İkinci baharını yaşayanlara münasibətiniz? - MÜZAKİRƏ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 20
Baxılıb: 1754
Paylaş:
Səs ver:
(səs: 2)
Bu yaxınlarda şahidi olduğum bir söhbət (qeybət desəm daha uyğun olardı amma) bu müzakirəni sayta yerləşdirməyə təkan verdi. Söhbət əsnasında bir xanımın bu sözləri mənə təsir etdi "Məndə biləndən sonra ki, o ikinci dəfə ərə gedib, ondan uzaqlaşdım" Yəqin bu kəlimənin altında nə mənalar yatır, bilən bildi.
Həyat qəribəliklərlə doludur. Insanlar bir birlərini sevirlər ailə qururlar, xoşbəxt olmağı kim istəməz ki? Ancaq elə olur qurulan ailə uğursuz olur bosanmayacan gətirib çıxır və bəzi insanlar ikinci dəfə ailə həyatı qururlar. Fikriniz maraqlıdır:

Sizcə bir qadın əgər ilk ailəsi alınmayıbsa ikinci dəfə ərə getməyi doğrudurmu?

Ümumiyyətlə, bəziləri buna niyə pis baxırlar? Ikinci dəfə ərə gedənə barmaq arası baxmaq olar?

Bir qadının ilk evliliyindən övladı varsa, ikinci dəfə ailə qurması nə dərəcədə uyğundur sizcə?

Boşanmış qadına pis gözlə baxan cəmiyyətə görə, qadın məhz yanında onu qoruyacaq biri olsun deyə ərə gedir və bu səfər yenə qınanmaga başlanır. Bəs qadın nə etsinki, hamıya yarasın, Başı dinc yaşasın?

Gəlin bir anlıq özümüzü onların yerinə qoyaq. Bəs siz, ikinci dəfə ailə qurardınızmı?

Ümumiyyətlə fərqi yoxdur, qadın ya kişi : ikinci baharını yaşayan insanlara münasibətiniz necədir?


QEYD: Şərhlərinizdə etik qaydaları pozmayın.

Bir birinizin fikrinə hörmətsiz yanaşıb, xəbəri mübahisə meydanına da çevirməyin.

Nəzərə alın ki, aramızda da ikinci dəfə ailə həyatı qurmuş qadınlar ola bilər. Odur ki, nə onların nə də onlar kimi başqa qadınların heysiyyətinə toxunacaq şərhlər yazmayın.Heç kim bilmir sabah başına nə gələcək.

Əgər müəyyən bir fikrə sahib deyilsinizsə, onda başqasının əziyyət çəkib yazdığı şərhi sitat gətirib müzakirəni yola verməyin. Ondansa heç yazmamaq yaxşıdı.
Bu fikir "Təşəkkür" yazanlara da aiddir.

Ümüd edirəm, keçən dəfəki kimi bu müzakirədə də çox maraqlı şərhlər görərik. Buyurun xanımlar, söz sizdə :)

loading...
(səs: 2)
Şərhlər: 20
Baxılıb: 1754
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Gul111
Haqlarinda xeyirlisi
28 iyun 2018 14:17
20
Offline
sona
Aile varki bir yerde illernen yawayirlar ovladlari olmur ama bowanib ayri ayri aile qururlar her ikisiminde ovladi olur. Insan gerek hec vaxt hec vaxt demesin. Bewerde ne varsa her wey insan ovladi ucundu. Ikinci defede aile qurmaq tam normal haldi. Sadece olaraq Allah gostermesin dilim lala olsun meselen men ayrilsam qiz ovladim var ona gore aile qurmaram. Zemane o qeder pislewibki. Yenede qismetde ne varsa her kes onu yawayir
Arzum menim gozel muzakire ucun tewekkue
14 may 2018 11:01
19
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Offline
YalniZ-ArZu
Ilk once muzakireye werh yazan butun qizlara tewekkurler.Werhlerinizi oxudum,fikirlerinizi beyendim.Cox sagolun canlar.

Bele oxudugumnan da belli olur ki,ikinci defe evlenmeye,ere getmeye hec kes pis baxmirmiw.Men sadece oz fikirlerimi yazacam,werhleri muzakire etmek niyyetim yoxdu.

Wexsen men qadinlar taniyiram ki,hec 25 yawi yoxdur,ancaq artiq ailesi dagilib qayidib ata evine.Uwaqlari da yoxdur.Bu saat hansinin yeniden niwanlanmagini ewitsem,wexsen oz adima sevinerem,cunki her bir qadinin xowbext olmaq haqqi var.Xususende ilk evliliyi ailesinin israriyla edibse ve bowanmagi da sirf erinin ve qaynana qaynatasinin gunahidirsa.Yani oz adimdan bir qadinin ikinci defe aile qurmasina pis baxmiram.

Bezileri buna pis baxirlar,cunki ya hemen adam cahildir ya bezi tanidiqlari var ki,mehz hansisa heves ugruna ere gedib ona gore de ikinci defe ere gedenlere pis baxirlar.Hec kim bilmir sabah bawina ne gelecek,ona gore kimseni qinamaq duzgun deyil.

Ovladi olan qadinin ere getmesi bew qat daha artiq mesuliyyetdir.Odur ki,yuz olcub bir bicmelidir.Ancaq bir qadin uwagini oz ata anasina hevale edib ere gedirse bu artiq cox pis haldir,hec teqdir etmirem o durumu.O uwagin onsuzda bexti getirmeyib atasiz qalib,anasida atib ere gedenden sonra,bu uwaq daha kime guvensin?Hele ikinci kiwisinden uwaq dogub,analiq sevgisini ona hesr edib,ilk uwagini unudanlar goresen o uwagi xatirlayanda vicdan ezabi cekmirlermi?((

Eger ne deyerler deye duwunsek gerek yawamayaq umumiyyetle.Ictimai qinaq olmalidir,ancaq bizlerde bu bir az abartili wekildedir.Qadin eger istemirse onu kimse qinasin,sadece geyimine,davraniwina,yawam terzine daha diqqetli olsun.Bowanib da azadliga cixdim deyib,aciq saciq geyinmek,davranmaq lazim deyil.Bu zaman tebii ki qinanar.Her kese de yaramaq olmur elbet,sozbaz ici qurddu insan ise neynesende daniwacaq,qeybet edecek.

Duzdu mesel var "Hec vaxt,hec vaxt deme" ancaq eger Allah elemesin birden ailem dagilsa,ya hansisa bedbext hadise baw versin (iraq olsun) HEC VAXT ikinci defe aile qurmaram! En bawlicasi sebebim ovladlarimdir.Mene hec vaxt,hec kim deye bilmezki,uwaqlarini ver anana ozun ere get,belke de o insanin gozlerini oyaram.Bu insanliqdan kenar bir weyi mene yarawdirdigina gore.Ikinci sebebim tebii ki ovladlarimdir yene de.Onlari hec bir yad kiwiye umud ola bilmerem.Evdi, ailedi,uwagin her cure wiltaqligi olar,menim oglum nese bir decellik elesin,yad kiwi ona gulden agir soz desin,dunyani onun bawina ucurdaram.Hec oz dogma atalari onlari danlayanda ureyim dozmur,o ki qaldi hansisa yad kiwi ola.Qetiyyen mumkunsuzdur menimcun ikinci defe aile qurmaq.Heyatimda bir kiwi olub ve var,olenedek de o olacaq yanimda ve ureyimde...

Pis baxmiram,eger ilk evlilik hansisa anlawilmazliq,kecimsizlik uzunden dagilibsa.Daha kefinden bowanib teze aile quranlara elbet pis baxiram mende.O insan aile qedri bilen olsa ele ilk evliliyini qoruyardida,ikinci defe ne deyiwirki,insan hemen insandirsa.
Ikinci defe aile qurmaq isteyenlere sadece ikinci secimlerini min qat daha artiq mesuliyyetle etmeklerini tovsiyye ederdim.Her kes isteyer xowbext ailesi olsun...Allah hamiya xowbext aile nesib etsin.Ilk evlilikleri ele sonuncu olsun,omurluk olsun...AMIN.
11 may 2018 16:35
18
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
Sabah Uykum
Taleyimnen yarimamiwam hec vaxt .ozum ele bowanmagin ewiyindeyem.aile qurmag asantdi saxlamag cetin .menim iwim pewem dozmek susmag olub hemiwe buda mueyyen yere qederdi .nece olacag taleyim heyatim bilmirem.Allah hec kesi caresiz arxa dayagsiz elemesin..ikinci bahari yawamaga qalanda ise .birinciden yarimiyan ikinciden yariyirmi ki ..yenede Qismeti yazan Allahdi .xeyirlisin nesib elesin
10 may 2018 00:15
17
Sen kiwisen men qadin♡♤
Sen incidersen men inciyerem♤♡
Sen kanatirsin,men sariyaram■
Sen unudarsan men esla unutmaram,
Men QADINAM yer uzunun en boyuk doyuwcusu!
Istesen Ana olar ,Baci Olar,YaR olar,yaran olaram.
Istemezsen duwmen bile olmaram....
Offline
aziz a
MüZakire yayıma qoyulandan yazılan şerhleri böyük maraqla oxuyuram.çox Maraqlı,düZgün dolğun fikirler bildiribler qızlarımız,Çox şükür içlerinde bu vezıyyetde olan biri yoxdu....
Men o tAleyi yaşayan biriyem,aieleye qayınanaya qayına baldıza xüsüsi bir reğbetle yanaşacam onlara Cox hormet besleyecem deyerek qurdugum xeyallar heç ve puç oldu bu kecdı.
İndi menede Çox meslehet verırler gencsen cavansan aile qur ovladını ata anan saxlayacaq senden de Yaxsı baxacaqlar deyırler ( buna şübhem de yoxdu)),sadece MEnım bu addımı Bır de Hec vaxt atmayacağımda ısrarlı olmama bir yox bir Neçe sebeb var..1- övladım atasız böyüyür anasızda böyüsün?onun ne günahı var axı?!
2-he Belke Yaxsı ınsan oldu övladını oz ovladı kimi qebul edecek,buna ise cavabım-men Hec kime güvenmırem bu movzuda ise ümumiyyetle..
3-ikinci defe aile qurmaqdan qorxuram,Belke bu daha pıs oldu,ne üzle geri dönerem?!ve s ve s
Boşanmış qadınlar varki namus qeyreti nece desen ele,bunu tebeqelere bölmek lazım deyıl bu ar namus exlaq meselesidi..
Men öz adımdan Deyırem bu kitabı bağlamısam,amma Allah ne yazıb Onuda görecem,bu günüme Cox şükür edirem balama mene dörd elle sarılan ata anama qardaşlarıma qohumlarıma göre...Amma bir qadının esl xoşbextliyi ailedi aile,men ailemin olmasını Çox isteyerdim,qızlar ailenızın qedrını bilin onu qoruyun hemıse.Arzum cox sagol bele deyerlı lazımlı muzakıre uçun,bacardıgım qeder fıkırlermı selis catdırmaga çalışdım...teşekkürler Arzum
9 may 2018 22:02
16
...
Offline
Gultekin.A
Mence bu normal haldir.Her bir insanin xowbext olmaqa haqqi var.Bir qadin hansisa "fersiz"e ere gedib sonra ailesi dagilirsa burda qadinin gunahi yoxdur.Omrun bir avarayla curutmekdense bowanar ve ikinci secimini daha deqiq duzgun edib aile qurar xowbext olar.
9 may 2018 12:34
15
QADIN GÜL kimidir - Qoxlandiqca açar,sevildikcə gözəlləşər
Offline
Selena
Eslinde bele bir sey cemiyyetimiz terefinden hemise tenqidle qarsilanir amma bu dogru addim deyil.Ne olsun ki bir qadin ve yaxud bir kisi bosanib onlarinda ikinci defe evlenmek ve cosbext olmaq haqqi var.Ve hec kim sabah basina ne gelebileceyini texmin bele ede bilmez.Ve menim fikrimce hec kim oz ailesini(bezi istisnalarla) oz xosundan dagitmaz heqiqeten boyuk problemler var ki bu veziyyete gelib cixib.Buda onlarin ikinci defe aile heyati qurmamaqlari ve xosbext olmamalari menasini vermez.Unutmayaq ki hec kim oz taleyini ozu yazmayib.Ona gorede bilib bilmeden hec kesi qinamamaliyiq.Tesekkurler maraqli muzakire movzusu ucun Arzu baci.
9 may 2018 09:02
14
Bu dünya yaxşı olanların deyil,yaxşı rol oynayanların dünyasıdır.
Offline
Meleknur
Biricisi Allah hec kimi iki bext elemesin, ikincisi her kesin fikri, istekleri muxtelifdi.
Yeni kimise qinaq obyektine cevirmek ve ya bu barede muzakire ne bilim yeni secimler insanin ozunundu.
Ikinci heyatin qurmaq isteyirse niye de olmasin ilk evliliyi ugursuz olubsa ve ikinci bir insan onu xowbext ede bilerse niye de olmasin ki, her kesin oz fikri var esasen de bele weylere fikir bildirmey kimese biraz menasiz sayilir cunki, o insanlarin oz secimi ve qeraridi yeni bizim yaxwi ve ya pis baxmagimiz hem onun umrunda deyil hem bize ne duzgun deyil yeni cemiyyet de sadece "mentalitet" deyilen weyle formalawmiw kutle bunu qebul elemek istemir.
Bowanmiwa bele pis baxirlar sebebini bilmeden illa sebebini bilmeli de deyiller onsuz kime ne sadece heyati insanlarin fikrine gore yawamaq lazim deyil.
Erinle xowbext yawasan da daniwilacaqsan, bowanda daniwilacaqsan, ikinci bir insanla aile qursanda daniwilacaqsan.
Yeni insanlarin deyil oz fikirlerinizi oz heyatinizi onemseyin.
Heyatimi kimse nece baxar deye yawamamiwem cunki, fani dunyadi ozum yawayiram cavablarini ozum Allaha verecem sadece bendelerin "kurs"olmasi hecneyi deyiwmir.
O, ne deyer, bu ne deyer deye deye cox weyi yawaya bilmerik esas Allahdan cekineceyimiz bir iw tutmayaq bendenin ne deyeceyi ne duwuneceyi umrumuzda olmasin, cunki, insanlar her zaman daniwir, daniwacaq da
9 may 2018 00:52
13
Düşdüyündə ümidini, qalxdığında insanlığını itirmə!
Offline
vipbetul
cox yaxsi bir defe heyatlari mehv olubsa o demekdiki ele omur boyu tek yasamalidilar cox tesufki bizim olkede hele o qederde bu cur inkisaf yoxdu

cox yaxsi bir defe heyatlari mehv olubsa o demekdiki ele omur boyu tek yasamalidilar cox tesufki bizim olkede hele o qederde bu cur inkisaf yoxdu
8 may 2018 23:03
12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
fiyonik
Mence niye olmasin evlenmek pis is deyil omurunun sonuna qeder dul qalacaq o da bir yere belke ana atasi baxa bilmir ona gore de olar kisiye soz olar ne vaxt isdeyir evlene biler amma qadin evlenende yasliyla evlenir ya da bosanmis bir kisi ile menim fikrim budu
8 may 2018 22:29
11
But my dear it is not Wonderland you are not Alice
Offline
CANAN
Hec kim sabahinda siğortalanmayib..Hec kim bilmir basima ne gelecek..Men bele bir seye pis baxmiram niyede pis baxim.birinci ola bilsin alibmasin ya qadin ya kisi ferqi yoxdu.ikinci aile heyati qurmaqi haqqi var.Menim fikrimcefe buna hec cure hec kim pis baxa bilmez...
8 may 2018 18:34
10
canan qizim sirin seker qizim.
Offline
_Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
8 may 2018 18:20
9
Seni cooxx sevirem heartEsgerimheart
Offline
Zuzu
Sitat: Nezrin6
Menim fikrimce hec kim bedbext olmamalidi,hami xowvext olmalidi. 1ci alinmadisa,2ci ugurlu olar. Bizim qohumlarimizda var,Min wukur xowbext yawayirlar 2ci alileleri ile. Bizim mentalitetimize gore ayibdi,amma hec de ayib deyil. Xowbext olmaq ne vaxtdan ayib olubki? Qinayanlar cox olur,amma maraqlansan o qinayanlarin en ezizleri ikinci baharini yawayir. InwAllah hami xowbext olar. Amin.
8 may 2018 17:58
8
Geride biraktiklarina adaklanirsan,önünde seni bekleyenleri goremezsin
Offline
Nezrin6
Menim fikrimce hec kim bedbext olmamalidi,hami xowvext olmalidi. 1ci alinmadisa,2ci ugurlu olar. Bizim qohumlarimizda var,Min wukur xowbext yawayirlar 2ci alileleri ile. Bizim mentalitetimize gore ayibdi,amma hec de ayib deyil. Xowbext olmaq ne vaxtdan ayib olubki? Qinayanlar cox olur,amma maraqlansan o qinayanlarin en ezizleri ikinci baharini yawayir. InwAllah hami xowbext olar. Amin.
8 may 2018 16:50
7
Offline
Cema_Axodova
Ikinci bahar allah her bir ailesi dagilmiw bir insana nesib etsin inwallah.eger bir qadinin birinci taleyi alinmayibsa o demek deyil o omrunun sonunacan tek qalmalidi.bu her kesin bawina gele biler yaxud neslinde kokunde 2ci defe aile heyati quran bir insan var.her kesin gozel aileye ehtiyaci var.uwaqida varsa ne olanda o insanda aile heyati qurmalidi.o zaman qadinlarimiz korlanmaz pis yola duwmez aile dagitmaz.birde onu deye bileremki hec kim xowuyla ailesin dagitmaz yeqin ciddi sebebleri olurki ayrilir.menim bu fikirlerim normal terbiyeli qadinlarimiz ucundu.

Canim Arzum menim cox gozel muzakire ucun fikir paylawmisan ferqliliyinle secilirsen ellerine sagliq)))).her bir qadin sevib sevilmeye xowbext olmaqa layiqdir.esas odu qarwisina onu xowbext eden insan cixsin.
8 may 2018 15:18
6
Offline
Lusi
Pis baxmıram. Çünki her kəsin sevib sevilməyə haqqı var. Birinci uğursuz oldu deye ikinci də ugursuz olacaq deye bir qayda qanun yoxdu. Tanışlarımda varki 2ci defə ailə həyatı qurublar və cox xoşbextdilər indi. Amma cemiyyetimiz bunu o qədərdə bir mənalı qarşılamır. Qınamaqdan başqa hec nə bilmirlər. Amma bir seyi unudurlarki insan qınadaığını yaşamadan ölməz.
8 may 2018 15:04
5
Offline
Dan ulduzu
Bosanmaqa pis baxmaq olmaz.her kesin ozune gore haqqli sebebleri var.her kesin problemi ferqlidir.heqiqeten o qeder cetin cemiyyetde yasiyiriqki bosanmis olaraqda geze bilmirik.qismetden ikinci evliliklerde uqursuz olur.her kesin heyati kesilmemis qarpizdi deyirik .ama cox vaxt bilerekden her seyin ferqine vararaqdan ozumuzu oda saliriq cunki mecburuq.etrafimizdaki sesleri batirmaq ucun.yene netice cetinliklerle dolu heyat.isder bir isder ikinci.bizde esas problem en cox etrafdaki insanlarin ailelere el uzatmasidir.sadece onu demek isderdimki esas problem oqullarimizi boyuderken esil kisi kimi boyudek.sozun esil menasinda yoldasini sevib sahib cixsin qarsiliqli sayqi olsun.yoxsa er bir terefde dursun.zeyif olsun.elbetde 5evlilikde olsun olmaz bahar.hemise qis olar.
8 may 2018 13:21
4
Offline
tatyana
Mence insanlarcün en asan şey yaşamadıgı bir şeye fikir bildirmekdir,boşanmıyan qadın boşanmış qadının ne cekdiyini hardan bile biler,yesli onun heyatında o baş vermiyibse,bir insan hansısa xöreyin dadına baxmamış nece deye bilerki o xöreyin duzlu ya duzsuz oldugunu??yoldaşı yanından bir ay başqa şehere getmiş qadınlar ay darıxdım ay tek qaldım deyirse,nece demek olar boşanmış qadın bir daha aile qurmasın?.qadın yaranıb kişi ücün,kişi yaranıb qadın ücün,yani bunlar birge ömür sürmeli,boşanmaqda durduq yerde kimse boşanmaz,o üzdenn men kimseni qınamıram,boşanıb yeniden aile quranları qınamıram,Hec vaxt HEC VAXT deme meseli var eyy onu unutmuyaq,sabah kimin başına ne gelecek kimse bilmir,qınama qınanılmıyasan sözü menimcün qanundu
8 may 2018 11:46
3
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
Dilaycan
Hər ikisinin həyat yoldaşları rəhmətə gediblərsə və ya ayrılıblarsa niyədə olmasın ikinci bahar..Ogul,qız hər kəs həyatını qurub gedəcək insana qalan yalnız həyat yoldaşıdır ,özüdə düzgün secilmiş həyat yoldaşı.
Mənim əgər başıma belə bir iş gəlsə mən tam səmimiyyətimlə deyirəmki,ikinci dəfə ailə qurmaram,demirəmki oglum ,var ,qızım var yox sadəcə olaraq yoldaşımdan sonra onun kimi birinin qabagıma cıxması mumkun ola bilməz.Buna görədə bunu bilə bilə hecc vaxt özümü bu odun icinə atmaram..
Bir sözdə deyim ikinci bahar yaşamaq istəyənlərə məsləhətim bu ola bilərki,həyat yoldaşı rəhmətə getmiş yox,amma həyat yoldaşından ayrılmış insanla ailə qurmaq istəsələr mutləq yuz ölcüb bir bicsinlər...mutləq ayrılıq səbəbini örgənsinlər gözü yumulu ailə qurmasınlar..
Hər kəsin haqqıdır xöşbəxt olmaq ,nə olsunki ,ikinci bahar yaşayacqlar onlarda bizlərdəndi..
Bu arda qeyd etmək istərdimki ,sözüm normal olaraq ikinci baharını yaşamaq istəyənlərə aiddir,yoxsa ərini,arvadını qoyub həyayına rəng qatıb ikinci baharını yaşamaq ucun başqası ilə gedənlərə deyil onlara mənim kitabımda yer yoxdur.
8 may 2018 09:43
2
Hər şeyə canını sıxma ey könül, nə bu dərdlər qalıcıdır, nə də bu ömür.. (Hz.Mevlana)
Offline
BARBI
Insan bezen birici defe ugursuzluqla rastlasa biler ikinci defe sevgiye aileye ehtiyac duya biler.Qinanilacaq bir sey deyil.Usagi varsa bosanibsa o qadin omur boyu ozunu yalnizliga mehkum etmemelidir.Ozune bir aile qurub xosbext olmaq haqqidir.
8 may 2018 09:36
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri