N E L L İ- NİN " ELÇİLİK MƏRASİMİ"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 5 775
Səs ver:
(səs: 3)

N E L L İ- NİN " ELÇİLİK MƏRASİMİ"

Salam qızlar. :03: Bu gün  sizə NELLİ haqda danışacağam. NELLİ bacım bu gün çox həyəcanlıdır. Axı bu gün biz NELLİnin həyatında olan xüsusi bir günü qeyd edəcəyik. Amma anlaşılmazlıq olmasın deyə öncə sizə qız və oğlan evini təqdim edirəm.

OĞLAN EVİ:

TAPDIQOVA- Oğlanın anası

EMİSHKA83-  Tapdıqovanin bacisi

KX-Tapdıqovanın  bacısı

AYLİN88- Tapdiqovanın kiçik bacısı

SADECE MEN- Oğlanın bacısı( NELLİnin gələcək baldızı)

NAZA25- NELLİnin baldızı

ANGELOCHKA – NELLİnin baldızı

OMUR_ N- NELLİnin baldızı

AYSU AYAN- oğlanın bibisi

ADRİANA-oğlanın bibisi

Vusales- Qonşu


QIZ EVİ:

PURE LOVE- NELLİnin anası

NUGYA- NELLİnin boyuk bacısı

PRETTY GİRL- NELLİnin ortancıl bacısı

BALAWKA- NELLİnin kiçik bacısı

SOLEDAD-NELLİnin bibisi

LUNA-NELLİnin bibisi

ALİYEVA.T-NELLİnin xalası

İNCİ- NELLİnin xalası qızı

BARBİ-NELLİnin  rəfiqəsi

Urrrrraaaaaaa. :good: NELLİyə elçi gələcəklər.Nəhayət bu günüdə görəcəyik. :01: Qızgildə elçilik həyəcanı yaşanır.

PURE LOVE: -NELLİ qızım nəhayət sənə elçi gələcəklər.Özünü mülayim apar. Baxaaa əsəbləşərsən, stolu aşırdarsan, güldanı oğlanın başına vurarsan biabr olarıq. :09: NELLİ : -Mama bəsdi dəə. :18: Hələ bir gəlsinlər. Bu baldızım vareee NAZA 25 onla yola gedə bilmirəmdə. :11: NELLİnin xalası ALİYEVA T dedi: Qızım sən hələ ərə getməmisən indidən belə danışırsan. :girl_impossible: NELLİ: Xala məni əsəbləşdirsə məndən inciməsin. :chih: SOLEDAD qardasi arvadı PURE LOVE-a dedi: Az bu qızın saçını daramayıb.NELLİ: Eeee bibi bəsdi də. Offf əsəbləşdimee :beat: .Bəyənirlər belə bəyənsinlər. :01: Bu anda qapı döyüldü.Elçilər gəldi. PURE LOVE qapını açıb dedi: Xoş gəlmisiz. Həmişə siz gələsiz. :17: PRETTY GİRL dedi: Ay mama necə yəni həmişə siz gələsiz? Elçiliyə bir dəfə gəlirləre. :23: Evin böyuk qızı NUGYA dedi: Sən canə mama elə demə. Bunlar həmişə gəlsə işimiz var da. Rasxoddiye hamısı. :suspect: PURE LOVE: Az səsini kəs.Biabr elədin məni qudamın yanında. :09: PRETTY GİRL : Ay mama bir "həri” olsun, sonra qudam de də. Məscid tikilməmiş kor hasasını dayadı- buna deyibləre. :nini: SOLEDADdan bir  gülmək çıxdı gəl görəsən. :23: Az qala ev silkələndi. :rofl: LUNA dik atıldı. Bacısı SOLEDADa: Bacı oğlan evi nə vaxt gələcək? SOLEDAD  dedi: Yatmısan ay qız? Gələn elə oğlan evidir də. :08: PURE LOVE qonaqları içəri dəvət etdi. Hamı əyləşdi: Bir müddət hamı bir-birinin  səssizcə üzünə baxdı. Nəhayət oğlan evi sözə başladı. TAPDIQOVA : - Bu gün biz bura xeyir iş üçün gəlmişik. NELLİ : -Hə onu bilirik. PURE LOVE   NELLİni yavaşca çimdikləyib dedi:  Az bir sus da, Danışma sən. :chih: Bir az utanda. :09: Yoxsa bu gedişlə üstümdə qalacaqsan. :11: SOLEDAD PURE LOVE-a : Az  qardaşım qızıyla işin olmasın. :nono: Sən özündn danış. Güya sən evdə qalmamışdın? :08:  Güclə özünü qardaşıma sırıdın. İndi böyük-böyük danışırsan. :chih: PURE LOVE: Sən baldız olmadıne, qaynana oldun. Ömrümü-günümü çütrütdün rəhmətlik yoldaşımla. :18: BALAWKA :  Mama papamla işin olmasın.  Ölüb gedib, qoy heç olmasa qəbrində rahat yatsın. PRETTY GİRL:  Aydaaa olmadi ki sizinkiş İmkan verin oğlan evi danışsın da. Mehriban olunda. Camaat elçiliyə gəlibe, yasa yox. :hmmm:

TAPDIQOVA yüngülcə gülümsəyib dedi:  Bu gün xeyir iş üçün burdayıq. Maşallah NELLİ qızımızda çox qəşəngdir. NELLİ: Bəs mən gözəl deyiləm? BALAWKA dedi:  Bacı elə səni deyirdə. NAZA25 dedi: Ayy bu qız bizim gəlinimiz olacaq? :11: Heç gözüm tutmadı bu qızı. :24: BALAWKA :  Guya bizim gözümüz tuture səni.Ölürük elə dənin üçün. angry PRETTY GİRL: Bayaqdan susub oturmuşam sakitcə. Xahiş edirəm mənim bacılarımla işiniz olmasın. NUGYA: Evin böyük qızıyam,ailə qurub getmişəm.Amma bu o demək deyilki bacımı tək qoymuşam. Oğlan evindən kimsə NELLİnin xətrinə dəysə sizlərlə ayrı cür danışacam. :beat:

SOLEDAD  NELLİni çox istəsə də amma bibi kimi həmişə istəyirdiki NELLİ tez-bazar ərə getsin. Hələ xalası ALİYEVAnı demirəm. Qızın 14 yaşı olanda qonşuluqdakı oğlanı ona bəyəndirməyə çalışırdı. NELLİdə oğlanın sifətinə xloru nətər tökmüşdüsə yazıq birdəfəlik köçüb getmişdi o məhəllədən. :23:

SOLEDAD  dedi: oğlumuzda maşallah mədəni oğlana oxşayır. NELLİnin rəfiqəsi BARBİ dedi:

Onu hələ bilmək olmaz. Kişilərə inanmaq olmaz. :nini: Zamanla onunda əsl sifəti ortaya çıxar. :01: EMİSHKA83 KX : Hə mənim bacım oğlu çox yaxşı oğlandır. İnanırıqki NELLİ qızımızı xoşbəxt edər. BARBİ : Edər yoxsa edəcək? PRETTY GİRLBARBİ halal olsun sənə. Birdənəsəne.  İNCİ:  Baxa xala qızım günəş kimi parlaqdır. Əgər xətrinə dəysəz qohumluq əlaqəsi pozulacaq. :beer2: PRETTY GİRL:  Xala qızı düz deyir. :01: Mənim bacım NELLİ  GÜNƏŞ kimi parlaqdır.Əgər AY onun xətrinə dəysə birdə sabah üzü görməyəcək. :12: GÜNƏŞə həsrət qalacaq.BARBİ : Yenə başladı  da. Az bəsdidə

AYLİN88  : Qızımız ev işləri görə bilir? :question: PURE LOVE: Əlbəttə,qızımız evdar qızdı. Bəs oğlunuz necə evdardır? Oğlan: Yox mən evdar deyiləm. Paltar yumuram, yemək bişirmirəm. BARBİ NELLİyə dedi: Deyəsən bu ağıldan kəmdi. :08: Biz nə deyirik, bu nə deyir. :26: NELLİ: Az hələ dayan. Bir azdan bunların başına elə oyun açacam, elçiliyə gəlməyə peşman olacaqlar. :23: LUNA: Oğlum biz o mənada demədik. Demək istəyirik kievdarsan? Yəni ailəcanlısan? Ailənə baxan olacaqsan?

SADECE MEN : Yox ailəsi ona baxacaq. NELLİ işləyəcək o yeyəcək. :08: BALAWKA :Az onda sən adresini səhv salmısan. Mənim bacım ərə gedir yoxsa gora gedir? :stena: AYSU AYAN: Əsəbləşməyin. Burda nə var ki? ADRİANA : Həyatdıda hər şey ola bilər. NAZA25: bizim gəlinimiz  olacaq NELLİ səhər saat 7-də durub inəkləri sağacaq. Sonra ərinin yeməyini verəcək. Evləri yığışdıracaq, siləcək, süpürəcək. Paltarları yuyacaq, yemək bişirəcək, Məni, ANGELOCHKAnı, SADECE MENi  çimizdirəcək. NELLİ : İndi sizi yumruqla  elə çimizdirəcəyəm ki bir də çimmək yadınıza düşməyəcək :beat: . PRETTY GİRL  hirslənərək: Siz deyəsən gəlin axtarmırsız, özünüzə qul axtarırsız. angry OMUR_N : Gəlin çörəyimizi yeyəcək , bizə qulluq etməyəcək? O nə deməkdir? :question:  BALAWKA:  Ovcumun içini görürsüz? Oğlan evi dedi: Həə . BALAWKA:  Ovcunuzu yalarsınız.. PURE LOVE:  Az susdaa qızı niyə bədbəxt edirsiz? NELLİ: Mama az səhərdən danışmıram, hamınız ağ eləmisizaa. :skuchno: Bu ifritə baldızlarımın saçını yolub küləyə verəcəyəm. :18: Qonşu VÜSALES də yaman ara vuran idi. SADECE MENə  dedi: Az gördün qız nə dedi? Cavabını verdə. SADECE MEN  ayağa durmaq istəyirdiki dava salsın, BALAWKA stolun üstündəki stəkanı SADECE MENin başına vurdu . :hammer: NELLİNAZA25-LƏ söhbət çürüdürdü. :akk: Nədənsə oğlan yox idi. Sən demə oğlan ağıldan kəmmiş.  Amma oğlan evi bunu qız evindən gizlədirdi. BARBİ mətbəxə keçdi ki su içsin, nə görsə yaxşıdır?

Oğlan mətbəxdə oturub uşaq soskası əmir. :sowu: Başı xarabdi axı. Sonra özüylə cibində uşaq maşınları gətirmişdi. Oturub yerdə deyir:

Dığın, dığın.  :bs: Xotdandaaa. Benzinin qurtarıb? :bs: Axı bayaq sənə benzin vurdurdum. :23:

BARBİ şoka düşmüşdü. :10: Amma özünü itirməyib  vaxtında oğlanın etdiyi dəlilikləri telefona çəkmişdi. BARBİ öz-özünə dedi:  Dayan gör sizin başınıza nə oyun açacam? :beat: BARBİ qonaq otağına keçdi. ANGELOCHKA : Biz sizin ailəni bəyənmirik. :02: NAZA25 : Həə çox səviyyəsiz ailədir. :25: SADECE MEN  TAPDIQOVAya dedi: Mama bu  BALAWKA yaman həyasızdı . Elə  bu dörd bacıların dördü də. BALAWKA: Çixarsan bayıra sənə başa salaram, kimdi həyasız. :chih:

BARBİ: Siz bayaqdan özünüzü tərifləyirsiz.Qız evini bəyənmirsiz.ADRİANA: Bəyənmərikdə. VÜSALES.: Qonşu bəyənməyin. Dava salın.Məndə sabah bütün məhəllədə bunu danışaram. :28:

SOLEDAD : Sən yaman aravuransana. Adamın bir-iki dənə sənin kimi qonşusu olsa o ev yıxılar. :23:

BARBİ: İndi sizə elə bir şey göstərəcəyəm ki, inanmıram PURE LOVE ondan sonra bu ailəyə razılıq versin. :02: EMİSHKAKX : Aaaa nə göstərə bilərsənki? Başa düşmədim.  BARBİ: Tələsməyin, göstərəndə görərsiz. OMUR_N : Utanmırlar hələ danəşırlar da. :11:

PURE LOVE: BARBİ qızım nə olub? Nə göstərmək istəyirsən bizə? BARBİ: PURE xala, NELLİ mənim rəfiqəmdi. İstəmirəm o bədbəxt olsun. :11: ALİYEVA.T: Yox bədbəxt olmaz, qoy ərə getsin. İNCİ: Mama bir dayan görək qız nə demək istəyir. BARBİ: NELLİ bu ailəyə getsə bədbəxt olacaq. NAZA25: Bizim oğlan sizin qızla evlənsə  bədbəxt olar . Minnətiniz olsun ki, NELLİ bizim ailəyə gəlin gələcək. :01: BARBİ cibindən telefonu çıxartdı. PRETTY GİRLə verib dedi: Bacı bir buna bax. PRETTY GİRL şoka  düşdü. :10: Yazıq bilmədi gülsün yoxsa əsəbləşsin. Oğlan evinə dedi: Bu iş bitti. Sonra telefonu PURE LOVE-a verib dedi: Mama səndə bax. Gör kimlərə qız verəcəksən. NAZA25, SADECE MEN, ANGELOCHKA  : Iş niyə bitti? PRETTY GİRL: Sizin oğlan kitayski çıxdı. BALAWKA çox sevinmişdi. :dance: OMUR_ N: Necə yəni ? PRETTY GİRL: Aydaaaa guya heç nəyi bilmirsiz. Hələ sualda verirsiz. NELLİ bacımla evləndirmək istədiyiniz oğlunuz  devid- b-dir. Anormaldır. Onun yeri bura deyil, dəlixanadır. Vay-vay . Oğlan evi gördülər ki, artıqqız evi hər şeyi bilir. LUNA :Utanmırsız ? Bunu bizdən gizlədirdiz? :burumburum:

  NELLİ: Sizin saçınızı yolacağam. :sac: Siz məni aldadırdız. NELLİ baldızlarıyla nətər saç yoldusuna çıxdısa... :sac: Dəhşət.

PURE LOVE : Mən sizə” yox "deyirəm. Sizə verəcək bir qızım yoxdu mənim. Hamınız yalançısız. Durun gedin mənim evimdən. SOLEDAD: Siz bayaqdan bizi pis etməyə çalışırdız, amma özünüz pis çıxdız. Biyabır olduz. ALİYEVA T : Bu qız yenə üstümüzdə qaldı. İNCİ : Mama eləsinə ərə getməkdənsə evdə qalmağı yaxşıdır. PRETTY GİRL : Onsuzda elə dəliylə ailə qursa  bədbəxt olacaq, sabahda vazvrat evə qayıdacaq. BALAWKA : Qızlar düz deyir. Olmaz bu iş. :12:

Bir sözlə qız evi, oğlan evinə  "yox” dedi. Oğlan evidə biyabr olub evi tərk etdilər.

 

P.S. QIZLAR BUNLAR HAMISI BİR ZARAFATDIR. YƏQİN Kİ İNCİMƏDİZ.

 

MÜƏLLİF: PRETTY GIRL

Redakte etdi: PRETTY GIRL


P.S . Müəllif hüquqları qorunur. Özünə hörmət etməyən başqa saytın userləri mövzumu öz saytlarına qoya bilərlər

 

(səs: 3)
Şərhlər: 3
Baxılıb: 5 775
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri