Gözəllik ondur... - Müzakirə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 176
Səs ver:
(səs: 5)
Atalar yaxşı deyib:  "Gözəllik ondur,doqquzu dondur". Amma bizim zərif cinsin nümayəndələrinə baxanda fikirləşirsən ki,"Gözəllik ondur,doqquzu zövqdür”, hansını  ki azəri qadinları haqqında demək olmaz. Zövq mənasında bizimkilər sözün əsl mənasında "axsayırlar". İndi yəqin etiraz edən olacaq ki, yox, ay bizim gözəl qızlarımız, ay xanım –xatın qadınlarımız. Düz deyirsiniz, bunlar hamısı bizdə var, amma zövq yox dərəcəsindədir. Hec ziyafətə, qonaqlığa gedən xanımları görmüsünüz? Ən əvvəl zinyət əşyalarından danışaq. Elə bil ki bir-biriləri ilə bəhsə giriblər: kim cox taxdı. Boyunbağı, qolbağ, saat, hələ üzükləri demirəm-bütün barmaqlarına taxırlar. Sanki dünyanın axırıdır. Adamda belə təəssürat yaranır ki, zərgərlik mağazasaina girmisən. Geyimlərsə başqa aləmdir ee. Hansı don gəldi geyinirlər, üstündə də o qədər zər, muncuq, qaş olur ki... Düzdür, zövqlə geyinənlər də olur. Heyf ki, onlar barmaqla sayılacaq qədər azdır. Lakin zovqsüzlər üstünlük təşkil edir.

Bizdə bəzən gündəlik geyimlə ziyafət geyimini səhv salırlar. İşə elə geyinib gedirlər ki, elə bil toya gedirlər. Kosmetikadan da o qədər istifadə edirlər ki, ifrat dərəcəsində... Gecə makiyajı ilə gundəlik makiyaj arasında fərq olmalidir axı. Gundəlik makiyaj  hissedilməz dərəcədə olmalıdır, sadəcə üzü təravətləndirməlidir. Bililirsiniz, bəzən bizim  qadınlar belə fikirləşir ki, geyim nə qədər baha olsa, o qədər dəbli, nüfuzlu görünürsən. Yalniş fikirdir. Sizə qadın göstərə bilərəm ki, çox da baha olmayan geyimləri elə zövqlə geyir ki, adama sözün əsl mənasında ləzzət edir.

Gəlin unutmayaq ki, geyim bizi yox biz geyimi yaradırıq.

Bəs, siz necə geyinirsiz?
(səs: 5)
Şərhlər: 11
Baxılıb: 3 176
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri