Qadınlar.Biz userləri Yeni Il gəzintisində

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 6 755
Səs ver:
(səs: 2)
Qadınlar.Biz userləri Yeni Il gəzintisində
Qadınlar.Biz in qızları qərara gəldilərki yığişib Yeni İl bayramını birlikdə qeyd etsinlər. Nə də olsa onlar bütün ili bir yerdə keçirtdilər.Yeni ildə də sevimli 2012 - ci ili bərabər yola salıb 2013-cü ili bərabər qarşılayacaqdılar.Userlər bir yerə toplanmışdılar. Bu dəfə hamısı  o qədər mehriban idilərki gəl görəsən.
PURE LOVE:Hamınızı gəzməyə aparacam.Amma sözün düzü bilmirəm hara gedək.Bəlkə meşəyə  gedək?
PRETTY_GİRL: Yox PURE LOVE meşə məsləhət deyil hava soyuqdu.
Mən istəyirəm ki,sən bizi şəhərin mərkəzinə toplayasan. Ordan doğma Xəzərimizi izləyək. Amma daha səmərəli olmaq üçün biz öncə qapalı yerdə bayram keçirdək.
Soledad: Yeyib içək kef edək. 
PURE LOVE: Ay sağ ol bir yerdə bütün sayt kollektivi əyləşək süfrə arxasına.
Aliyeva.T:Qapalı yer hara olacaq?
PRETTY_GİRL: Bacılar qapalı yer dediyim ŞAXTA BABA nın evi olacaq.
Sadece Men: Həəə görmüşəm Tv_də. Ocağın başında corabları asır eee
NELLİ: Hə də onu deyir.
PRETTY_GİRL:  Qızlar inanmazsınız,amma mən ŞAXTA BABA ilə danışmışam. İcazə aldım ondanki bir neçə saatlıq yığışaq bayramı qeyd edək. ŞAXTA BABA razılaşdı.
PURE LOVE: Az onda gedək dəə.Gedək qızlar. Amma xahiş edirəmki bu dəfə dalaşmayın. Qruplaşma yaratmayın. Yoxsa ŞAXTA BABA küsüb gedər il uğursuz gələr.
Aliyeva.T: həə düz deyir PURE LOVE a qulaq asın.
NELLİ: onsuz da ildə bir dəfə gəlir.
PRETTY_GİRL: Qızlar, bu bir əfsanə olacaq çoxlu surpirizlər hazırlamışam sizə.
Onlar az getdilər çox getdilər dərə - təpə düz getdilər. Gəlib çıxdılar ŞAXTA BABA nın evinə. Bəh Bəh ev nə ev burda əsl qış fəslinin abu-havası var.Tam ŞAXTA BABA ya görə bir ev. Hava soyuq, ocaq yanır,ev isti,yeməklər hazır. Amma ŞAXTA BABA yoxdu.
_BELOSNEJKA_ QaDıNLaR Biz: ŞAXTA BABA niyə yoxdu?
PURE LOVE: yəqin Qar Qızı onu qaçırdıb.
PRETTY_GİRL: Ay qız dəli olmusan fikrin dəyəsən öz toyuna gedib. Oğlanı nətəri qaçırtmışdın eee
BaLaWKa: Həə sevginin gücünə baxdaaa
PRETTY_GİRL: Qızlar ŞAXTA BABA qaçmayıb, əksinə o bizim saytdakı fəallığımızı,səmimiyyətimizi görüb deyə bizlərə hədiyyə almağa gedib.
NELLİ: boooy ŞAXTA BABA nın işi gücü yoxdu özünə əl qatıb. ŞAXTA BABA  əməlli başlı xərcə düşəcək.
PRETTY_GİRL: Başıva soyuq dəyib ay qız nə xərc nə danışırsan? ŞAXTA BABA çox uzaqlara nağıllar aləminə geib. O həmişə elə soyuq diyarlarda yaşayır. 
Qızlar başladılar şirin-şirin söhbət etməyə. Hamısı soyuqdan qorunmaq üçün ocaq başına yığışmışdılar. Amma PURE LOVE ilə PRETTY_GİRL qızları kənardan izləyirdilər. Yəqin qızlara surpiriz hazırlayacaqlar. 
PURE LOVE: süfrə açmalıyıq
PRETTY_GİRL: Əslində yeməklər hazırdı süfrəyə düzməliyik. 
Onlar mətbəxə keçib yeməkləri süfrəyə düzdülər.
PURE LOVE: Qızlar Yeni il bayramınız mübarek.Neçə belə illərə çıxasınız. 
PRETTY_GİRL:  Qarşıdan gələn İlan İli hamımıza düşərli olsun.
Vusales: Nə yaxşı hamımız bir yerdəyik qızlar
Nugya: Kim deyərdiki bir yerdə olacağıq
Canik: Görünür PURE LOVE ilə PRETTY_GİRL ın ağlına gəlib.
AngelochkaN1: Mən çox sevinirəmki hamımız bir yerdə süfrə arxasında şirin-şirin söhbət edirik.
Tapdıqova: Allah bu günlərimizi bizə çox görməsin. Həmişə belə sevincli-kədərli anlarımızı bir yerdə qeyd edək.
Barbi_: Yeməklər çox dadlıdı
PURE LOVE: Hamınıza nuş olsun.

ShOKKi_MoKKi ,səbine123, Su_Perisi,ADRİANA,İNCİ,Omur_n,V.Q.C, aylin88 ocaq başına yığışıb söhbət edirdilər.
PRETTY_GİRL:  Bunların boxçası həmişəki kimi doludu.
Vipbetul: Mən darıxdım eee
PURE LOVE: darıxma bacı 1 dəqiqə gözlə.
PURE LOVE: Qızlar bura " Söhbət Otağı" deyil eee hərəniz bir küncə çəkilib söhbət edirsiniz. Hamınız yığışın rəqsə
Qzlar: urraaaaa
PRETTY_GİRL PURE LOVE a dedi: Ay qız yuxarıdakı Əjdahanı görürsən?
PURE LOVE:  hə nolubki?
PRETTY_GİRL:  Qızlara surpiriz etməliyik artıq hava qaralır. Mən səninlə gizlicə Əjdahanın  püskürən alovunu azaldacıyıq yerinə isə İlanı qoyacıyıq.
PURE LOVE: aaaa nə yaxşı bunu bəs niyə edirik?
PRETTY_GİRL: Əjdaha alovunu azaldıb gedir 12 ildən sonra qayıdacaq yerini İlan ilinə verir.
Qızlar rəqs edib söhbət edib əylənirdilər. 
PURE LOVE Əjdahanın alovunu azaltdı.Qızlar bu hadisəni ŞAXTA BABA nın evində sevinc və maraq hissi ilə izləyirdilər.
Artıq hava qaralırdı saat 10 idi
Birdən qapı döyüldü və ŞAXTA BABA torbasında hədiyyələrlə evə daxil oldu:
ooooooo əziz nəvələrim
NELLİ dedi biz hardan sənin nəvələrin oluruq başı xarabdı eee kişinin.
PURE LOVE: az susda indi səni yolacam
Aliyeva.T: heç olmasa bu günlük yola verin bir birinizi
ŞAXTA BABA : Əziz nəvələrim qarlı dağlar aşaraq, çox ellər dolaşaraq gəldim sizi görməyə
Qızlar: yaxşı eliyib bizi görməyə gəlmisən ŞAXTA BABA xoş gəlmisən
ŞAXTA BABA hədiyyələri çıxardıb: 
PURE LOVE - Bu sənin hədiyyən. Sənə sehrli çubuq verirəm. Saytda İlan ili ərzində daim mehribanlıq səmimiyyət yaradasan deyə və çoxlu mövzu göndərəsən deyə.
PRETTY_GİRL - Bu da sənin hədiyyən. Sənə də sehrli çubuq verirəm. PURE LOVE bacına hər zaman dəstək ol. Bütün il boyu güclü ol.Eyni zamanda oxlu mövzu göndər və redaktə et.
NELLİ - sənə isə çoxlu şokaladlar verirəm. Bildiyimə görə sən şokolad xoşlayırsan.
Aliyeva.T - sənə çoxlu brend geyimlə və aqqaşlar verirəm. Sayta hər zaman buna aid fotosessiya xəbərləri atığından bilirəmki xoşlayırsan.
Luna- sənə çoxlu kitablar gətirdim boş vaxtlarında oxuyarsan.
NaZa25 -Sənə çoxlu şirin körpə geyimlər gətirdim.Yeni doğulmuş qızın üçün.
Soledad- Sənə isə çoxdan arzuladığın şəxsi evin açarlarını verirəm.Qaynandan canını qurtar.
Nugya - Sənə isə bu il ərzində xoş günlər hədiyyə verirəm.daim sevinc içində olasan.
Canik - Sənə isə şirniyyatlar verirəm.
Vusales - Sənə çoxlu enerji verirəm. Saytda bu il yenə də ünsiyyət qurarsan.
Sadece Men - Sənə çoxlu gülməli lətifələr kitabı gətirmişəm. Gülüb danışmağı çox xoşlayırsan. Birdə sənə gülüş smaylikləri verirəm.
_BELOSNEJKA_ - Sənə nişanlınla bir ömür xoşbəxt olmaq üçün xoş arzular gətirmişəm. 
QaDıNLaR Biz - Sənə isə şirnilər gətirmişəm.
Su_Pərisi- sənə ailə səadəti gətirmişəm.
Tapdiqova - Sənə dini kitablar gətirmişəm. Doya doya oxuyarsan
ShOKKi_MoKKi - sənə isə çoxlu ShOKKi MoKKi gətirmişəm.Doyunca yeyərsən. 
sebine123- sənə aksessuarlar gətirdim. 
ADRİANA - sənə isə işlərində uğurlar.
AYSU AYAN - sənə bolluca səmimiyyət gətirdim çünki səmimisən.
İnci - sənə incilər gətirdim.mələk kimi ol.
Barbi_ - sənə kosmetikalar gətirdim.Daim kosmetikayla olasan.
Omur_n - Sənə isə sevinclər verirəm. Körpənlə xoş günlər nəsibin olsun
BaLaWKa - Bu ildə sənə ailənlə birlikdə sonsuz sevgi verirəm.
V.Q.C - Sənə şirniyyatlar gətirmişəm.
Aylin88 - Sənə də  şirniyyatlar gətirmişəm.
Ayshen - Sənə isə xoş diləklər gətirdim.
Angelochka - Sənə aksessuarlar gətirdim
Vipbetul - sənə də şirnilər verirəm
ŞAXTA BABA arzularına keçid aldı:
Xoş günlər arzulayıram hamınıza.Bütün " QADINLAR BİZ" Userlərinə, bütün Azərbaycan xalqına 2013 cü il hər birinizə düşərli olsun.
Qızlar hamısı birlikdə ŞAXTA BABA ya təşəkkür etdilər. 
Axşam saat 11 idi PRETTY_GİRL dedi: Əsl surpiriz indi olacaq hamımız gedirik şəhərin tam mərkəzinə.Ordan Xəzəri izləyərək 2013 cü ili qarşılayırıq. Hamı sevindi yola düşdülər. 12 e 5 dəq.qalmış Bakının Xəzərini izləyirdilər. Hər kəs sevinc içində bir birlərinə xoş arzular arzulayırdılar.Qızlar son dəqiqələri sayırdılar
00:03, 00:02, 00:01 və nahəyət 00:01 2013 tarix oldu. Hamı salut atdı. Yeni  il mahnıları səsləndi. Göy üzü rəngarəng salutlarla dolu idi. Saytın bütün qızlarınn gözlərində gülüş sevinc 2013 qarşıladılar. Bütün günü bir yerdə keçirtdilər.
YENİ İLİNİZ MUBAREK!!!
İdeya: PRETTY_GİRL
Redaktə etdi:PURE LOVE

















(səs: 2)
Şərhlər: 3
Baxılıb: 6 755
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri