Oxucu məktubu: Yardıma Ehtiyacı Olan Uşaq

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 5 918
Səs ver:
(səs: 5)
 
Oğlum Əliyev Şəhriyar Şahin oğlu  08.11.2006 - cı ildə doğulmuşdur.Mən hamilə olduğum vaxtlarda müayinələrdən keçdiyim zaman hər hansı bir xəstəliyin olması mövcud deyildir.Qeyd edimki nəslimizdə genetik olaraq belə xəstəliyə rast gəlinməmişdir.

Oğlum xəstəxanada doğulduğu zaman və sonralar həkim nəzərətində olmuşdur.Uşaq vaxtında müayinə olunaraq lazımi peyvəndlər vurulmuşdur. 2011 - ci ilin avqust ayının 8 də sahə həkiminin yanına uşağı müayinəyə apardım.Məlum olduki uşağın soyuqdəyməsi var və həkim uşağa 4 gün içində 8 ampula antibotik vurulmasını tapşırdı.Bundan sonra uşağın vəziyyəti daha da pisləşdi.

 12.08.2011 - il tarixində  ET HEMATOLOGIYA və  TRANSFUZIOLOGIYA institutunda klinik diaqnostika labarotoriyasında uşağın sümük iliyindən götürülən analiz və qan biokimyəvi müayinə edildikdə diaqnoz olaraq NIMMAN_PIK ( sümük iliyindəNIMMAN_PIK hüceyrələri aşkar edilib) olduğu təsdiq olundu və bizə bildirdilərki bu xəstəlik nadir olan xəstəlikdir.Milyon adamdan biri tutulan xəstəlikdir. Həkimlər bildirdiki uşağın dalağı çox böyüyərək inək dalağı boyda olmuşdur.Uşağın müalicəsi Almaniyada var.Bir illik müalicəsi həkimlərin dediyinə görə 250000 dollar başa gəlir.


Əlaqə nömrələri:
Mob: +994519607893
Ev:+994125964253  Şəhla ana.

 Bütün sənədlərdə var istəsəniz verə bilərəm.





 

ALLAH Yolunda daim əlimizdən gələni etməyə çalışırıq elə? Gündə 5 dəfə namaz qılırıq ki, ALLAH Təala əməlimizi xeyirə yazsın. Bu addımımızlada əməlimizi xeyrə yazdıra bilərik ALLAHın izni ilə...
Unutma 1, 3 ya 5 aznlə bizə heçnə olası deyil. ALLAH Təala hər şeyi görür və bilir...
Sən də vəsilə ol
Süfrədən durarkən çoxu çörək qırıntılarını çölə atır. Zibilliyə...
Amma düşünmür ki, ona ehtiyacı olan canlılar var. Quşlar onlarla qidalanır. Niyə sən o quşun qidasını zibilliyə atırsan? Omaz ki, o qırıntıları pəncərə ağzına qoyasan lap külək onu sovura yaya hər bir quş sənin o əməlindən bir parça qidalana. Olmaz məgər? 
İndi də ay qardaş və bacım sənin o kompüterə, kluba, çayxanaya yaxud bufetdə oturub artıq xərclədiyin pula ehtiyacı olanlar ən az sənin düşünmədiyin qədərdir. 
 İmanı və ALLAH sevgisi olan ALLAHA xatir 1-2 azn-dən keçə bilmirsə, onda sadəcə əyilib qalxsın. Haçana kimi? Onu ALLAH Təala gözəl bilir...
Qurani Kərimdə buyurulur:
«Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır». (Əl–Bəqərə. 262)

 

(səs: 5)
Şərhlər: 3
Baxılıb: 5 918
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri