Məktəb illərimizdən bir xatirə.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 26 373
Səs ver:
(səs: 15)
Məktəb illərimizdən bir xatirə.

Prosta Zayka


Məktəb- əslində bu sözü deyən də gah sevinirəm ki, nə yaxşı yoldaşlarımı görəcəm, onlarla söhbət edəcəm və s. amma bəzən də əsəbləşirəm ki, işşşşş... bir yığın dərs var kimdi onları eləyən? Amma elə məktəbin gözəlliyi də burdadır. Sən ki, dərsdən qaçıb sinif rəhbərindən azar eşitmədin,sən ki, dərsini öyrənməyib lövhəyə çıxıb müəəllim iki yazacaq deyə qorxmadın, sən ki, dərslərini eləməyən də müəəllim evə zəng vurub anana  səni şikayət etmədi sən də evə gedənde bir yaxşı çırpımadın o məktəbin nə marağı?
Nəisə, əvvəla deyim ki, men çox yaxşı şagirdəm əlimdən gəldiyi qədər oxuyuram. fənnlərin işində ən sevdiyim cografiyadir. Çünki, mənim xarici dövlətləri, onların şəhərlərini öyrənməyə çox böyük marağım var. Ən zəhləm gedən fənn isə rəsmxəttdir bilmirəm bu dərsin nə mənası var? Heç qanmıram.

Gəldik məktəbdən maraqlı hadisələrə. Sizə 7-ci sinifdə oğlanlarımızın mənə etdiyi 1 aprel zarafatından danışım.
Mən 7-ci sinifdə oxuyanda yaxşı şeir deyərdim. Məni həmişə başqa məktəblərə tədbirlərə,müsabiqələrə aparardılar. Bu hadisə olmamışdan qabaq müəllim demişdi ki,  yenə müsabiqən var  1-2 güne gedərsən. 
Mən evdə oturmuşdum. Martın 31-i günü idi. Televizora baxırdım saat da 20:00 radələrində idi. Birdən telefona zəng gəldi. Mən də götüdüm gördüm bir qadın səsidi.  Mənə dedi ki, "mən sənin müəllimənin yaxınıyam mənə dedi ki, mən zəng vurum deyim ki, sabah saat 10:00 -da məktəbdən çıxıb  müsabiqəyə gedəsən, mən də dedim ki, yaxşı.Səhər oldu məktəbə gedəndə qapıdan içəriyə girdiyim an, oğlanlar bagırdıar  "1 Apreeeeeel...".  Heçnə anlamadım sonra mənə başa saldılar ki, o zəng vuran müəllimin yaxını filan deyilmiş. Bizim sinifin oğlanlarından biri imiş. O hadisədən sonra o qədər güldüm ki... 
Bax belə, buda mənim məktəb hekayəm çox sağolun. Bu mən idim Prosta Zayka...




Ayanka M-li


Mən də istədim məktəblə bağlı xatirələrimi bölüşüm. Deməli bele, mən Şirvan şəhəri 13 saylı orta məktəbdə oxumuşam. Çox decel şagird idim sinfimiz isə oxuyan sinif idi. Məktəbdə  oxuyan şagirdlərdən olmuşam. Ədəbiyyat müəlliməm həmişə deyirdi ki, sən daha çox əzbərçisən. Deyəsen düz deyirdi :). Amma əzbərçi olsam da bütün fənləri oxuyurdum. Ən çox ingilis dilindən xoşum gəlirdi. Bəlkə də atamın qorxusundan dərslərimə həmişə hazır olurdum. Çünki, həmişə bizdən dərslərimizi soruşurdu. Dərsdən qaçmaqla aram yox idi, arada altıncı dərsdən qacırdıq guya ki, onda da tutulurduq. Bir az da məktəbdə baş verən xatirələrdən danışım. Uşaq vaxtı utancaq idim, nəinki, uşaq vaxtı elı indi də. Hamı məni belə tanıyırdı. Mən də toppuş qız idim. Di gəl ki,  sinifdə uşaqlar mənə zarafat edəndə, sataşanda əlimdən çəkəcəkləri var idi, vururdum onları  təpiklə. Sonra da müəlliməyə deyirdilər ki, Səbinə  tənəffüslərdə bizi yaxşıca çırpır :). Müəllim inanmayıb məndən soruşurdu, mən də utandığımdan başımı aşağı əyib heçnə deyə bilmirdim. Onda hələ ibtidai sinifdə oxuyurdum. Nəisə, bir dəfə də 8-ci sinifdə oxuyurdum, yadıma gəlir ki, cəbr dərsi idi. Mən də yerimi deəyişib birinci partada oturmuşdum. Çıxdım lövhəyə ki, məsələnin həllini yazım, yerimə qayıdanda "talihsiz kaza" baş verdi :). O biri sinif yoldaşım ele bilib ki, mənim hələlik oturduğum partanın əsl sahibi indi də orda oturub, bu fikirlə stulu çəkib qırağa ki, oturmağa gələndə yıxılsın. Fikrindən çıxıb ki, o yerdə hal-hazırda mən otururam. Hə nəisə otururdum ki, özümü yerdə gördüm,çox pərt oldum, həm də əsəbləşdim. Oğlan nə qədər üzr istədisə özümə gələ bilmədim. Durdum ona o qədər təpik vurdum ki, üreyim soyusun. Sonra da elə çox vurduğuma görə pis oldum.Yadımda qalan hadisələr bunlardı. Amma sinif yoldaşlarımdan biri ilə küsülü qaldım, onun mənə qarşı olan hisslərini biləndə küsmüşdüm :). Nə o cəsaret edib mənimlə barışa bildi, nə də ki, mən. Əslində o bir dəfə bagışlanmasını istədi,  amma uyğunsuz vaxtda, onda mən də ona "eeee"-dən başqa heçnə deyə bilməmişdim. Sonra da özümə söz vermişdim ki, son zəng günü barışacam, amma alınmadı. Küsülü qalmağımızın səbəbi isə  hələ də özümə gülməli gəlir. Beləliklə günler ayları, aylar illəri evəz etdi. Gün gəlib çatdi həmin o günə  2006 - ci il 31 may gününə. Həmişə utandığımdan heç bir tədbirdə iştirak etməzdim. Amma "Son Zəng"ə görə müəəllim qızlara şeir verdi, mən də məcbur qalıb qəbul etdim. Amma son zəng tədbirində nədənsə o şeirə yer verilmədi :). Həm sevindim, həm də yox. Həmin gün bütün uşaqlar tezdən  məktəbin qabağını kəsdirmişdilər, mən müəyyən səbəbden gec getdim bir az. Amma tədbirə gecikməmişdim, həleə 1 saat qabaq gəlmişdim.Tədbir başladı. Sonra "Məktəb illəri" mahnısı oxunanda bir az pis oldum. Amma o gün heç birimiz ağlamadıq nədənsə, sanki məktəbi bitirməyimizə  sevinmişdik. Axırda da oynadıq, hədiyyə vermə mərasimi də oldu. Nəhayət o gözlədiyimiz gün beləcə bitti. Bircə nə köynəyimizi yazdırdıq, nə də ki, məzun lentimizi. Yəqin heyfimiz gelib :). Bu da mənim "Məktəb illərim   Son zəngim". Keçirtdiyim o illırin yerini heçnə verə bilməz. Məktəb vaxtı həmişe bezirdik dərs oxumaqdan, dərsə getmək istemirdik, amma hər şeydə olduğu kimi məktəbin də dəyərini bitirənden sonra bildik. Mənə doğma və əziz olan məktəb illerim, çox darıxmışam sənin bizə yaşatdığın şirin, duyğulu, qayğısız günlərin  üçün. Əlvida.....İmza: Səbinə Əliyeva



(səs: 15)
Şərhlər: 5
Baxılıb: 26 373
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri