Sevgi Mübarizədir.2-ci Hissə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 209
Səs ver:
(səs: 3)
Sevgi Mübarizədir.2-ci Hissə
8 Gün bundan öncə....Sevgilimdən mənə sms gəldi qapıvızın önündəyik deyə...Bir anlıq beynim dondu.Nə olduğunu anlamadım..
Anam 4 gün idiki Bakıya getmişdi,nənəm çox darıxmışdı,anamı görmək istəyirdi.Sevgilim isə mənə sonvaxtlar ailəmin nə zaman gələcəklərini soruşurdu,düzü heçnə ağlıma gəlmirdi,çünki hələ universitetim var idi.Tələsmək fikrim yox idi bu barədə.
Sən demə planları var imiş.Anam Bakıya getməmişdən bir gün öncə isə xalası bətnində ki, körpəsini itirmişdi,qanları qara idi.Başları ona qarışıq idi.Bu səbəbdən də sevgilimdən gələn sms mənə aydın deyildi.Nə bileydim ki,anasını ve yaxın qohumlarını götürüb bizə gəliblər?.Nə bileydim ki,anasıgil valideynlərimlə tanış olma zamanının çatdığını söyləyiblər.Sevgilim xalamla bəzən danışırdı.Ona gələcəkləri barədə xəbər veribmiş.Mən isə ən sonda bilmişəm...Anasıgil bizdə olarkən o da gözləyirdi,həyacan dolu smsləri,mənə sevgi dolu yazdığı sözlər..

Bunlar nağıl dolu idi.Səbirsizliklə onların evə gəlməsini gözləyirdim.Evə gəldilər və skypa girdik,o həyacanlı idi.Mənə elə baxırdı ki, sanki ilk dəfədi görürdü məni və birden əlində qızıl qabını açdi və içindəki tək daşlı üzüyü mənə göstərdi və dedi bunu sənə almışam,gəldiyin an barmağında olacaq...Mən heçnə demədim sadəcə ağladım,əlbətdə o cavabımı bilirdi,onunla ölənə qədər bir yerdə olmağa hazıram dedim..

Mən hələ də yuxudayam sanki.İinsan sevdiyi insanın valideynlərinin gəlişini toy bayram elan edirmiş.
Söhbət gözəl keçib.Ailələrimiz bir birinden razı qalıblar və anlaşıblar.Biz indi hər ikimizdə sevincliyik.Hər ikimiz də sevgimizin mübarizə ilə addımlayan pilləkanlaında  irəliləyirik,ve mən onun qadını olmağı dünyada hər şeydən çooox istəyirəm.
Hazırda mən bu cümlələri yazarkən əllərim əsir,gözümdən klaviaturanın üzərinə sevinc göz yaşlarım düşür.Əlimdə isə onların bizə gətirdiyi şirinlik konfetlərindən yeyirəm.Anam mənə də gətirib ki,mən də sevgi məhsulumun şirinliyini dadım.Qızlar mən sevincimi sizlərlə bölüşmək istədim,əslində neçə gündür ki,bu mövzunu yazmaq istəyirəm,sadecə fikirlərimi bir yerə toplaya bilmirdim,sevincdən. 

Sonda bütün Qadınlar.Biz qızlarına sevgi dolu anlar,həmişə qarşılıqlı və hüzur verici sevgi,bir ömür boyu xoşbəxtlik diləyirəm.AMIN.... :128: 


Redakte etdi: PRETTY_GİRL



(səs: 3)
Şərhlər: 6
Baxılıb: 3 209
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri