AYSHEN ilə müsahibəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 518
Səs ver:
(səs: 6)
1.Əs salamun əleykum. :03:  
 Aleykumə əs səlam.
2.Ayshenim özünü bizə ətraflı şəkildə təqdim et. :)
25 yaşım var, subayam, işləyirəm.. :) 
3.Sayta gəlmə tarixini və səbəbini xatırlayırsan? :yol:
Bəli, xatırlayıram.. Və buranı tanıdığım üçün də çoox sevinirəm..
4.Səni digər userlərdən fərqləndirən cəhətin nədir? 
 Özümü heç nə ilə fərqləndirmirəm. Əlbət ki, hər kəsin fərqli bir xüsusiyyəti vardır. Amma mən özümü  fərqli bilib də , heç kəsdən ayırmıram. Mən də hamı kimi bir insanam.. Və bu ailədənəm..)
5.Hansı sahə üzrə işləyirən? :bilge:Müəllimə 
6.Gəl sənə eksklüziv bir sual verim. Dünyaya bir daha gəlsən yenəmi bu peşəni seçərdin?  :23:
Eksküliziv…:23: Çox güman ki, hə.. Çünki mənim xarakterimə ən uyğun peşədi )
7.Həyatda ən böyük arzun? :hmmm:
 Eh..arzular, arzular.. Əslində bu arzudurmu, bilmirəm..Amma xoşbəxt olmaq istəyirəm. Parada, pulda  gözüm yoxdu.. Sadəcə xoşbəxt olmaq istəyirəm..Yəni ən içdən, bütün qəlbimlə istədiyim bir tək budu..
8.Bürclərə inanırsan? :kanka:Gündəlik yazılan bürclərə inanmıram.. Amma belə ümumilikdə, bürclərə inanıram..
9.Nə bürcüsən və bürcünün xarakterlərini daşıyırsan? 
Tərəzi bürcüyəm.. Bəli, artıqlamasıyla daşıyıram. :)
10.Həyata baxış 3 nöqtədən ola bilər: Optimist,Pessimist və Realist.
 Optimizm: Həyata müsbət tərəfdən baxmaq,hadisələrin müsbət tərəfini görmək.
 Pessimizm: Pessimist olanda insan hərşeyin pis tərəfini görür,baş verən hadisələrə mənfi fikir bildirir.
 Realizm: Hərşeyə real baxmaq,real qəbul etmək.
 Sən necə? Həyata hansı gözlə baxırsan?  :08:
Artıq real tərəfdən baxıram.. Düşünürəm ki, indiki zaman bunu gərəkdirir.
11.İnsanlar böyüdükcə xəyalları kiçilər mi? 
Məncə yox.. Əksinə insan böyüdükcə xəyalları da böyüyür.fərqli olur.. 
Amma insan böyüdükcə artar dərdləri və böyüdükcə anlayır gərçəkləri.. :(
12.Acı həqiqət?Yoxsa şirin yalan? :16:Çox vaxt acı həqiqət.. Bəzən isə şirin yalan..  
13.Həyata bel bağlama,yuxu kimi keçər,boş saata güvənmə, quş kimi uçar!Gəncliyə güvənib hələ tezdi dediyin olubmu heç? 
Təəssüf ki, olub :(( . Tezdi deyib, gecikdirdiyim çoox şeylər var..
14.Yaşamaq üçün hər kəsin bir səbəbi vardır.Bəs sənin yaşam səbəbin nədir? 
Yaşama səbəbim Ailəmdir..
15.Yalanın dostu, gerçəyin də düşməni çoxdur. Nə üçün? :pff:
Çünki yalan şirin olur, gərçəklərsə acı.. Gərçəkləri həzm etmək çətin gəlir bəzən insanlara, ona görə.. Düzünü deyən kimi düşmən kəsilirlər..
16.Əsəbiləşməyin atəşi əvvəlcə sahibini yandirar, sonra qığılcımı düşmənə ya çatar,ya çatmaz. Səni əsəbləşdirmək asandir? Ümumiyyətlə,əsəblərini cilovluya bilirsən? :kzgn:  
Mən çox sakit təbiətli insanam. Məni əsəbləşdirmək bir az çətindir.
17.Dərdi verən Allah dərmanını da verər diyirlər. Özünü çarəsiz hiss etdiyin və qərarsiz qaldığın vaxt olubmu?
Olub.. Xəyallarımın, arzularımın, həyatımın bitdiyi an olub :( ama yenə də ALLAH deyib durmuşam, ALLAHA sığınmışam.. Çünki bilirəmki, dərdi verən ALLAH dərmanını da verir.. İnaniram buna.. REBBİM heç bir bəndəsinə çəkə bilməyəcəyi qədər ağır yük verməz.. Belə bir söz var. Deyir: Əsla özünüz olmaqdan şikayətlənməyin!..Çünki, ALLAHın bu rola uyğun gördüyü ən möhtəşəm insan sizsiniz.
18. Ən qeyrətli bitki göbələkdir, çünki papağı həmişə başındadı))) Söhbət açılmışkən göbələyi xoşluyursan? :ihi:
Ay səni.. :) Hə, xoşlayıram..
19.Qonaqlar tam getmək istəyən vaxtı yalandan: "Oturmuşduz daaa" demisən heç?))
Deməmişəm desəm, yalan olar :)).. Demişəm..
20.Əvvəlki Müəllimlər günü:
(o_o) (o_o) (o_o)
İndiki Müəllimlər günü:
($_$) ($_$) ($_$) etiraf et,belədi?)) Gələcəyin müəlliməsi olaraq təcrübə yığıram  :23:
 :) Bəlkə də hardasa belə şeylər var.. Amma bizdə yoxdu, həqiqətən.. Yəni, mənim bu mövzuda heç təcrübəm yoxdu.
21.Özündə bəyənmədiyin xasiyyətin var? :123: 
Var.. Çox kövrəyəm, tez inananam, tez yola gələnəm.. Bunlar ən sevmədiyim xüsusiyyətimdi(
22.Sənə müraciət edərkən hansı sözdən istifadə etdiyimi xatırlıyırsan? :cak:
Nunu? :)) düzdü? 
23.Saytda sənə yaxın olan userlər varmı,varsa kimlərdi bilməy olar?  :hh:
Əslində burda çox insanı tanımasam da, amma hamının xətrini çooox istəyirəm və böyük hörmətim var hər kəsə. Ola bilər ki, kimsə məni özünə yaxın bilmir, ama mən hər kəsi özümə yaxın bilirəm.. Nəticədə biz bir ailənin üzvləriyik.. Elə deyil? Mənə ən yaxın olan user var təbii ki, amma onu deməyəcəm, qısqanarsan sonra))) 
24.Sonda Qadınlar.biz userlərinə arzun :128:
Həyatda insan üçün ən önəmli şey can sağlığıdı.. Bəlkə şablon səslənəcək, amma hamıya ən əsası can sağlığı, uzun ömür, ailə səadəti və qadın xoşbəxtliyi arzu edirəm. . Tanısam da, tanımasam da , hər birinizin xətrini çox istəyirəm. Və burda olmağıma çox sevinirəm. Bu ailədən , bu kollektivin üzvü olmaqdan da çox məmnunam. Və arzu edirəm ki, hər zaman belə bir olaq, birlik olaq.. 
Və.. hər birinizə təşəkkür edirəm, dəyərli vaxtınızı ayırıb müsahibəni oxuduğunuz üçün.. Ümid edirəm ki, yorulmadınız.. 
Bidənəm, canım bacım sonda sənə də təşəkkür edirəm, belə gözəl suallar üçün.. Dəyərli vaxtını ayırıb,mənim üçün bu sualları hazırladın.. Çooox sağ ol, hər şey üçün.. Sənə hər şeyin ən gözəlini arzu edirəm.. Nə yaxşı səni tanımışam.. Yaxşı ki, varsan, həmişə də VAR OL.. 
Sənə müsahibəyə razılıq verdiyin üçün təşəkkür edirəm biriciyim.Sənə həyatının sevincinin göydəki ulduzların sayı qədər çox,günəşin parıltısı qədər işıqlı olmasını,ulu nənələrimiz kimi uzun bir həyat yolu,sevgi dolu bir dünyan olmasını arzulayıram. Ən əsası da ildırım kimi səs salacaq,duman qədər başını bürüyəcək,göydən yağan qar kimi həyatını yeniləyəcək bir sevgi arzulayıram... :kisses:
(səs: 6)
Şərhlər: 5
Baxılıb: 2 518
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri