Qadınca Söhbət (Qadın - kişi bərabərsizliyi)

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 3 769
Səs ver:
(səs: 0)

Qadınca Söhbət (Qadın - kişi bərabərsizliyi)

 Bu gün bütün dünyada kişi - qadın bərabərsizliyi son dərəcə əhəmiyyətli məsələdir.Bir çox ölkələrdə qadın ikinci sinif vətəndaşı kimi görülür.Qadın gücsüz və qorunmağa ehtiyacı olan bir varlıq kimi qəbul edilsə də qorunmaq əvəzinə əzilir.Cəmiyyətdə məşhur fikirlərdən biri də qadın fikir bildirə bilməz, doğru qərar verə bilməz,şəxsiyyəti inkişaf etməmiş insandır.

Bu haqqda saytımızın gözəl xanımı Emiska 83 ün fikirlərini də oxumaq yəqin sizə maraqlı olar. 

Qısaca bu haqqda nələr deyə bilərsən?

- Həqiqi ədalətin yaşanmadığı cəmiyyətlərdə qadın-kişi ayrıseçkiliyi çox qabarıq şəkildə nəzərə çarpır. Dünyadakı qadın-kişi bərabərsizliyi son dərəcə əhəmiyyətli problem yaratmışdır. Belə ki, dünyadakı bir çox ölkədə qadınlara çox vaxt ikinci təbəqə nümayəndəsi kimi baxılır və onlar cəmiyyətdən tədric edilirlər. Gücsüz və qorunmağa möhtac olduqları zənn edildiyi üçün əzilir və haqqları əllərindən alınır. Buna görə də qadınların fikirlərinə çox əhəmiyyət verilmir.

Bu düşüncələrin hakim olduğu cəmiyyətlərdə qadınların işləyib müəyyən bir mövqeyə sahib olmalarına, hər hansı bir karyera əldə edərək zəkalarını, bacarıqlarını sübut etmələrinə əngəl törədilir. Bütün dünyada qadınlara özünə inamı olmayan, qeyri-sabit, zehni cəhətdən o qədər də inkişaf etməmiş insan kimi baxırlar. Bu yanlış “qadın xarakteri” anlayışı nəticəsində edilən hər hansısa səhv, o adamın insan olduğu üçün yox, qadın olduğu üçün etdiyi səhv kimi göstərilir.

Sözü gedən cəmiyyətlərdə, bir iş yeri üçün eyni təhsilə, eyni zəka və bacarığa sahib olmasına baxmayaraq, kişilər və qadınlar arasında bir seçim edilərkən seçim, ümumiyyətlə, kişi işçi üzərində saxlanılır. Buna görə də qadınların işlədiyi sahələr olduqca məhduddur.

Cəmiyyətdəki bu ümumi qənaətə görə bir çox qadın bu yanlış münasibətin təsirinə düşür. Bu təsirin nəticəsi olaraq cəmiyyətdə geri planda qalmaqda heç bir problem görmürlər.

Ailəli xanım olaraq evində yoldaşınla hüququn bərabərdirmi?

-Mənim ailəmdə hüquqlar bərabərdir.Ancaq bir şey var ki, kişi həmişə qadından yüksəkdə olmalıdır ki, ailəsi daimə yüksəkdə olsun.

Ancaq bir çox ailələrdə qadınlarımızın hüququ tapdanır.Bunun qaynağı kimdən gəlir?

- Məncə cəmiyyətdən və ailədən irəli gəlir.Ən əsası da qadının özündən irəligəlir.Qadınlar gərək qürurlarının tapdanmasına icazə verməsinlər.

Bərabərhüquqluq nədir və nə deyil?

- XIX əsrdə kapitalizm quruluşunun inkişaf etməsi ilə əlaqədar olaraq, qadınlar

ictimai istehsalat sahələrinə cəlb olunmağa başladılar. Bu onların ər və yaxud

atalarından asılı olmamasına şərait yaratdı. Digər tərəfdən isə qadınların istehsalat

fəaliyyəti və onların ənənəvi vəzifələrinin yerinə yetirilməsi arasında ziddiyyətlər əmələ

gəldi. XIX əsrin əvvəllərində qadınların siyasi-hüquqi bərabərliyini müdafiyə edən

sufrajistlər; əmək haqqının eyni şəkildə ödənilməsini tələb edən sosialist qadınlar;

şüurlu şəkildə ana olmaq və doğuşa nəzarət etmək ideyasını təbliğ edən radikal

feministlər fəaliyyət göstərməyə başladılar. Bundan başqa, qadınların xeyriyyəçilik

təşkilatları da yaradıldı. Bütün bu istiqamətlər qadınların ictimai həyatın subyekti rolu ilə

uyğunlaşmasına yardım etdi. XIX əsrin 1-ci yarısında «sürünən» istilaların baş verməsi

zamanı qadınlar təhsil əmək haqqı almaq hüququnun qazanılmasına nail oldular. Daha

sonradan isə onlar səs və seçilmək hüququnu əldə etdilər. Beləliklə, cinslərin sosial

münasibətlərində tədricən irəliləyişlər əmələ gəldi.

Bax bu beraber huquqluluqdur.

Tarixdə az sayda qadın adı var. Tarix qadınlara haqsızlıq etdi, yoxsa tarixi yazanlar?

-Mence her ikiside haqsizliq etdi.umuliyyetle qadinlara her zaman haqsizliq var.

Niyə qadın olmaq bu qədər çətindir?

- Çox cetin sual oldu belkede bu ancaq bizim olkededi basqa olkelerde bu bele deyil.

Sonda cəmiyyətdə və ailədə bu mənfi düşüncələri dəyişmək üçün nələr edə bilərik?

- Hamimiz el biriyi ile qadinlarin haqli oldugunu gosetmeliyik.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 769
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri