MÜZAKİRƏ mövzusu - DİSTANT TƏHSİL. Mənfi və müsbət cəhətləri.

Müəllif: YalniZ-ArZu
Şərhlər: 16
Baxılıb: 5 845
Səs ver:
(səs: 4)
Salam Qadinla.com oxuculari.
Son zamanlar bütün dünyada baş verən məlum hadisələrdən dolayı, ölkə rəhbərliyi də çox yerində karantin elan etdi. Bu üzdən təhsil müəssisələri mart ayının 3-dən artıq bağlıdı. Bu səbəbdən distant təhsilə zəruriyyət yarandı.
Öncə distant təhsil barədə qısaca:

Məsafəli təhsil (Distant) proqramı, təhsil müəssisələrinin, şagirdlərin tək başına təhsili reallaşdırmasına kömək etmək üçün müəyyən bir nizamda hazırladıqları dərs proqramı ilə həyata keçirilən işə verilən addır. Bu sistemdən istifadə etmək istəyən tələbələr faks, poçt və ya e-poçt kimi üsullarla şagirdlərə, ixtisaslı bir müəllim tərəfindən hazırlanan dərslə əlaqədar tapşırıq mövzuları verilir. Daha sonra tapşırıqlar və sınaqlarla bağlı qiymətləndirmələr edilir.

Bilirik ki, saytımızın userləri arasında distant təhsildən yararlananlar var, həmçinin valideynlər də öz fikirlərini yaza bilərlər:

1. Distant təhsil sizin üçün yenilik oldu yoxsa daha öncə bu cür praktikanız vardı?

2. Üstünlüyünü və mənfi cəhətlərini sadalaya bilərsiz?

3. Sizcə distant təhsil dərs məsuliyyətinə təsir edir, yoxsa elə əvvəlki məsuliyyətlə davam edirsiz dərslərinizə?


Buyurub, heç kimin şərhini sitat gətirmədən ÖZ fikirlərinizi bizimlə bölüşə bilərsiz.
Sonda isə hal hazırda bütün məktəblilərin şüarı olan sözlərlə bitirmək istəyirəm:

Evdə qal, amma dərsdən qalma!))))
(səs: 4)
Şərhlər: 16
Baxılıb: 5 845
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri