Saytla bagli.Hər Kəs Oxusun!

Müəllif: Pure Love
Şərhlər: 11
Baxılıb: 3 908
Səs ver:
(səs: 2)

http://cdn1.iconfinder.com/data/icons/VistaICO_Toolbar-Icons/256/Symbol-Stop.pngSaytımızın dəyərli istifadəçiləri  saytımız bir çox yenilikləri və fərqliliyi ilə Aznetdə irəlidədi. Bizlər bunu hər zaman saxlamağımız üçün bir -  birimizə kömək etməli, qoyulan qaydaları pozmamalıyıq. Buna görə də saytda bəzi kiçik dəyişik etmək istədim. Bu göndərilən xəbərlə bağlıdı.

Şərtim:

Bundan sonra saytımızda Aznetdən götürülmə xəbər minimum az olmalıdır. Buna görədə sizlərə aşağıda yazdığım bölümlərədən başqa xəbərləriniz qəbul olunmayacaq.Göndərdiyiniz məqalə jurnaldan  və ya kitabdan olarsa qəbul olunacaq. Sonda bunu hardan götürdüyünüzü qeyd etməlisiniz və yoxlanılacaq doğru və ya yalnış olduğu. Həmçinin tərcümə edə biləcəyiniz xəbər varsa edib göndərə bilərsiz. (dəqiqliyi yoxlamaq üçün həmin saytın linkini də göndərin.Yoxsa qəbul etməyəcəm)

Göndərə biləcəyiniz bölmələr (yəni bu bölümlər sərbəstdi) :

1. Qadın və din.

2. Dekorasiya.

3. Şəkillər və fotosessiya ( sayta uyğun olmadıqda silinəcək).

4.Kulinariya.

5.Maraqlı.

6.Magazin
7.Burcler ve Qaraskop
8.Qadın Testləri
9.Sevgi
10.Online video ( saytımıza uyğun olmalıdı)
11.Moda

Mövzu göndərərkən nələrə diqqət etməlisiniz:

1. Həriflər böyük olmamalı.

2. Azəri şiriftlə mümkün olduqca göndərin.

3. Mövzum niyə yayımlanmadı deyə hər dəfə eyni sözü soruşmayın. Hər bir xəbərin öz vaxtı var. Lazım olduqda yayımlanacaq.

4. Bir çoxunuz bilmədən eyni xeberi göndərirsiz bəzən.Digərinin xəbəri yayımlananda narazılıq bildirməyin kim daha tez göndəribsə onun xəbərini yayımlayıram.

Saytda qaydalara əməl edin!

1. Özünüzə hörmət tələb etdiyiniz kimi xəbər göndərən müəlliflərə də edin bunu. Movzulari qeybetxanaya cevirmeyin. Hər kəs öz evinin ərköyünüdü amma bunu burda etməyin.

2.Sizlər üçün hər bir sərbəstlik yaradılıb amma o sərbəstlikdən başqa niyyətlə  istifadə etməyin. Buna görə də cəzalar bu ildən kim olduğundan asılı olmayaraq tətbiq olunacaq.

3. Bilirəm bəzən xəbərə tşk və ya maraqlidi sözünü yazmali olursan amma bunu adət halına gətirməyin bütün xəbərlərdə. 

İmzalar:

Bayrama görə hər kəsə statusundan asılı olmayaraq imzlar qoydum.Ancaq bundan sonra statusa görə olacaq imzaların ölçüsü və həftədə bir dəfə dəyişiləcək.İmzalarınızı emailimə göndərəcəksiniz və yığıldıqdan sonra həftənin müəyyən günündə imzalarınız veriləcək.

Status:

Statuslarınız bir az  gecikəndə aləmi qatmıyın.Sizlər çoxsunuz bizlər az. Həmçinin jurnalist, redaktor olmaq istəyənlər: Saytda hər kəsə bu cəhətdən şərait yaradılır.Amma bu çox məsuliyyətli işdi həmçinin çətin.Ona görə bir çoxunuz sınaqdan keçə bilmədiniz.Həm bu vəzifələr hər hansı userə verilərkən saytda onun davranışına, qaydalara necə əməl etməsinə də fikir verirəm.Yəni bir sözlə tək bacarığ yox başqa məsələlər də şərdir. 
Cəzalar:

1. Administratorun və digər vəzifəli (idarə heyyəti olan qızlar) şəxslərin hərəkətləri müzakirə mövzusu eləmək ( 3 günlük ban )

2. Şərh artsın deyə bir birinə adi mövzularda sitat vermək ( 1ci dəfə 3 gün təkrar olduqda 7 günlük ban )

Statusundan istifadə edən, sırf kimdənsə xoşu gəlmir deyə prinsipə şərh siləcək vəzifəli şəxsin tutduğu vəzifə bircə dəlilli  şikayətdən sonra dərhal xəbərdar edilmədən alınacaq!!

Şikayətçi olduğunuz kəslərdən şərhlər zamanı sitat olan hissədə ŞİKAYƏT ET! düyməciyi var. Oradan səbəb yazmaqla şikayət edə bilərsiz!

Sonda onu da deyimki biz bir ailəyik.Ancaq bunu sözdə yox hərəkətimizlə də göstərməliyik. Qruplaşmalar yaratmayın qızlar.Hər bir işdə bir olun, yarışlarda ayrı - seçkilik olmasın. Hər kəsin özünə yaxın bildiyi əlbət insanlar var.Amma yarışlarda bunu bir kənara qoyun, çünki digər userlərə bu xoş olmur. 

Bir - birinizə saytda kömək edin.Bu işdə Sadece Men daha fəaldı. Yeni gələnlər nədəsə çətinlik çəkəndə bildiyiniz bir şeydisə öyrədin.

Ümid edirəm hər kəs əməl edəcək bunlara.

(səs: 2)
Şərhlər: 11
Baxılıb: 3 908
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri