Qadinlar.Biz qızlarının bayatı deyişməsi

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 3 144
Səs ver:
(səs: 0)

Qadinlar.Biz qızlarının bayatı deyişməsi

 PRETTY_GİRL:Çevrilib, naşa dünya,

                    Dəymişəm daşa dünya.
            Heç etibar qalmayıb,
                Dosta, qardaşa dünya.

Tapdiqova:Kəm baxtı sönən qərib, 

Qürbət ölən qərib, 
Bəxtəvər günə düşdü, 
Vətənə dönən qərib. 

Soledad:Söz qaldı el gələnə, 

Çırmandı sel gələnə, 
Gözəl bir bağ salmışam. 
El gələ kölgələnə. 

naza24:Əziziyəm dilən gəz, 

Bağda gülə dilən gəz, 
Qürbətdə xan olunca, 
Vətənində dilən gəz

Vusales:Bu məhəbbət talanmış,

          Parçalanıb calanmış.
          Deyirdinki, sevirəm,
             Demək sevgin yalanmış.

Sadece_men:Əlifnazam mən-mən
Topuxbazam mən-mən.
On iki kişiyə getdim,
Yenə də qızam mən- mən

Aliyeva.T:Arazım çağlar axar, 
Dörd yanı bağlar axar, 
Əlim suyuna çatmaz, 
Sinəmi dağlar axar.

NELLİ:Göydən uçan quşa bax

Əyağında müşə bax
Hamıya gələn yaza,
Mənə gələn qışa bax.

Barbi_:Ay daş atan baxdəvər -
Daşın da bir vaxtı var.
Qapı döyür elçilər,
Anam deyir: «Gəl verək».
Atam deyir: «Qoy görək».

Luna: Kəm baxtı sönən qərib,
Qürbət ölən qərib,
Bəxtəvər günə düşdü,
Vətənə dönən qərib.

Balawka;Mən aşiq sini, sini,
Doldur iç sini, sini.
Mənə öz yarım gərək,
Nəylirəm özgəsini?

Senseless_Life;Eləmi yada məni
Satdılar yada məni
Kimim, kimsənəm yox,
Bir salsın yada məni

I_ka

Mən aşiq gözlə, yandım.
Demə ki, közlə yandım.
Od vurdular, yanmadım,
Bir qara gözlə yandım.

ShoKKi_MoKKi

Hərənin bir dərdi var,
Hər dərdin öz fərdi var,
Dünyaya bel bağlama,
Dünya boyda dərdi var!

Lady_X

Əzizinəm belədi
Tale elə belədi
Sinəmdə daglar durub
Gözdə isə gilədi

                 

CANIK

Qaranquşa söyməyin,
Qanadına dəyməyin.
Sizə qarğış eyləyər,
                  Yuvasına dəyməyin.

                             

                 INCI

Əzizinəm oboyalar,
Boy göstərər boyalar,
Rəsssma ləzzət verir,
                                  Tanrı çəkən boyalar.

                          

                             NURGUL_25 

Göyün üzü dumandı, 
Yastıq mənə hayandı.
Dərdimi suya dedim, 
                                Su da, alışdı yandı.

                                    


  



 




(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 144
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri