MÜZAKIRƏ MÖVZUSU - Boşanmaq faciədirmi????

Müəllif: YalniZ-ArZu
Şərhlər: 12
Baxılıb: 5 412
Səs ver:
(səs: 3)
Bugün saytda ilk müzakirə xəbərimlə qarşınızdayam.Əslində çoxdan fikrim vardı,çünki bu sual məni çox düşündürür son günlərdə.Başlayaq:

Biz bir millət olaraq,ailəyə, ailə dəyərlərinə də çox böyük önəm veririk.Şükür hələ cəmiyyətimizdə bütün mənəvi dəyərlər ölməyıb.Ailəli olmaq subay qalmaqdan üstün tutulur.Ailənin müqəddəsliyinə inananlar da az deyil.Ancaq bu gün istəyirəm,məhz boşanmaqdan danışaq.

Nəyə görə boşanmaği bir çoxlarımız faciə kimi qəbul edir?

Bir qadın ailəsində xoşbəxt deyilsə və buna çox ciddi səbəblər varsa,bu evliliyi qoruyub saxlamaq doğrudurmu?

Nəyə görə bir çox valideynlər qızını ərə verərkən,"Getdiyin yerdən ancaq kəfəndə çıxa bilərsən" deyib də,qızın əl qolunu bağlayırlar?

Niyə cəmiyyətdə bir çox dar düşüncəli,cahiller boşanmis qadına barmaq arası və hətta pis gözlə baxırlar?

Qızını oxutmaq istəməyib,"tez bazar ərə verim də yüküm azalsin" deyən valideyn,bu gün qızının düşdüyü çıxılmaz durumdan birbaşa sorunlu deyilmi? Yoxsa elə bütün günahları ərin üstünə atmaq doğrudur?

Və sizə görə BOŞANMAQ FACIƏDIRMI?


P.S- 1.xahiş edirem,şərhlərinizi yazanda bir anlıq özünüzü çıxılmaz vəziyyətdə olan qadınların yerinə qoyub,empatiya qurub da yazasiz.Daha obyektiv şərhlər üçün.
2.Son dərəcə xahiş olunur ki,bir birinizin də fikirlərinə hörmətlə yanaşasiz.Bura müzakirə meydanıdır,savaş meydanı deyil.
3.Kimin bu barədə fikri yoxdursa,özünə əziyyət verib nə heç kimin fikrini sitat götürsün,nə də "Tesekkurler" yazıb yola versin.
(səs: 3)
Şərhlər: 12
Baxılıb: 5 412
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri