəyi həyata keçər)

18.Sənin fikrincə sevginin ilk qurbanı kim olmalıdı:qadınlar yoxsa kişilər? (melek_ayka) (bir birini sevsinlərdə day niyə qurban gedirlərki? bu sualda mənə çatmadı antik))
Çatdıraram sənə leyloş))
Eyər ortada əsl sevgi varsa heç birini qurbanlıq etmək olmaz.Yox əyər qızı fırladıb yalançı sevgi rolu oynayan oğlan varsa qurbanlıq qoyun etmək lazımdı onu)))

19.Hansısa uni-ni bitirmisiz? (...AdaDunyam``)
ASX-yəni Ailəsini sevən xanım unisini))))

20.Ən yaxın rəfiqəniz tərəfindən aldadılsaydınız. Amma o gəlib sizdən üzr istəsə bagışlayardınız.? (rozafatalieva)
Heç zaman ayağıma gələn insanı rədd etməmişəm etmərəmdə.Bağışlayaram birdə ona güvənməmək və dost olmamaq fikri ilə...Bir dəfə zərbə vuran insandan dost çıxmaz.

21.Yaşamaq üçün səbəbiniz var? Və nədi? (lilit)
Yuxarıda qeyd etmişəm, təkrar etməyim birdə.

22. Xüsusi bir hobbisi var? (Ela)
Musiqi dinləməyi çox sevirəm özdə nauşniklə)) Birdə tel vastədilə əsərlər oxuyuram vaxtim olduğu qədəri)

23. Salam facebook profiliniz var? (_damla_) (bu userin reytinqli sualıdı həmişə bunu verir :23)
Məndə şahidi olmuşam hər kəsə bu sualı verir))Suala sualla cavab vermiş olacam amma mənədə maraqlıdı fecim olmağını niyə soruşduz?))

24.Hansı vəziyətdə xəyanəti bağışlayarsız? (Aysu Tağızadə)
Xəyanətin vəziyyəti əhvalı olmur) xəyanət xəyanitdir,yalandan deyimki.bağışlamaram düzgün olmaz iki övladıma görə keçsəmdə bir şey əksik olar oda əvvəlki ailə sevgisini görməz.Ağlı olan insanda ailəsini öz qadınını heç bir pozğuna dəyişməz...

25.Sizi daha çox əks etdiran bir mahnıdan və ya şeirdən bir parça yaza bilərsənizmi? (my_angel)
Mahnı-Mehmed Erdemin(acıyı sevmək olurmu)Məni əks etdirmi bu mahnı orda acıyı sevmək olurmu cümləsini çox bəyənirəm,dərin məna var sözlərində...

Şeir isə öz qələmimdən yazan şeiri yazacam indi:
Anam mənim
Körpəlikdə ilk sözüm ana
Ana-ana dedim sığındım sana
Nə biləydin böyüdüb gedər uzaqlara
Sən demə qız bu imiş özgəyə qalar

Qalanda deyirsən qız böyük dərdi
Verəndə ağlayırsan görəsən xoşbəxtdi
Bilmirsən hansı düz hansı səhfdi
Yenədə allah bilən məsləhətdi
Bu sözlərdə həqiqət çoxdu.Çox sevirəm bu şeimi mən.sizlərlədə bölüşmək istədim.

26. Nə üçün niki antikvardır? (Grsu)
Antikvariski qız olduğum üçün)))Qardaşımın sahəsində bu niki seçmişəm)

27.Bildiyim qədəriylə 2 oğul anasısınız, Allah saxlasın. Bəs oğlanlarınıza gəlin seçmə vaxtı gələndə necə davranarsız, onlara buraxarsız, ya özünüz həll etməyə çalışarsız? (Angela7)
Təşəkkür edirəm.Allah sizədə qismət etsin.Elbəttdə özlərinim seçimi olacaq hər nə qədər ataları mən seçərəm desədə))Mənim vəzifəm onları düzgün tərbiyələndirib gələcəkdə necə birini seçmələri üçün yollar göstərməyimdi.İndi deyersiz yenə həmənki hal olduda,rusiyada yaşayıram gərək elə tərbiyə verimki onlar addımlarını burda yox öz vətənlərində atmaqlarını bilməlidirlər.

28.Necəsən? Yenə məni yuxuda görürsən? :D (Glamurka Nemiska)(bıyy nərmini yuxuda görürsən mənidə gör bu gün görməsən day özümü asacam)) mənim kankamın yuxusunda başqa userlər gəzməsin birindən başqa o biridəki heçdə nəysəəəə :23:
Yaxşı Nəmiş sən necəsən?)))Sən bir dəfə yuxuma girib  yol yoldaşı olmuşuq daha nə istərim xatirələrimdəsən Nəmiş yuxu zad boş şeydi)))

29.Asudə vaxtlarınızda nə edirsiniz? (NazlıCan) (Lalə qoyurki asudə vaxtı olsun? ))) hə nəysə buyur caniko) zrfta yazdım)
QADINLAR.BİZ-də şərh yazıram))

30.Əgər sənə desəler ki yer kürəsində təkcə sən fərqli insansan və sən də fərqli oldugun üçün yer kürəsində təkcə sən yaşayırsan və yər kürəsinə 3 nəfər insan gəlməlidi bunu da sənnən soruşurlar ki 3 nəfər kimi gətirmək istəyərsən yer kürəsinə?
Hmm elə şey mümkündürmü görəsən mələyim?))Qısaca deyim bu seçimi onlara buraxardım))Çünki məni seçməklərindən anladımki, düzgün qərarı verməkdə doğru şəxslər onlardı;))

31.Bilmək istərdimki hicab baglamaq istərsiz? Və ya gələcəkdə (Allah saxlasın oqlanlarnızı)onları hicablı xanımla evləndirərsiz? (GünƏşimƏ_AiD_)
Mən başımı bağlayıb hicab bağlamışam reklamı ilə ortalığa atılmaram.Hicabı qəbul etmək nütünlükdə onun qaydalarınıda qəbul etməlisən.Yalandan masklanmağa ehtiyac duymuram.Başında hicab amma toyda naməhrəmlərim yanında disko oynuyur,sonra üz gözündə bir kqram makyaj başıda tir qullə kimi yuxarıda)Hicab bsğlayanlar getdiyi məkanı bilməlidirlər naməhrəm olan yerlərdə olmamalıdırlar,içki məclisində olmamalıdırlar.Haçansa bunlara hazır olsam əlbətt bağlayaram.
Övladlarıma gəldikdə isə bu onların öz qərarıdı,seçimləri belədisə niyədə olmasın lsp yaxşı.Başlancığı kobud başladım bunum sizlə əlaqəsi yoxdu yanlış anlamayın sadəcə indiki hicab bağlayanları görürəm ətim ürpəşir)

32. 1. Çəkiniz, boyunuz?
2 . Hər hansısa bir otaqdasız. Heç kim yoxdu qəfildən işıq sönür. Bir azdan yanacaq .işıq yananda kimi görmek isdərdiz? (Canavar sevgisi)
(kocasını :122:) oy sorry yenə əlim kaydı))
Çəkim-60 axrıncı dəfə elə göstərirdi))
Boyum -170
Maraqlı sualdı.Yəqinki özümü, bəlkə cavab qəribə gələr amma maraqlıdı  mənə kənardan necə görsənirəm xarici görünüş yox daxili görünüşüm danışdıqda,hərəkətlərimdə nəyin düz səhf olduğunu görüb təhlil etmək istərdim özümü)

33.Çoxdandır ki girmirəm sayta.Antikvar yadımda dediyim-dedik deyən qız kimi qalıb.hələ də elədir,yoxsa vaxt onu dəyişə bilib? (Yusifim)
(məndə antikdə dəyişənə dünya dəyişər buyur caniko))
İndidə dediyimi deyən qızam) vaxtın üzərimdə işlədiyi anlar ancaq ətrafı olduqca yaxşı tanımağa vadar etməsi oldu.Səncə belə insanları tanıdıqda dediyindən dönməkmi olar əksinə bacardığın qədər mübarizə aparmaq lazımdı.Amma qədərində abartmamaq şərtiylə.

34.Hicablı xanım olmağı fikirləşərsiz.? (Aysu Tağızadə)
Yuxarıda qeyd etmişəm haçan olmağa hazır olacam.Birdı təkrar etmiş olaram.

Belı xanımlar ümidvaram verdiyiniz cavabları almaq istədiyin şəkildə cavablamışam.Çalışdığım qədəriylə dürüst  cavabladım.Sizlərədə təşəkürümü bildirirəm vaxt ayırıb oxuduğunuz üçün.Həmçinin lahiyə rəhbəri olan bacımada ♥♥♥
(səs: 5)
Şərhlər: 30
Baxılıb: 3 306
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri