Parta arxasından - Nikah masasına

Şərhlər: 31
Baxılıb: 3 463
Səs ver:
(səs: 3)
Salam mənim əziz , dəyərli Qadınla.com saytının xanımları. Təxminən 2 ildir ki , xüsusi, özəl günlərin xəbərlərini hazırlamıram. Ancaq bu gün öz xoş günümün xəbərini özüm hazırlamaq istədim. Çox qızlar istəyirdilər ki, onlara həvalə edim amma inciməyin qızlar öz hisslərimlə hazırlamaq istədim. Hazırlamış qədərsiniz mənim nəzərimdə...

Bu gün yəni, 06.01.2019 -mənim nişanımdı:08: Bütün o əziyyətlərimin xoş sonluqla tamamlandığı gündür.:heart: Tək mənim əziyyətim deyil bu həmdə mənim "Bidənəmin" mənlə birgə çəkdiyi əziyyətlərin bəhrəsidir.İkimiz bir-birimizə güvənərək dönmədik bu yoldan. Biz sübutuq ; məktəb sevgisi məktəbdə qalır deyənlərə,uşaqlıq sevgisi boş şeydir deyənlərə..Və sevgi yoxdur deyənlərə...Biz örnəyik; mübarizə aparmadan ilk sevgilərini yarı yolda qoyanlara,bir çətinlik olan kimi geri addım atanlara...
10- il...Rəqəm olaraq çox primitiv görünür.Amma o 10-ilə sığan nə çətinliklər,neçə ayrılıqlar var..Sizlər şahidsiniz bütün o çətinliklərə.Çünki ömrümün 4-ilini burda keçirmişəm. Tanıdığım-tanımadığım,mənə dua edən,xoşbəxtlik arzulayan qızlara çox təşəkkür edirəm.Mənə çətin günlərimdə dəstək oldunuz. Hərçənd ki,onların bir çoxu burda yoxdur amma nə vaxtsa görəcəklər bu xəbəri.Bu sevincimi mənimlə bölüşəcəklər. Sevgi paylaşdıqca çoxalır,kədər isə paylaşdıqca azalır.Məndə bu günümü sizlərlə paylaşmaq istədim...

Mənim sağ əlim bütün əsl sevənlərin başına...:08: Allah mənim simamda bütün subaylara qismət eləsin...
(səs: 3)
Şərhlər: 31
Baxılıb: 3 463
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri