Never Say Never ilə müsahibəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 714
Səs ver:
(səs: 4)

 1 Never Say Never kimdi səni tanımayanlara özünü təqdim elə?

Bismillahir Rahmanir  Rahim.Öncə salam .Gülü 21 yaşım var .Çalışıram.
2 Never Say Never özünü Qadinlar.Bizə təsvir elə,?
Özünə inamlıyam nəyisə edəcəm  dedimsə edəcəm çünki dəhşət inadkaram. Xaraktercə sərt olsamda 
ünsiyyətciləm ona görədə tanışlarım çoxdur. Şükür geniş çevrəm var lakin hamısına dost demirəm və onları güvəndiyim yerə qədər yaxına  buraxıram. Kimisi bir addım kimisi beş addım. Əsla kimsəyə tam güvənmərəm  və divardan başqa bir yerə də söykənmərəm.

3 İstifadəçi adının mənası nədir?
Hmm bunun tarixi var. Çox qürurlu oldugum üçün heç vaxt sözünü tez-tez işlədirəm və sonra peşmanlığın çəkirəm. Həyatın bu yaşımda ən böyük dərsi "heç vaxt heç vaxt demə olub.Yəni never say never.
4 Subaysan yoxsa nişanli?
Subay
5 Sevdiyin insanla harda tanış olmusan?
.............................................
6 Kinli birisən yoxsa bağışlamağı bilən?
Hər zaman deyirəm ALLAH bağişlayandan sonra mən kiməmki?Amma bağışlamağı bacarmıram. Gec keçir
bilirsiz niyə düşünürəm mən sənə dost ya tanış deyib səni həyatıma daxil etmişəmsə niyə belə bir şey
edirsən ki mənə təsir ? kimlərisə bağışlayıramsa yalnız Allah üçün

7 Hansi xasiyyətindən xoşun gəlmir?
Tərslik və qürur
8 Bu həyatda kiminlə və ya nə ilə fəxr edirsən?
Ailəmlə.Allah məni onlarla sınamasın və kariyermla sevinirəmki bu yaşımda nəsə bacarmışam
9 İnsan nəyə görə mövcudur yer üzündə?
Sınaq, sadəcə sınaq. Əsl həyata keçid ücün buradan keçməliyik.
10 Səncə qısqanclıq inamsızlıqdı?
Deməzdim məndə qısqancam.Lakin sərhədi keçındə bəli inamsızliq kimi baxıram.
11 Bu dəqiqə ən çox kimin üçün darıxırsan?
No Coment
12 Qadinlar.Bizə necə gəlib çıxmısan?
Adını eşitmişdim. Amma qeydiyyatdan kecməmişdim. Elədə vaxtım olmur deyə sonra aznetdəki saytların
reytinqinə baxanda ön sıralarda olduğunu gördüm və maraqlandım baxdım və gəldim

13 Səbəb nədir, bəhanə nədir?
Yalanlarımız ortaya çıxmadıqca hamımız günahsızıq. Düz olduğumuz müddətcə səbəblərimiz ,səhv olanda
isə bəhanələrimiz olur
14 Əzab çəkmisən yoxsa çəkdirmisən ?
Həyatımda yalnız susduğum üçün iki dəfə əzab çəkmişəm. O ki qaldı çəkdirməyə etmişəm səhvləri olub lazım olanı etmişəm. Yalvarmaq ağlamaq və.s bunlar mənə təsir etmir
15 Sənin həyatının adı nə olardı bu filmin?
Bu haqqda söhbət etmişəm və adı çoxdan hazırdı.Keçmişin izi ilə
16 Sevdiyinə nəyi bağışlamazsan?
  Əl qaldırsa və xəyanət etsə
17 sənin fikrincə övlad valdeyinlərinin borcunu necə qaytara bilər?
Əlbəttə xeyr
18 Hamının içərsində və heç kəsin bilmədiyi bir seyi etiraf elə?
Geriyə dönə bilməyi çox istərdim əminəmki qərarlarım çox fərqli olardı

19 Məni təssəvvüründə necə canlandırırsan ?
Mübariz biri kimi bilirdim. Yanilmamışam burada mənə yaxın olan hər zaman dəstəkləyən xanımlardansan. Yerində tam başqadı.
20 Sonda isə Qadinlar.Bizə arzuların
Öncə xanımlara demək istəyirəmki inamlı olun özünüzə gücünüzə inanın .Siz kiməsə icazə verməsəz kimsə sizi incidə bilməz və Qadinlar.Biz bizləri bir araya getirdiyi üçün təşşəkkürlər. Uğurlarımızın davamı gəlsin
Gülü təşşəkkür edirəmki təklifimi qəbul edib musahibə aparmağa razı olduğun üçün
Canım sən sağol ki məni unutmadın .Allahın nəzəri hər zaman
sənin və ailənin üzərində olsun AMİN


(səs: 4)
Şərhlər: 4
Baxılıb: 3 714
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri