"QaDıNLaR.BiZ"-in userləri " Ağıllı Dəlilər" Serialında...)))

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 870
Səs ver:
(səs: 1)


 Dizide anlatilan kişisel kurum ve olaylar tamamen hayal ürünüdür))))))

ona gorede ciddiye almayın. Burada baş verən bütün hadisələrin heç birei gerçək deyil. Sadəcə olaraq  özümdən ideyamı yazdım o qədər!


8. Bölüm

Həkim CANİK: PURE LOVE, NELLİ özünü zəhərləyib. Evə vaxtında çatsaydız bəlkə onun həyatını xilas etmək olardı. Amma xəstənin zəhərlənməsindən saatlar keçib. Artıq zəhər öz işini görüb. Başınız sağ olsun. ALİYEVA.T: Of Allahım gül kimi yaşayıb gedirdik. Hər şey birdən necə də məhv oldu. Bütün ailəmiz parçalandı. PURE LOVE həyatında tamam çarəsizdi. Bütün qonşular, qohumlar dəfnə gəlmişdilər. PRETTY_GİRL bacısının ölümündən şoka düşmüşdü. Ağlayaraq: Lənətə gəlsin bu şəhəri! Lənətə gəlsin! Bura gələndən həyatım alt-üst oldu. Bütün hər şey məhv oldu. Bacımıda itirdim.
BALAWKA: PRETTY_GİRL, bacı sənin yerində olmaq istəməzdim.
 PRETTY_GİRL: Guya mən istəyirəm? Nə yaşım var mənim? Bütün yük üstümdə. Kaşki bacımın yerinə mən ölsəydim. İndi o qara torpaqda mən uyusaydım.
VELİYEVA LENA: Elə demə bacı, üzmə özünü bu qədər. Ayaqda dayanacaq gücün yoxdur.
VUSALES: PURE LOVE, özünü toparla.
PURE LOVE: Of yanıb tökülürəm ay VUSALES. ADMİRAL orda öldü. MR.OFFİCER məni tərk etdi, kişisiz qaldım. Bu da yetməzmiş kimi ağılsız NELLİ o GAARA-ya görə özünü zəhərləyib öldürdü. Kül qız başına NELLİ.
SADECE MEN:  Ay PURE LOVE, Allah sənə ağıl versin.  Heç hənanın yeridir? Qızını bu gün torpağa basdırmısan , hələ də həyatındakı kişiləri düşünürsən. Neyləyim ay qız mənimkidə belə gətirdi. YAPRAK: Çətindir təbii. Nə yaşın var evlənərsəndə. AYGÜN18: Səndə qadına guya ağıllı məsləhətlər verirsəndə hə?
 PRETTY_GİRL: Ana sən manyaksan? Ağzınıza gələni danışırsız. NELLİ öldü. Həmdə bu gün öldü. O torpaqda yatan sənin canının bir parçasıdır. O sənin qızındır. Sən qızının yoxluğuna ağlamaqdan evlənməyi düşünürsən.
LONELY: PURE LOVE, mən əminəmki NELLİ bunları görsəydi üzünə tüpürərdi.
BARBİ-də dəfndə idi.  PRETTY_GİRL yorğun baxışlarla ona baxdı.
 BARBİ: PRETTY_GİRL, inan mənim bir günahım yox idi.
PRETTY_GİRL: İndi sırası deyil BARBİ. Onsuzda günahı səndə görmürəm. Günah mənim şorgöz sevgilimdədir. Qadın hər şey edə bilər kişini yoldan çıxartmaq üçün. Amma ağıllı kişi həyatında olan qıza,qadına dəyər verər. Mənim sevdiyim aylarla süründü arxamca. İnanmadım. Sonra zamanla bağlandım ona. sevdim. Hər şeydən çox dəyər verdim ona. Amma o xəyanətkar çıxdı. Kim bilir daha kimlərlə vaxtını keçirdi. Amma bu iş burda qalmayacaq. Çəkəcək cəzasını.
BARBİ: Bəlkə onu yandıraq?
PRETTY_GİRL: BARBİ, indi dəfndəyəm. Sonra bu barədə danışarıq.
SADEYEM, DENİZ ULDUZU, AİSHVARİA PURE LOVE-ı sakitləşdirməyə çalışırdılar.
AYGÜN18: PURE LOVE, özünə gəl. Alışacaqsan zamanla.
PURE LOVE:MR.OFFİCER-in yoxluğuna alışan kimi qızımında yoxluğuna alışacağam.
PRETTY_GİRL: Ana, sənə deyəcək tək bir cümləm yoxdur. Bu həngamədə hələ də MR.OFFİCER-i düşünürsən?
PURE LOVE: Neyləyim ay qızım?
TAPDIQOVA: Adamın üzündə abır-haya yaxşı şeydi.
PURE LOVE: VELİYEVA LENA, deyirəm yaxşıki 4 qızım var. Biri öləndə 3-ü qalır. Yenə baxma başım qarışar,MR,OFFİCER-i unudaram.
PRETTY_GİRL: Aaa VİPBETUL, anamın başına deyəsən hava gəlib. VİPBETUL: Hə Vallah deyəsən üzü oyanlıqdır. SHOKKİ-MOKKİ: Allah səbr versin. AİSHVARİA: Allah bu uşaqlara səbr versin. Belə anayla adam bir evdə yaşasa dəli olar.
PRETTY_GİRL: Eyyhər nə də olsa anamızdı. Özümüzdən böyüyə hörmət etmək borcumuzdur

8.Bölümün sonu

Müəllif
Redakte: PRETTY_GİRL

 


P.S. Müəllif hüquqları qorunur. Xəbəri başqa saytlara qoyarkən  saytın adı istinad edilməlidir.Xüsusi olaraq QADINLAR.BİZ üçün.

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 870
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri