Saytdan istifadə qaydaları və şərtləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 27 051
Səs ver:
(səs: 30)
Saytımıza xoş gəlmişsiniz. Qısaca olaraq qeyd edək ki, Qadınlar.biz saytı Azərbaycan xanımları üçün nəzərdə tutulmuş Ən Baxımlı Milli Qadın Portalıdır...
Saytda ümumi davranış qaydaları:
Bildiyiniz kimi saytda müxtəlif baxışları olan yüzlərlə xanım ünsiyyətdə olur. Onların hər biri saytımızın bərabərhüquqlu üzvləridir. Bunu qorumaq üçün də qaydalar vacibdir. Biz məsləhət görürük ki, saytın qaydalarını diqqətlə oxuyasınız. Bu cəmi 5 dəqiqə vaxtınızı alacaq. Əvəzində isə həm sizin, həm də bizim kifayət qədər vaxtımıza qənaət etmiş olacaq, saytı isə daha maraqlı və mütəşəkkil edəcək.
Saytdan rahat istifadə edə bilmək, xəbər göndərə və şəxsi ismarıcdan istifadə edə bilmək üçün ilk növbədə Qeydiyyatdan keçməyiniz lazımdır.
Qeydiyyatdan keçmiş istifadəçi aşağıda yazılmış qaydaları qəbul etmiş hesab edilir.

Qaydalar:
1. Administrasiya və istifadəçilər ilə ünsiyyət qaydaları:
1.1 Bütün hallarda Administrasiya ilə ünsiyyət qurarkən rəsmi formada ünsiyyət qurulmalıdır. Sən deyil Siz!
1.2. Administrasiyaya və ya onların bildirişlərinə məhəl qoymayan istifadəçilərə qarşı məhəl qoyulmur!
1.3. İstifadəçilərə qarşı mədəniyyətsizliyə və yaxud mənəvi təzyiqə yol vermək qadağandır.

2. Xəbərlərin məzmunu, xəbər göndərmək ilə bağlı qaydalar və verilə biləcək sualların cavabı:
2.1. Sayta necə xəbər göndərə bilərəm? - Saytda öz istifadəçi hesabınıza daxil olduqdan sonra, İstifadəçi hesabı panelindən "Xəbər Göndər" linki vasitəsi ilə keçid etməniz kifayətdir ki, Siz hazırladığınız xəbəri saytda yayımlanması üçün məlumat bazasına göndərəsiniz. Xəbər göndərilmə qaydası burada...
2.2. Sayta göndərilmiş xəbər nə zaman aktiv olunacaq? - Sayta göndərilmiş xəbərdə redaksiya üzvlərinin yoxlanışı zamanı heç bir qayda pozuntusu aşkar olunmadığı halda, aktiv olunması üçün təsdiq edilib, "sırasını gözləmə" mövqeyinə keçəcəkdir. Xəbər saytda, onun mövzusu, aktuallığı, toplayacağı oxucu kütləsinin nəzərə alınması prinsipi ilə yayımlanır. Yayımın gözlənilməsi üçün bir neçə gün vaxt tələb oluna bilər! Aydın olduğu kimi, xəbər göndərərkən, yayımlanan xəbərlərə diqqət etmək lazımdır. Xəbər sayı daha az olan bölməyə xəbər göndərməyiniz, nəticədə həmin xəbərin digərlərindən daha tez yayımlanmasına şərait yaradır! Məlumat bazasına daxil olacaq hər bir xəbər mütləq yayımlanmalıdır deyə bir qayda yoxdur!
2.3. Göndərdiyim xəbər niyə silinib? - » "Xəbər Göndər" bölməsində qeyd olunmuş bildirişlərə əməl olunmadığı zaman; » Daha əvvəl yayımlanmış, təkrar xəbər olduqda; » Azərbaycan dili - latın hərfləri ilə yazılmadığı zaman; » Xəbər maraqlı və aktual olmadıqda; » Xəbərin mətni AzNET saytlarından "copy & paste” (oğurluq) olduqda; » Xəbərdəki şəkillər ümumiyyətlə .NET'də çoxdan yayılıb və xəbər artıq köhnəlmiş olduqda; » Xəbərin məzmunu və ya şəkilləri etik qaydaları pozduqda; » Xəbərdəki məlumat çox qısa və ya natamam, yarımçıq olduqda; » Xəbərdə şəkillər çox kiçik və internetdə çoxdan yayılmış, ha belə üzərində başqa saytın loqosu olduqda xəbər silinir...
2.4. Saytda bizə məxsus və ya istifadə hüquqları bizə verilmiş materiallar vardır. Bu materiallara saytın dizaynı, quruluşu, görünüşü, qrafikası daxildir. Bu tip materialladan istifadə zamanı Qadınlar.biz saytına istinad vacibdir!
2.5. Mənbəsi Qadınlar.biz saytının idarə heyəti olan informasiyaların, habelə saytın redaksiya heyəti tərəfindən tərcümə edilmiş xəbərlərin istifadəsi zamanı saytın müvafiq linkinin yerləşdirilməsi məcburidir. Əks halda müvafiq tədbirlər görüləcəkdir!
2.6. Sayta mövzu göndərərkən dinlər arası ayrı seçkiliyə yol vermək, habelə məshəblər arası münaqişə yarada biləcək mövzular göndərmək qadağandır.
2.7. Niyə bir gündə bir istifadəçinin bir neçə xəbəri yayımlanır, lakin mənim xəbərim yayımlanmır? - Qeyd etdiyimiz kimi xəbərlər istifadəçilərə görə deyil, məzmununa görə yayımlanır.

3. Şərh yazmaq ilə bağlı qaydalar və verilə biləcək sualların cavabı:
3.1. Şərhlərin redaktə və ya silinməsinin səbəbi nədir? - » Ümumi etik qaydalar pozulduqda (məs.: zəhləm gedir, bu nədi eeee və s. bu kimi qeyri-etik sözlərdən istifadə etmək qadağandır. Etik forması budur: Bəyənmirəm!); » Mövzudan kənar şərh yazıldıqda; » Şərh sayının çoxalması naminə xəbərə lokonik sözlərdən (təşəkkürlər, çox sağolun, maraqlıydı, əməyə hörmət, bəyəndim, hmmm və s.) ibarət fikir bildirildiyi zaman; » Təhqir, Reklam, Flood (çat) olduqda...
3.2. Saytımızda dövlət əleyhinə (ha belə siyasətlə bağlı) olan yazılar yollamaq qəti qadağandır və yollayan kəslərə qarşı müvafiq tədbirlər görüləcəkdir.
3.3. Saytımızda şərh yazarkən mövzu müəllifi və mövzuda adı çəkilən hər hansı bir şəxs haqqında küfür işlətmək (habelə qeyri-etik sözlərdən istifadə etmək) qadağandır.
3.4. Saytda digər istifadəçilərdən sizi narahat edən olarsa, bu haqda administrasiyaya məlumat verin. Lazımi tədbir görüləcəkdir.
3.5. Mənim şərh sayım niyə azalır? - Həftənin şənbə günləri "Söhbət Otağı"na yazılmış şərhlər təmizləndiyindən şərh sayınız müəyyən sayda azalacaqdır.

4. Avatar (profil şəkli), istifadəçi adı (nik) və imza ilə bağlı qaydalar və verilə biləcək sualların cavabı:
4.1. Saytda reklam və tanışlıq xarakterli imzaların (habelə avatarların, niklərin) istifadəsi qadağandır.
4.2. Mən öz avatarımı necə dəyişə bilərəm? - Bunun üçün yuxarıda istifadəçi panelində "Profilim” bölməsinə daxil olub, [ Nizamlamaları dəyişdir ] sözünə klik edib "Şəkil seç”dən dəyişmək istədiyiniz avatarı seçin və sonda "Göndər” düyməsinə klikləyin... (Qeyd: seçdiyiniz avatarın həcmi 100 kb’dan artıq olmamalıdır.)
4.3. İstifadəçi adının dəyişdirilməsi yalnız bir dəfə mümkündür və istifadəçi adının dəyişdirilməsi üçün (və ya şifrənizi unutduğunuz zaman) [email protected] e-poçtuna bu haqda müraciət etməyiniz lazımdır.
4.4. Saytdan bir şəxsin bir neçə istifadəçi adı istifadə etməsi qadağandır. Əks halda hər bütün istifadəçi hesablarına ömürlük məhdudiyyət qoyulacaqdır. (Şifrənizi unutduğunuz zaman yeni istifadəçi niki açmaq əvəzinə Rəhbərliyin e-poçtuna yazmaqla şifrənizi öyrənə bilərsiniz.)

5. Status - Vəzifələr ilə bağlı qaydalar və verilə biləcək sualların cavabı:
5.1. Saytda necə status sahibi ola bilərəm? - Layihə çərçivəsində müəyyən statusları qazanmağınız üçün saytın fəaliyyətində aktiv olmağınız kifayətdir. Status və Vəzifələr haqqında məlumat burada...
5.2. Əgər Siz statusundan sui-istifadə edən hər hansı bir imtiyazlı istifadəçinin məsuliyyətsizliyi üzündən layihədən istədiyiniz kimi yararlana bilmirsinizsə, lütfən gecikmədən bizi bu haqda xəbərdar edin - [email protected]
5.3. Saytda statuslar həftənin şənbə günləri verilir (söhbət otağının şərhləri və şəxsi ismarıclar silinməklə). Digər günlərdə status üçün müraciət etmək mənasızdır.
5.4. Şərh sayı 150-dən az olan istifadəçilərin xəbər göndərmək və şəxsi ismarıcdan istifadə etmək hüquqları yoxdur.
    
6. Cərimələr – Cəzaların müddəti:
6.1. Yuxarıda göstərilən qaydalara məhəl qoymayan istifadəçilərə qarşı məhəl qoyulmur və saytdan müəyyən müddətə (və ya ömürlük) kənarlaşdırılır. Qayda pozuntusu aşkar edildiyi zaman minimal zaman müddəti olaraq istifadəçi hesabının saytdan istifadəsinə 1-3 günlük məhdudiyyət qoyulur! Qərar verilərkən mübahisə etmək, vəziyyəti daha da mürəkkəbləşdirmək olmaz! Bu, həmin istifadəçi hesabının ömürlük məhdudiyyətlə üzləşməsinə gətirib çixaracaqdır!


Sayt rəhbərliyi istənilən vaxt qaydalarda dəyişiklik etmə hüququnu özündə saxlayır!
Əgər Sizin üzləşdiyiniz problemin, maraqlandığınız sualın cavabı burada yoxdursa, "ADMİNƏ SUAL”
bölməsinə sualınızı qeyd edin!
(səs: 30)
Şərhlər: 1
Baxılıb: 27 051
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri