PURE LOVE ilə müsahibəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 184
Səs ver:
(səs: 1)

 Mən müsahibəni saytımızın çox bacarıqlı,qabliyyətli,səmimi şirin dilli Aytənimiz il aparmaq istədim təklif etdim sağ olsun məni qırmadı, və demək isdəyirəm ki,2 il bundan əvvəl ayrıldiğım qurup yolaşım Aytənimi bu sayt vasitəsi ilə tapdım çooox sevindik hec ağlıma belə gəlməzdi  bu saytda bir-birimizi tapmağımizı.Bunun üçün Qadınlar.Bizə sonsuz təşəkkür edirəm..

1.Salam.Xoş gördük özümüzü olmasada yazdıqlarımızı görürük
- Xoş gördük canım. 2 il bundan əvvəl üzümüzü görənik :23: 
2.Sən kimsən əslində?
-Mən bir çox insanın fərqli tanıdığı amma onların bilmədiyi tam fərqli insan. Məni özüm kimi tanıyan cəmi bir nəfərdir əslində.
3.Niyə PURE LOVE?
- Çünki saf sevgi istəmişəm həmişə amma hələ qismət olmayıb. Ona görə bu niki özümə seçdim.
4.Sayta gəlişin necə olub?
- Google da qadın saytları axtarırdım. Bəzi saytlar qarşıma çıxdı baxdım nəsə marağımı çəkmədı.Bir də Qadınlar.Biz saytını gördüm.8 mart hədiyyəsi olaraq açıldığı yazılmışdı.Elə ilk daxil olmağımla sayta diqqətimi çəkdi.Elə o gündən bu yana burdayam.
5.Nə vaxtdan şeir yazırsan? və nə vaxtdan sevgi şeirləri?
- 5 ci sinifdən yazıram.Amma o zamanlar daha çox kiçik hekayələr yazırdım. Hamısını cırıb atmışam. Sevgi şerlərini isə daha doğrusu şeir deməzdim ürəyimdən keçən cümlələri 2 -ci kursdan yazıram.Yəni sevəndən bəri.Mən əslində tez-tez yazmaram.Çox az hallarda olar ürəyim dolar artıq qəlbimdə saxlaya bilmədiyim an olanda yazıram.Çoxunu da atıramki kimsə görməsin.
6.Sevgi nədir,sevən kimdir,ölən nədir,qalan nədir?
- Sevgi yeni həyatdır, nəfəsdir, bağışlamağı öyrənməkdir, həyata digər pəncərədən baxmağı bilməkdir. Sevən - sevdiyi üçün tutan əli, yeriyən ayağı,döyünən ürəyi ola bilməkdir. Ölən -  bir-birimizə etdiyimiz xəyanətlər,pisliklərdir, qalan isə yalnız və yalnız yaxşılıqdı.
PURE LOVE ilə müsahibəm
7.Səbəb nədir,bəhanə nədir?
- Səbəb yaşamaqdır, sevməkdir,mübarizə aparmaqdır. Bəhanə qorxaqlıq, acızlikdir
8.Qısqanclıq zəiflikdir?Ümumiyyətlə qısqancsan?
- Mən deməzdim zəiflikdir. Əksinə sənə dəyərli olan birini başqasına qısqanmaq normaldı.Mən də qısqancam amma az. Birdəki əgər o qısqanclıq həddi keçərsə bu nə sevginin böyüklüyü,nə də insanın zəifliyidi.Mən belə insanlara sağlam düçüncəyə malik olmayanlar deyirəm. Çünki hər şey öz qədərində gözəldi.
9.Sevgini necə etiraf edərsən?
- Bunu etiraf etmək bir az çətindi. Çünki sevgini dilə gətirmək insanda güc istər.Sadəcə gözünə baxıb Səni Çox Sevirəm deyərdim.Bunun üçün qeyri adiliyə ehtiyac yoxdu. Əsas odu sevgin dildə yox qəlbində olsun.
10.Hansı insanları bəyənirsən,İdealın var həyatda?
- İdealım yoxdu.Özüm kimi olmağı sevirəm.Məncə kiməsə bənzəməkdənsə  özümüz kimi olsaq daha yaxşıdı.Amma hər zaman yaxşı nümünələr aldığım insanlar olur.
12.Din nədir sənin üçün?
- Din Rəbbim tərəfindən qoyulmuş qanundur.Mən ibadətimi edirəm .İnşallah Rəbbim namaz və dualarımı qəbul edər.Nə gözəl o insanın halınaki Allahın buyurduğu qanunlara əməl edir.
13.Hansı rəng və niyə?
- Bir çox rəngi sevirəm.Çinkü insanın həyatı kimi geyimləridə rəngarəng olsun gərək.Bu insanın əhvalına çox təsir edir.Amma qırmızını daha çox sevirəm.Geyimlərimdə istifadə etməsəm də.Çünki o rəng nədənsə mənə xoş təsir bağışlayır.
14.Ezab çəkmisən,ya çəkdirmisən?
- Yox nədənsə əzab çəkmək mənə düşür.
15.Umid sonda olur,umidinin ölən vaxtı olub heç? 
- Çox şükür olmayıb. Mən mübarizə aparmağı və çətin qazanmağı sevirəm.Ona görə də ümidsizliyi düşünməmişəm.
16.Xəyalpərəstsən?Xəyal nədir sənin üçün?
- Əvvəllər çox xəyalpərəst olmuşam.Böyüdükcə gerçəklərlə yaşamağı öyrəndim. Amma bəzn xəyallara dalmaq çox gözəldi.Xəyal mənim keçirə bilmədiyim arzularımdı
17.Mr.Officer,Pretty_Girl,Gaara,Aliyeva.T,Su_Perisi_
Mr.Officer - İşində tələbkar,çox ciddi insan. Bununla yanaşı mənim yaxın dostum, sirdaşımdı. 
Pretty_Girl - bir az səbirsiz, bir az əsəbi, . Mənə saytda yaxın insandı. Bir  -birimizlə dərdləşdiyimiz, danışıb güldüyümüz anlar o qədər olurki.Çox istiyirəm səni canım.Allah qəlbindəki o saflığı heç zaman almasın.Amin.
Gaara - məxfi:)))
Aliyeva.T - Mənim ərköyünümdü o. Qəlbi təmizdi. Nə vaxt dərdləşmək istəsəm hazırdı dinləməyə. Mən deyərdimki Aliyeva və Pretty Girl -un sizlərin bilmədiyi çox  yaxşı xasiyyətləri var.
Su_Perisi_ - Mənim qrupyoldaşım:)) Universitet vaxtı münasibətimiz olmasa da səninlə burda yaxşı ünsiyyətimiz yarandı canım.Sən sirrli, eyni zamanda maraq doğuran insansan.
He desene ortaq dostumuz var.Canim Universet vaxtlarinda munasibetimizin olmamasina geldikde axi men derse cox gelmirdim,o,vaxti nishanli idim,sonra toyum oldu ona gore bashim qatisiq idi. 
19.Sevgidə qürür var?
- Qürur olan yerdə sevgidən söz gedə bilməz. İnsan nədə qürurlu olsa da segisində gərək olmasın.Bunu sevgiyə yaraşdırmıram.
20.Səncə sevgi evliliyi yoxsa məntiq? 
- Hər ikisi. Amma məntiq gərək bir addım öndə olsun.Çünki sevgin nə qədər güclü olsa da gərək özünü bədbəxt etməyəsən. Bir gün o sevgin nifrətə çevrilə bilər.
21.Sevdiyinə nəyi bagişlamarsan?
- Xəyanəti bağışlamışam.Peşman da deyiləm.Yenə olsa yenə edərdim eyni hərəkəti. Həyatda səhfsiz qul yoxdu. Bağışlamaram deyənlər kinli eqaistdi mənə görə. Və heç vaxt heç vaxt deməyəsən gərək. 
22.Səncə niyə mənim sənə ünvanladığım suallarimin əksəriyyəti sevgidəndi?
- Mənim sevgi insanı olduğumçün.Və mənə görə səndə sevgində uğursuzluq yaşamısan.Bundan irəli gələ bilər.
23.Canim coxdandır səni görmürəm xahiş etsəm şəklini qoya bilərsən?Bizim şirin Aytənimizi görmek userlərimiz ucun də maraqlıdır..
- Şəkil çəkdirməyi heç sevmirəm deyə çox az şəklim var.Burda bəzi qizlara göndərdiyim şəklimi sənin xətrinə bir günlük qoya bilərəm:)) 

.......
Çox sag ol canım,amma cox dəyişilmisen,he bilirəm heç sevmirdin şəkil çəkdirməyi məndə bir tək şəkilin var onu da sən oturduğun partaya qızlarnan toplaşdıq başınıza ki, yadigar şəkilimiz olsun..
24.Özün özüvə sual ver,hansı ki müsahibə götürdüyün vaxt heç bir userə o sualı verməmisən?
- Niyə bu qədər ağlayırsan?
25.Uduzmaq,qalib gəlmək???
- Qalibiyət.Amma uduzduğum anda olub. Bu da məni daha çox ruhlandırıb.
26.Həyat sözünün hansı hərifindəsən?
 -H, Hər zaman mübarizə aparıram.
27.Sevgisiz Həyat?
- Soyuq,qaranlıq  bir boşluq.
28.Darıxanda neynirsən? 
- Kitab oxuyuram, ya da musiqi dinləyirəm. Amma çox vaxt tək qalmaq istəyirəm
29Sənin xasiyyətini anlatan bir şəkil paylaş.
 -  Sakitliyi, yağışı sevən, tək qaranlıq otaqda özümlə qalamğı sevən biri.

 30.Ən çox sevdiyin seirdən bir bənd yaz...öz qələmindən

- Şeir yox amma bir dəfə saytda da paylaşdığım yazının bir azını yenə paylaşmaq istəyirəm. 
Sual verirəm ey Həyat!Nədən gülməz gözlərim? Nədən sınaqlarınla sinifdə qalıram? Nədən ətrafım yalanlarla dolu? Nədən bu qələm ancaq həsrətdən yazır? Günahmıdır sevgi mənə? Haramdırmı xoşbəxtlik mənə? Sual verirəm ey Şeytan! Nədən qəlbimdə məskən salmısan? Nədən sənnən qurtula bilmirəm?  Beynimdə, qanımda, ruhumda, bütün hücüyrələrimdə hökmranlığın məni yox edir. Alçalıram,əzilirəm,  hər gün ruhumu,qəlbimi satın alırlar. 
31.Hansı sualı görmədin?O sualı cavablandıra bilərsən?
- Yox olmadı canım.Demək olar bütün mövzulara toxundun.
32.Sonda Qadinlar.bizə ürək sözlərin,mesləhətlərin,təkliflerin?
- Ürək sözüm yalnız xoşbəxtlidi.Hər birinizə qadın xoşbəxtliyi arzu edirəm qızlar. Hər zaman gözəl, qəlbinizin pak olmasını arzu edirəm. Saytımızda əziyyəti keçən hə kəsə təşəkkür edirəm.Çünki biz bir olduğumuz ana qədər hər zaman irəlidəyik. Məsləhət sözündən heç xoşum gəlmir.Amma istərdimki aramızda ayrı seçkilik, qırğınlıq olmasin. Hər birimiz başxa xasiyyətlərə maliyik.Amma kollektivdə hər kəs eyni olmalıdı.Sözümüz gərək yozulmasın,acı dil olmayaq. Qəlb qırmaq çox asandı.Ona görə də adi bir məsələni böyüdüb div etməyin. Təklifim isə saytımız üçün köməkliyinizi əsirgəməyin.Bir komanda olaq. Statusa görə inciməyin bunun üçün küsüb getməyin. Bunu edən insan deməkki sadəcə bunun üçün burdadı. Təmannasız edin hər zaman gördüyünüz işləri.İstər burda istər realda.İnsana qalan dostluqdu, yaxşılıqdı qalanı boşdu.Bunu elə belə yazmadım gördüyüm və eşitdiklərimə əsasən yazdım. Vəzifə  ən son düşündüyünüz olsun. Yaraşmaz. 
Sənə də çox təşəkkür edirəm canım diqqətin üçün. Sualarını çox bəyəndim inşallah cavablarımda bəyənilər.
Sag ol baci.
Müəllif: Su_ Perisi

(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 184
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri