Qadının döyülməsi (Müzakirə)

Müəllif: Antikvar
Şərhlər: 17
Baxılıb: 3242
Paylaş:
Səs ver:
(səs: 5)
Salam olsun saytımızın gözəl,şirin,şəkər qızlarına 03 heart Bu gün müzakirə xəbəri ilə qarşınızdayam 01 Əslində bu müzakirə xəbərini televizorda bir seriala baxarkən sizlərə müzakirə olaraq təqdim etmək istədim.Qadına təcavüz(Vurulmaq,döyülmək,və əsasəndə çox zaman alçatmaq)Az şahidi olmamışıq Qadınların döyülməsinə...Hər nə qədər oxuduğumuzda üzücü,kiçildilmiş kimi görünsədə həqiqətdi ki,Kişilərin Qadına əl qaldırılması az olmayıb.Keçmişdədə günün indisindədə qadına qarşı zorakılıq davam etməkdədi...Bu haqqda fikirlərimin bir qismini şərhimə saxlamaq üçün keçid alıram tam sualıma

1.Bir kişinin qadına qarşı etdiyi zorakılığ nədən irəli gəlir?

2.Sizcə səbəb nədi qadınlar vurulduqları zaman səsini çıxartmaq yerinə sakit qalmağa üstünlük verirlər?


Buyurun qızlar söz sizindi.Əminəm müzakirədən yayınmarsız əksinə fikirlərinizi bizimlə bölüşməyiniz hər qadına bir ümid bir dəstək olacaq.

loading...
(səs: 5)
Şərhlər: 17
Baxılıb: 3242
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Lusi
`- 1.Bir kişinin qadına qarşı etdiyi zorakılığ nədən irəli gəlir?
Cox sebeblerden ireli gele biler ama hec bir sebeb zorakaligi ede bilecek seviyye qeder gelib catmamalidir.
2.Sizcə səbəb nədi qadınlar vurulduqları zaman səsini çıxartmaq yerinə sakit qalmağa üstünlük verirlər?
Söz söhbet dahda böyümüsin deye. Övladlari oldugu ücün. Yada ele dsunurki men qadinam o kisi. Kisiye haqq qazandirir ama özünde alcalmids olur...
17 aprel 2018 17:07
17
Offline
Selena
Qadina el qaldiran mexluqat hec vaxt kisi adina laiq ola bilmez onlar olsa olsa kisiciyez olarla.Qadina hormetle yanasmaq lazimdir.Cunki ay serefsiz seninde anan var seni o dunyaya getirib.Qadinlar olmasa kisiler bir hecdi.Amma helede bunu anlaya bilmirler.Kisilere qadin doymek ucun sebeb lazim deyil.Onlar obsuzda savasmaq ucun bir behane tapirlar.Men birini taniyiram ki ise gedir eve gelen baslayir arvadla usaqla arvadini usaqlarini doyur.Eke ailede terbiye alan usaqlar nece olacaq ki? Tebii ki ozlerine benzeyecek.Kisi dediyin qadina cemkirmez obu doymez onu alcaldib isgenclere mehkum edib zulm vermez.Bunu ozkeri ucun normal hesab edirler.Ozum bilerem deyirler.Kim size haq veribki qadinlara el qaldirasiz.Qadinlarin huququ yoxdumu bes?Onlar sizden zeifdi deye bele alcaqliga yol vermek olmaz.Bu tam bir serefsizlikdir.En azindan heyat yoldasi kimi hormet etmirsense bir qadin usaqlarinin anasi kimi hormet et daha bele vehsilik yox.21Ci esrde yasayiriq amma helde muasirlese bilmirik ki bilmirik.Bele seyleri cemiyyetin beyninden vurub cixara bilmirik.Qadinlarin susmasinin sebebi ailesini dagitmaq istememesidir.Qorxmasidir harda qalaram?ozumu nece dolandiraram demesidi
bu uzden valideynler qiz usaqlarini oxutmali onlara savad vermelidi ta 15 yasi tamam olmamis er evine gondermemelidi.Neyse barmaqlarim sinidi yazmaqdan.
25 mart 2018 18:23
16
Bu dünya yaxşı olanların deyil,yaxşı rol oynayanların dünyasıdır.
Offline
vipbetul
qadinlarin sefi ondadirki doyulur sesini cixarmir isgenceye meruz qalir evlerine donmurki collerde qalaram ailem qabulı etmez camaat pis gozle baxar ozum ayaqlarim usdunde dura bilmerem budaki qadinlarimiza tezyiqleri dahada artirir halbuki qadinlarimiz heqiqetende ozlerinin ne qeder guclu olduqlarini bilseler onlarin ede bilmiyegeyi usdesinden gele bilmiyegeyi hec bir is yoxdur
9 fevral 2018 11:56
15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Online
Sabah Uykum
Bezen susmag mecburiyyetinde qalirsan caresizlikden halbuki bilirsen gunahin yoxdu ama qeddarin zulmune boyun eyirsen...Neynemek olar..herenin qismeti bircurdu.Allah Komek olsun Hamiya
7 fevral 2018 14:41
14
Sen kiwisen men qadin♡♤
Sen incidersen men inciyerem♤♡
Sen kanatirsin,men sariyaram■
Sen unudarsan men esla unutmaram,
Men QADINAM yer uzunun en boyuk doyuwcusu!
Istesen Ana olar ,Baci Olar,YaR olar,yaran olaram.
Istemezsen duwmen bile olmaram....
Online
YalniZ-ArZu
1.Bir kişinin qadına qarşı etdiyi zorakılığ nədən irəli gəlir?


Psixoloji catimşmamazlıqdır bu sadəcə...bir insan bashqa birisine əl qaldırır və bununla özünü tamamlanmış bir şəxsiyyət kimi hiss edirsə,hələ əl qaldırdığı özündən qat-qat zəif birisidirsə demək zorakılıq edən sadəcə psixdir və ondan hər şey gözləmək olar.Mən birini tanıyırdım havadan sudan səbəblərdən evə gələn kimi qadını döyürdü,yazıq qadının başı yumruq dəyməkdən xəstə düşmüşdü nevrapatoloqlar çarə edə bilmirdilər.Ürək tutmaları da olurdu.Hələ yeniyetmə idim,bir gəlinin söhbətini eşitmişdim ki,evdə işıqlar sönüb bu da gedib mətbəxə şam yandırmağa,nə var kirbit yanandan sonra sönüb əri yazığı döyüb ki kimə himcim edirsən qarşı binadan?Bax bu cür psixlərdir qadınlarını döyənlər.yani bunun bir məntiqli səbəbini də axtarmaq gülüncdür,mən şəxsən bu yaşıma qədər hələ məntiqli bir səbəbdən döyülən qadın görməmişəm...hələ arvadına xəyanət edib də,xəyanəti üzə çıxanda arvadını döyən kişilər də görmüşəm sadəcə nifrət etmişəm...elələrinı kişi demək də düzgün deyil tüpürəsən eləsinin kişiliyinə.

2.Sizcə səbəb nədi qadınlar vurulduqları zaman səsini çıxartmaq yerinə sakit qalmağa üstünlük verirlər?


Sakit duran qadını isə cox az gormuşəm,)))vallahı əri döyərkən belə dilini dinc qoymayanlar da var.Ancaq suala hərtərəfli yanaşsam səssiz qalmanın səbəbi sadəcə bizim Azəri qadınlarının fədakarlığı,ailəni hər şeydən,hətta öz qürurlarından da üstün tutmalarıdır.Qadın səssiz qalır,bəlkə inanır ki bir gün gələcək kişiciyi ağıllanacaq...qadın dözür çünki bilir ki danışsa heç kim kişicikdə günah görməyəcək,hamı deyəcək nəsə edirsən ki döyülürsən,hətta anası belə deyəcək dilini sakit saxla döyülmə.Qadın zorakılığa dözür çünki bilir ki,boşansa gedəcəyi bir yeri yoxdur,ana evində maksimum bir il sakit yaşayar,sonra iynəli sözlərdən camaatın qınaqlı baxışlarından bezəcək...qadın susur çünki indi boşanmaq istəyən qızlarına yiyə durmayan valideynləri,həmən qızı 15-16 yaşında tez tələsik başlarından ediblər imkan verməyiblər nəsə bir sənət öyrənib öz ayaqları üstündə dura bilsin,o da indi acizdir və ona zorakılıq edən şərəfsizdən asılı vəziyyətdədir.Qadın susur çünki el qınağından qorxur və həmən cəmiyyət ki qadını döyən kişiyə normal halmış kimi baxır,boşanmış qadın deyəndə ağlına min cürə söz gətirib vedrələr qoşur və buna görə boşanmış qadın statusu almaq istəmir deyə susur qadın və alçaldılmaga ağrı acıya dözür.
Bizim cəmiyyətin məntiqiylə biz hələ taaa 18-ci əsrdə qalmışıq cahillik beynimizdən bir türlü cixmir ki cixmir.necə ishləyibsə artiq qanimiza.sadəcə biz indiki nəslin valideynləri çalışaq gələcək üçün dar düşüncəli yox normal düşüncəli,empati qura bilən,qadına sonsuz hörməti olan bir oğullar yetişdirək...və qızlarımıza 5 yaşından ərə gedib cehiz yığmağı deyil də,elmin təhsilin və sənət sahibi olmağın vacibliyini təbliğ edək.Bəlkə onda bu cahillik qanımızdan təmizlənə bildi.

Maraqlı müzakirə üçüb təşəkkürlər Antikcan,çoxdandı bu cür uzun şərh yazmırdım)))
17 dekabr 2017 21:01
13
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
fiyonik
Bir sizle butun qadinlara el qaldiran kisilerin Allah elini qirsin
19 noyabr 2017 14:59
12
Offline
Tomris Müslümova
Şərhimə,Allah heç kimi namərdlə rastlaşdırmasın! cümləsi ilə başlamaq istiyirəm. Çünki hərdən kişinin qarşısına elə qadın,qadının qarşısına elə kişi çıxır ki,dolanmaq,yola getmək,onu başa salmaq qeyri-mümkün olur. Hələ qaldı döyməklə. İnsanı affekt vəziyyətinə gətirib çıxaran,onu hövsələdən çıxarıb əlini qana bulatdıranda elə insan olur! Heç bir kitabda,heç bir yerdə yazılmıyıb ki,kimsə kiməsə əl qaldıra bilər,və ya döyə bilər. Heç bir yerdə yazılmayıb. Heç kimin ixtiyarı yoxdur buna. Bizim kişilər isə arvada,arvad mənimdi mən bilərəm,mənim evimdədi ixtiyarı mənimdir,istiyərəm döyərəm istiyərəm söyərəm,kimin nə işinə qalıb,yəni mənim ixtiyarım yoxdur arvadıma əl qaldırmağa? -kimi baxırlar. Arvad sanki tryapkadı bununla necə istələr rəftar edə bilərlər. Alana kimi qarınlarını yerə sürtürlər yalvarmaqdan,alannan sonra bütün ixtiyar bundadı nə istəsə edə bilər kimi...Tanıdığım bir ailə var,qızını köçürmüş,nəvə nəticə sahibi olmuş,oğlu bu gün sabah evlənə biləsi ailədilər. Amma kişi arvadı mal balası kimi döyürdü. Day arvad uşaq əlinnən bezar olmuşdu.
Evində hürən it kimi idi. Gün verib işıq vermirdi arvadına aman zaman bir oğluna. Bütün gün dava qırğın. Oğlu işdə olurdu birdə anası zəng edirdiki,atan məni döyür köməyə gəl. Oğurla gedirdi atasıynan qırğına çıxırdı evdə qiyamət qopurdu. Bir ilin içində kişini xərçəng tutdu öldü,2 gün bunnan öncə 40 mərasimi oldu. Hərçəndki,ona yas zadda düşmürdü amma Allaha xatir yasını verdilər. Eləsinə rəhmətdə düşmür lənət düşür. Di get cəhənnəm odunda sən yan evindəkilərdə ac qulağı dinc qulağı yaşasınlar. Ata öz evində istənmirsə,evə girəndə hamı ürəyində deyirsə ki,"yenə gəldi" bu ailənin yox özünü o evdə istədmiyən atanın günahıdır. Bir söz var,"kişi evində hürən it yox,əsəbi canavar olar". Arvad kimi dır-dır deyinməkdənsə,ciddi ol,zəhimli ola ailən həm sənə hörmət eləsin həmdə sənnən bir böyük olaraq çəkinsin,saysın! Ailədə söz-söhbəti salanda 98% kişidir,o evdə mehribanlıq yaradanda. Yoxsa evə girdin arvada cum,uşağın əl-ayağını ye. Elə evdə din bərəkətdə olmur.Oki qaldı ilk suala-deyimki,ay ali təhsildən,ay nə bilim savaddan,dünya görüşdən...Elə ali təhsilli eşşəklər var ki,arvadı hamiləykən belində stol qırıb.Amma savadı olmayan elə kişilər var ki,ailəsinin mehribançılığına hər kəs qibtə edir. Bunun yalnız insanlıqla əlaqəsi var! İnsan olmalısan ilk növbədə,vicdan sahibi olmalısan ki,ailəni qala kimi qoruyub yoldaşına hörmət etməyi,sahib çıxmağı bacarasan. Təzəlikcən bir alış-veriş mərkəzində bacımnan gəzirdik,yanımızdan bir cütlük keçdi qız nə dedisə oğlan ayaq saxlayıb qıza tərəf baxıb başladı möhkəm səslə çəmkirməyə. Hamıda onlara çöndü baxdı.
Eşşək boyda boyun var,donuza oxşar çəkin var amma quş beyni boyda beynin yoxdu. Sən arvadına elə hörmət qoyursansa başqası necə qoyacaq? Dalaşmağa eviniz yoxdu? Camaatın içinə qalıb elə? Çox pis mənzərə alınmışdı...
İkinci suala gəldikdə isə, ən başda ailə sahib çıxmalıdır qızına. Evinnən çıxanda get-gəlinliklə çıxdın birdə kəfənlə qayıdarsan deməli deyil. Səhvi olanda əlbəttəki,ağzınnan vurub öyüd nəsihət verməlidir. Amma yad nə zibildir ki,öz doğma övladını onun ayağına verəsən? O qədər olur ki,ata ana bilir ki,qızı ər evində itin gününü görürü deyir hamı elə dözüb qoy canı çıxsın otursun. Ailəsidir..Andıra qalsın elə ailəlik ki,gün görmür. Bu məslədə isə mən qızların təhsilli olmağına,ən azında peşa sahibi olmağına çox böyük önəm verirəm. Çünki qadının ekanomik cəhətdən kişidən asılılığı olmasa qadın ürəkli olar. Yeri gəlsə ürəklidə boşanar. Hamı savadlı ola bilməz. Oxuya bilməz. Amma mütləq bir dərzilikmi,tibb bacılığımı,şirniyyatçılıqmı bilməlidir. Mütləq...Bir işdən başı çıxmalıdır ki,ər çörəyinə möhtac qalmasın. Arxanda kiminsə olmadığını görəndə, çarəsiz olanda məcbur qalırsan dözməyə. Boşanmaqda bir yara olub bizim millətə. Boşanan qadınlara elə baxırlar ki,sanki barda işləyən,gündə bir maşınnnan gələn qadına baxırlar. Ailə bir qumardır. Qaranti olmadan gedirsən,ya udursan yada ömürlük uduzursan. Kim nə bilə bilər ki,iki dəqiqə sonra başına nə gələcək? Ona görədə kimisə qınamaq olmaz! Mənim bir sinif yoldaşım qız var idi (bəlkədə haçansa şərhlərimdə qeyd etmiş olaram birdə yazım) sinif üzrə,məktəb üzrə tərbiyəcə,savadca bir dənə idi. 11 i qutaran kimi ailə oxutmadan verdi bunu bir pullu oğlana. Oğlanda çıxdı gəzəntə..Evinə qız gətirirdi. Sinif yoldaşım pomadalı siqaretlər tapmışdı,qonşuları demişdi. 11 ayın eliliyi oldu qız boşandı. Tutasan o ailənin xırtdəyinnən ki,qızı niyə bədbaxt elədiz? Gül kimi qız idi.
Uşaqlarımızı aciz örgətməli deyilik. Sabah getdiyi yerdə başı yumruqlu olanda aciz qalmasın deyə...
Yazdıqca sözdən söz,mövzudan mövzu çıxır. Yazdıqca bitmək,fikir bildirdikcə tükənməz bi mövzudur. Allah Tala qadına dünyaya insan bəxş etmək kimi özəllik veribsə məncə onları qorumalıyıq,ən azından hörmət etməliyik. Söymək,döymək,camaatın içində çəmkirmək özünü göstərmək kişilik deyilik.
Təşəkkürlər mövzu üçün)
16 noyabr 2017 11:35
11
Mənim olan bu heart səni çox sevir!!!
Offline
Antikvar
Bu xəbəri axşam türk serialına baxarkən hazırlamaq qərarına gəldim, bəlkədə bir çoxları o serialı izləyir (İstanbullu gelin) Orda bir kişinin (Ademin) arvadını döyməsi və buna qaynananın sakit qalması. Çox pis təsir etdi həmən səhnə mənə, hətta qadının yerdə səssizcə çarəsiz uzanması gözlərim doldu. Bir qadına ən böyük zərbə döyülməsidi deyərdim. Kişilərin Öz qol gücünü sırf qadınlar üzərində tədbiq göstərməsi insanlığa hətta kişiliyə belə sığışmaz addımdı. Bir sözüm vardı hər zaman yoldaşımada deyirəm bu cümləmi, ətrafımdakılarada(Qadını qol gücüylə vurmazlar, sözüylə vuranlara mən kişi deyirəm) Əsl kişi sözünü dili ilə keçirə bilənlərdi, qoluyla keçirənlər isə kişilikdən bi xəbər olanlardı. Məhz nəyə görə qolunu əsgərlikdə və yaxud çöldə nümayiş etmirlərdə evdə gəlib qadın üzərində yoxlamağa üstünlük verirlər? Sizcə buna səbəb nədi? Həmən gün seriala baxdığımda yoldaşıma bir sual verdi görəsən o kişicik və onun simasında olan kişiciklər nəyə görə çöldə deyildə evdə qadına cumurlar? Nəyə görə o qədər olur kişiylə kişinin sözü çəp gəlir az yaşlı uşaqlar olar əlbəyaxa olsunlar amma orta yaşda olanlar daha çox söz güləşinə çıxır və həmən kişilər evə gəldiklərində olurlar ruslar demiş(Домашня тигр)) Bəzən qadını günahkar çıxardırlar amma mən belə düşünmürəm, əyər biz kişilərim hirsli vaxtında onları sakitləşdirə biliriksə onlarda bizlərin hirsli vaxtımızda dəstək ola bilərlər. Mənim hirsli vaxtımda mənə heç kim yaxın durmasın hətta yoldaşımda bilir, sakitləşdirə bilirsə danışsın bilmirsə uzaq qalsın, övladlarımla onun yanında qışqırsamda səsi çıxmaz çünki dəfələrnən demişəm uşaqlarımla danışanda sən uzaq qal, əyər bu zaman qədər tərbiyəsindən bir şikayətin yoxdusa demək səbəbkarl mənəm, bu səbəbdənsə qışqırarmsa əsəbləşirəmsə sən danışma... Bəzən görürsən Qaynanalardada az yoxdu gəlir aranı vurur gedirlər, oğlunu doldurub kənardan qadının döyülməsini izləyirlər, özləri çəkdiklərini sanki gəlnidə çəksin içində olan alovu bu tərz söndürməyə çalışırlar, Ağızlarını cəmiyyətdə açsalar mənim yaşadıqlarımı gəlnim yaşamsın dedikləri ilə evə gəldiklərində yaşatdıqları tam tərsidi. Çöldə mələk üzlü qaynana evdə isə Buynuzlu mələk adlandırmaq olar. Mənim şeytanlığımıda o qədər ediblər yoldaşıma sırf evdə gəlib əl gücünü tədbit etsin deyə. Qaynanam olmayıb, zamanında məni dəli edib hirsimdən ağzımdan çıxartdığım sözləri gəlib yoldaşıma deyiblər, yoldaşım isə onların istədiklərinin tərsini edərək yerində cavab verib (İnsandı oda hirsli olub söz deyib, hər kəs hirsli olanda ağzından söz çıxardar, siz etmirsiz, oda onlardan biridi) deyib hoqqa çıxartmaq istəyənləri yerində oturmuşdu. Nədənsə qadının tərəfini tutulduqda biz tərəflərdə "arvad ağız" deyilir. Həmən an beyinə bir siqnal işləyir, arvada baxee sən kişini öz tərəfinə çəkdi, öz əlinə aldı, ya oğlumu doldurdu etdi arvad ağız. Biz cəmiyyətimizdə kişi olçaq üçün gərək arvada əl qaldırasan və qadına cəmiyyətdə azarlayıb söz deyəsən, pərt edəsən... ən nifrət etdiyim nüansdı qadın cəmiyyətdə danışdığı zaman sözü ağzına vurub alçatmaq, yoldaşıma belə demişəm əyər nəsə düz addım atmasam nəsə səhfim olsa gəl evdə de amma əsla mənə cəmiyyətdə söz demə məndəm aslı olmayaraq sənə cavab qaytararam onda səndə arada pis olarsan məndə. Həqiqətən məndən aslı olmayan bir xarakterdi ünvanıma kim tərəfindən olursa olsun artıq əksik söz eşitsəm sırazı cavabını verərəm özüdə çox kobud şəkildə. O qədər kişiciklər var ki, yalandan arvadını hər hansı bir məclisdə ana atasını söyür guya kişidi amma o insanın gözümdə zərrə qədər dəyıri yoxdur. Çox mədəniyyətsiz görünüşdə olduqlarının fərqində belə deyillər hər halda. Çpx uzağa getmirəm yoldaşımın qohumu haçan bir araya gəlsək yalandan başlayar arvadını söyməyə, mənasız ifadələr deməyə, qışqırmağa özünü mənim yoldaşımın yanında kişi göstərmək həvəsindədi nədi yoldaşımda onun kimi etsin amma heç zaman istəyinə çatmayıb. İnanın həmən insan arxandan arvadının sözündən heç çıxmaz, cəmiyyətdə kişi kimi görünsədə arxada tamda arvadının ağzına girəcək tipdədi.. Heç bir etirazımda yoxdu istər arvad ağız olsun ostər arvad sifət yada arvadın dediyiylə getsin amma ən azından özünü maskalığa qoyub özünü"kişi" kimi göstərməsin.
İçki içib döyməkdi hər nədi belələri ilə ömür keçirməyə belə dəyməz, ailə həyatı tamamilə başqa bir həyatdı, hər iki insanın üzərinə düşəcək öhdəliklər vardı, əyər bir kişi üzərinı düşəcək öhtəliyi etmirsə buda azmış kimi evdəkilərə zülm verirsə belə izi tozu tanınmaz insanla yaşamağa dəyərmi? Heç vaxt, özünü belə idarə edə bilməyən biri ailəsinimi idarə edə biıəru, düzdü ki, qadınlarımız belə çətinlik yaşadıqları halda yenədə qismətinı boyun əyib elələri ilə həyatını çürüdürlər, çünki çox murdar bir cəmiyətimiz var, qınamağı sevən cəmiyyətimiz var, vuranı baltalamağı sevən bir cəmiyətimiz var, dəstək olmayam cəmiyyətimiz var, yazıq baxışları həmın qadının üzərində gəzdirməyi sevən cəmiyyətimiz var, üzdə ona yazığı gəlirmiş kimi göstərib arxada gedib qonşuda qeybətini edən cəmiyyətimiz var əsasəndə kişi içki içsə belə, qadın döyülsə belə, kişi evdə vəzifəsini yerinə yetirməsə belə, günahlar sayılan qadındı deyən cəmiyyətimiz var. O qadın bunlar varkən necə çıxıb getsin? Getsədə deyəcəklər başqa kişiyə qoşulub qaçdı deyən vicdansız insanlarımız var. Bax belə bir cəmiyyətdə yaşayırıq təəsüflər olsun..Qadınlara qarşı zorakılıqlara son qoyulsum desəmdə əbəsdi, çünki hər nə qədər qadınları məhz helə qadınların özü qınasa helədə zorakılıqlarda olacaq, döyülmələrdə. Qadının qadındam başqa düşməni yoxdu deyərdim (hər zaman qeyd edirəm)
Dahasıda o qədər sözlər var ki , yazmağa buna həm vaxt həmdə səhifədə yer lazımdı.
Şərh yazan qızlarada təşəkkürlər əziyyət çəkib fikir bildiriblər. Günümüzün ən aktual mövzusuna şərh sayına baxdığımda bir daha fikirlərimdə yanılmadığımən şahidi oldum.
Gələn müzakirələrdə görüşənədək. :)
15 noyabr 2017 20:06
10
Dinləməyi sev-Danışmağı yox...Ağıllı olmağı sev-Ağıl verməyi yox...Özünü ailəni sev-özgəsini yox..Vaxt gələr elə zərbələr alarsan ki,göz yaşlarıyla bərabər niyə belə oldu?Sualları ürəyini ağrıdar....


İmza:Antikvar
Offline
deniz yildizi:)
Sitat: AYCA
qadina hecbir zaman el qalxmamalidir ele ne zorakilig ne siddet bular en irgenc hadisedi ele kişiler varki şahidi olmuşam gedir alkaşdiğ eliyir eve 1qepik pul getirmir gelir qadinina omur gun yoldasina el qaldirir sebebsiz birseyin usdune nifret eliyirem bele kisilere heç bulara kisi de demey olmaz qadini vurduqdaki yazig qadin neynesin sesini cixardacaq birde vuracaq gorurki delidi neynesin hec insanda heyat yoldasina sirdasina elmi qaldirar qadinlarni vururlar sorada diyilerki he men arvad vuranan yeniki ozleriyle fexr eliyiler kül qoyum olarin basina onsuzda olar cehennemde yerleri hazirlanib elelerinin

eynen
14 noyabr 2017 19:38
9
Offline
Antikvar
Heç vaxtım yoxdu, şərh yazım müzakirəyə, mütləq fikrimi bildirəcəm bu xəbərə, çünki ən aktual mövzularımızdan ilkidi.
İndi şərhləri oxumağa vaxtım olmasada mütləq sabah həm şərhləri oxuyacam həmdə fikrimi çatdıracam.
12 noyabr 2017 17:36
8
Dinləməyi sev-Danışmağı yox...Ağıllı olmağı sev-Ağıl verməyi yox...Özünü ailəni sev-özgəsini yox..Vaxt gələr elə zərbələr alarsan ki,göz yaşlarıyla bərabər niyə belə oldu?Sualları ürəyini ağrıdar....


İmza:Antikvar
Heyat varsa...
1)Bele duwunurem ki,eger arvad kiwinin sozunden cixibsa doyulur.Amma doyulmesi hecde dogru deyil!Ona her weyi sakit terzdede deye biler.Sakitlikle,sebirle...

2)Her bir qadin doyulduyu zaman susar bunun ancaq bir nece sebebi ola biler.Birinci sebeb uwaqlari.Amma bir qadin doyulen zaman uwaqlarina gore susarsa bu onun uwaqlarina pis tesir gosterir.Her gun dava dalaw konsertlerini izlemekden onlarin da psixologiyasi pozular.Ikinci sebeb ise odur ki,qadinlarin coxusu hemiwe erine cavab qaytarmagin yaxwi olmadigini duwunurler.Ola biler..Amma eger qadin haqliysa susmamalidir.Oz sozunu demelidir.Qorxaq olmamalidir.Ne qeder ki,qorxacaq cekinecek susacaq ona qarwi getmekden o qederde doyulecek.Bir weyde var ki,eger hansisa bir "kiwi" hansisa bir qadini doyurse men ona kiwi adini yarawdirmaram!

#qadinasiddetyoxqaygilazimdir
12 noyabr 2017 12:40
7
Offline
CANAN
Qisa deyim.Qadini vuran kisinin elleri qurusun...hec bir ise yaramasin....
11 noyabr 2017 23:01
6
canan qizim sirin seker qizim.
Offline
Svetoklana
1)İlk öncə qeyd edim ki,qadının günahı olsa da,olmasa da eger özünü "kişi"adlandıran bir məxluq qadına el qaldırırsa o kişi deyil.O cür məxluqu mən kişi hesab etmirəm.Əgər qadının günahı varsa ona əl qaldırmaq yerinə gedib lazımı yerlərə müraciət edib aile veziyyetini sonlandıra bilersen...yox əgər qadının günahı yoxdursa sən istədiyin vaxt içib gelib ve ya gündelik problemlerinin acığını her axşam qadını döyərək çıxırsansa onda bu senin binamuslugundan,şərəfsizliyindən,aciz olmağından xeber verir.
2)Təəssüf ki,günümüzdə ər və arvad arasında bu kimi problemler var və dünya üzərində əksər qadınlar şiddətə məruz qalırlar.Qadınların susub sakit oturmaqlarının esas sebeblerinden biri çox zaman uşaq olur.Öz aləmlərində guya ki uşaqa gore susub otururlar.Ancaq derk etmirler ki susub oturmalari ve her gün ölümcül sekilde döyülmeleri sonda uşaqın psixologiyasının erken yaşdan pozulmasına getirib çıxarır.Uşaqdan başqa susub oturmagin başqa sebebi isə qadının tehsilinin olmaması və özünü kişiden asılı hesab etmesidir.Netice olaraq,kişi onu her defe döydükce acizlik nümayiş etdirir.Bu sebebden qadına zamanında tehsil vermek daha yaxşıdır,çünki qadın bu kimi hallarda haqqlarını müdafiə ede bilər(nəticə olaraq heç kim heyatından sığortalanmayıb).#şiddeteson
11 noyabr 2017 21:38
5
Nobody loves me like you do.
Offline
Fialka
1.Bir kişinin qadına qarşı etdiyi zorakılığ nədən irəli gəlir?
İlk öncə onu deyim ki, qadınlara qarşı zorakılıq qəbul edilməz bir haldır çünki bu tək fiziki şiddət deyil eyni zamanda da psixoloji sarsıntı, mənəvi çöküşdür. Qadına qarşı olan zorakılıq haqda çox danışmaq olar sadəcə qısaca onu deyə bilərəm ki, söhbət burda əsl kişidən gedirsə onun sözünün gücü qolunun gücündən üstün olar öz ailəsində. O öz acizliyini, sözünün keçərsizliyini qolunun gücüylə göstərməli deyil birdəki həmin şəxsin böyüdüyü ailə mühitidə mühüm rol oynayır ..Qadın da qarşısındakı insanın əsəb sistemini sınamamalıdır nəticə də hamının bir səbr kasası var və onu daşırmamaq lazımdır..

2.Sizcə səbəb nədi qadınlar vurulduqları zaman səsini çıxartmaq yerinə sakit qalmağa üstünlük verirlər?
Burda da çox nüanslara toxunmaq olar səbəb kimi olduğun cəmiyyətdən tutmuş qadının , xarakteri, təhsilsizliyi, bilgisizliyi və s. böyük rol oynayır. Bəzən öz ayaqları üzərində dura bilən, təhsilli birisidə susur səbəb öz xarakter zəifliyi, camaat nə deyər, övladlarının ailə mühitindən uzaq etmək istəməməkləri və s çoxdur.

Bir şeyi deyə bilərəm ki, əgər o ailə sağlam təməllərlə qurulubsa və böyük - kiçik yeri bilinirsə heç kəs o sərhəddi keçməz və çalışar ki, sözdə deyil həqiqətdə bir ailəyə sahib olsunlar.
11 noyabr 2017 18:33
4
Offline
Gultekin.A
Sitat: ayshen
1.Bir kişinin qadına qarşı etdiyi zorakılığ nədən irəli gəlir?
1. Bir kişinin qadina qarşi etdiyi zorakiliq kişinin zeifliyinden ireli gelir.. guclu kişi hec vaxt oz gucunu qadinin uzerinde tetbiq etmez.. var ele kişiler ki, qadina eşya kimi , oz şexsi mali kimi baxir.. olmaz.. qadin eşya deyil.. qadin heç zeif de deyil.. zerifdi qadin amma zeif deyil.. qadinin gucu daxilindedi.. qadin uzde o gucu gostere bilmez..yeni kishi kimi vurmaz yixmaz , qolunun gucunu gostere bilmez belke amma ele yerde ele bir shey eder ki, deyersen nece guclu qadinmish.. qadin susar, ama abrindan heyasindan susar.. qolu guclu de ele biler ki, qorxusundan susdu..


2.Sizcə səbəb nədi qadınlar vurulduqları zaman səsini çıxartmaq yerinə sakit qalmağa üstünlük verirlər?
2. Yuxarida qeyd etdim.. bezenn abir- heyasindan susar qadin..
Ama sessiz qalmalarinin onemli sebebi, tehsilsizlik, huquqlarini bilmemek.. bu cox onemli meseledi eslinde.. ve de teessuf dogurucu.. ona gore de valideynler qiz usaqlarinin tehsiline onem vermelidirler..
Eger bir qadin tehsilli olarsa, huquqlarini bilerse, onda bele şiddet uzunden ailesinden ayrilsa bele o qadin oz ayaqlari ustunde dayanar, obladlarina baxar..
Savadli bir qadin butov bir cemiyyet demekdi. Cunki qadin savadli olarsa, onun yetishdirdiyi ovladlarda savadli, dunyagorushlu, vetene cemiyyete xeyirli bir insan olar..
Eslinde movzu o qeder genishdir ki, cox shey demek olar.. gozel ve aktual movzudu hem de.. teshekkurler

Duzdur raziyam sizinle
11 noyabr 2017 17:51
3
QADIN GÜL kimidir - Qoxlandiqca açar,sevildikcə gözəlləşər
Offline
ayshen
1.Bir kişinin qadına qarşı etdiyi zorakılığ nədən irəli gəlir?
1. Bir kişinin qadina qarşi etdiyi zorakiliq kişinin zeifliyinden ireli gelir.. guclu kişi hec vaxt oz gucunu qadinin uzerinde tetbiq etmez.. var ele kişiler ki, qadina eşya kimi , oz şexsi mali kimi baxir.. olmaz.. qadin eşya deyil.. qadin heç zeif de deyil.. zerifdi qadin amma zeif deyil.. qadinin gucu daxilindedi.. qadin uzde o gucu gostere bilmez..yeni kishi kimi vurmaz yixmaz , qolunun gucunu gostere bilmez belke amma ele yerde ele bir shey eder ki, deyersen nece guclu qadinmish.. qadin susar, ama abrindan heyasindan susar.. qolu guclu de ele biler ki, qorxusundan susdu..


2.Sizcə səbəb nədi qadınlar vurulduqları zaman səsini çıxartmaq yerinə sakit qalmağa üstünlük verirlər?
2. Yuxarida qeyd etdim.. bezenn abir- heyasindan susar qadin..
Ama sessiz qalmalarinin onemli sebebi, tehsilsizlik, huquqlarini bilmemek.. bu cox onemli meseledi eslinde.. ve de teessuf dogurucu.. ona gore de valideynler qiz usaqlarinin tehsiline onem vermelidirler..
Eger bir qadin tehsilli olarsa, huquqlarini bilerse, onda bele şiddet uzunden ailesinden ayrilsa bele o qadin oz ayaqlari ustunde dayanar, obladlarina baxar..
Savadli bir qadin butov bir cemiyyet demekdi. Cunki qadin savadli olarsa, onun yetishdirdiyi ovladlarda savadli, dunyagorushlu, vetene cemiyyete xeyirli bir insan olar..
Eslinde movzu o qeder genishdir ki, cox shey demek olar.. gozel ve aktual movzudu hem de.. teshekkurler
11 noyabr 2017 16:33
2

Xoşbəxt qadınlar ən Gözəl qadınlardır....
Online
AYCA
qadina hecbir zaman el qalxmamalidir ele ne zorakilig ne siddet bular en irgenc hadisedi ele kişiler varki şahidi olmuşam gedir alkaşdiğ eliyir eve 1qepik pul getirmir gelir qadinina omur gun yoldasina el qaldirir sebebsiz birseyin usdune nifret eliyirem bele kisilere heç bulara kisi de demey olmaz qadini vurduqdaki yazig qadin neynesin sesini cixardacaq birde vuracaq gorurki delidi neynesin hec insanda heyat yoldasina sirdasina elmi qaldirar qadinlarni vururlar sorada diyilerki he men arvad vuranan yeniki ozleriyle fexr eliyiler kül qoyum olarin basina onsuzda olar cehennemde yerleri hazirlanib elelerinin
11 noyabr 2017 16:03
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri