Yeni Iliniz Mubarek

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 13 888
Səs ver:
(səs: 1)



Yeni Iliniz Mubarek

Daha bir ili uğurlarıyla,acısıyla,kədəriylə  başa vururuq.Artıq bizim üzümüzü yad olan 2013 gülümsəməyə başlayıb.Öz gəlişi ilə bütün xalqımıza millətimizə sevinc bəxş etsin-2013! Daim öz şəxsi həyatınızda uğur,sevinc sizdən əskik olmasın.Ömrünüzün yaxşı tərəfləriylə ən unudulmaz ən yaddaqalan ili olsun-2013! 
Bayramınız mübarək əziz Qadinlar.Biz ailəsi...
Heç səhv etməyən insan ümumiyyətlə heç bir şey edə bilməz. 
2013-ci ildə səhvlərimizin az, müvəffəqiyyətlərimizin davamlı 
olması diləyiylə xoşbəxt illər...
2013-ci ildə də heç ümidsiz qalmamağıniz və xəyallarıniza 

qovuşmağıniz diləyimlə. Yaxşı və sağlam illər !

 

Bir təqvim ilini də başa vurduq... Nələri itirdik, kimləri itirdik... Nələri əldə etdik... İlin son saatlarında yaşadıqlarımızı xatırlayarkən, kədərlənməyək... Hər şey keçib gedir, hər şeyin - üzüntünün, uğursuzluğun, yalanın, təkliyin sonu var. Olmalıdır o son. Çünki son - həm də nəyinsə başlanğıcıdır - ümidin, sevginin, uğurun, yeniliyin başlanğıcı.
Rişxənd etməyi sevənlər adətən deyirlər ki, biz Yeni İli bayram etmirik; ötən il ərzində sağ qaldığımıza sevinirik. Amma onlar nə deyirlər desinlər, Yeni İl bayramı xülyalarla vida, arzu və ümidlə görüş deməkdir. Yeni İl- uşaqların nağılı, ümidsizlərin ümidli sabahı, qalan insanların isə sadəcə şənliyidir.
Bir səmamız, bir günəşimiz və bir sabahımız var. Sevinc və sevgi dolu sabah.

 

BAYRAMINIZ MÜBARƏK!
2013-ci il elə bir il olsun ki, 2012-ci ilin bütün mənfiliklərini bizə unutdura bilsin..İstəklərimizin reallaşacağı bir il diləyiylə..
Yeni iliniz mübarək








(səs: 1)
Şərhlər: 4
Baxılıb: 13 888
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri