Toy adət-ənənələrimiz - Müzakirə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 11 957
Səs ver:
(səs: 8)
Qarşılıqlı sevgi,gözəl toy və xoşbəxt ailə hər birimizin arzusudur.Gün keçdikcə gənclərimiz toylarımıza yeniliklər əlavə edirlər.Ancaq çox təssüf ki,bir çox toy adət -ənənələrimizi unutmağa başlayırıq.Bəzilərimizi bu qane etsədə bir çoxlarımız adət -ənənələrimizə uyğun toy arzusundayıq. Bəzilərinin fikrincə isə artıq müassir zəmanəyə ayaq uydurmalıyıq.Məhz bunun üçündə adət -ənənələrimizi müassir rəqs növləri ilə əvəz edirik. Yəqin ki,bir çoxlarımız qeyri adi toyları izləmişik.Qeyri adilik,fərqlənmək gözəldir ancaq adət ənənələrimizi dəyişəcək qədər vacibdirmi? Əlbbətdə ki,yaşlı nəsil adət- ənənələrimizi üstün tutaraq övladına gördüyü kimi toy arzulasada gənc nəslin nümayəndələri zaman zaman bu fikirlə razılaşmaya bilər.

Çox gözəl toylarımız,çox gözəl adət -ənənələrimiz olduğu halda biz niyə onları qoruyub saxlaya bilmirik?
Nə üçün dəyərli olan hər şeyi asanlıqla unuduruq?
Biz əgər onları qoruyub saxlamasaq çətin ki,bizdən sonrakı nəsil üçün adət- ənənələrimiz vacib olsun.

Gözəl toy hər birimizin arzusudur ancaq adət ənənələrimizə uyğun toy isə hamısından ən gözəli və əvəzolun Əzizlərim ən gözəl toylar bizim toylarımızdır.Hətta dünyanın bir çox yerlərində belə bizim toylarımız böyük marağa səbəb olur. Adət ənənələrimizin fərqliliyi gözəlliyi hər kəsi heyran etdiyi halda nə üçün onların dəyərini bilməyək?Nə üçün onları qoruyub saxlamayaq? Toy hər birimizin həyatında 1 dəfə yaşanacaq.Hər birinizə arzum o günü istədiyiniz kimi öz adət ənənələrimizə uyğun olaraq qeyd edin.

Hal hazırkı toylarda adət-ənənələrimizə nə dərəcə xüsusi yer verilir? Milli toylarımızda nələri bəyənir və ya nəyi bəyənmirsiniz? Öz toyunuzu necə keçirtmək istərdiniz və ya keçirtdiniz?
(səs: 8)
Şərhlər: 10
Baxılıb: 11 957
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri