Gelin biraz gulek

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 15 858
Səs ver:
(səs: 8)
Gelin biraz gulek

Molla bir dükandan 15 manata bir şalvar alır.Hələ pulunu verməmiş fikirləşir ki : " şalvarım o qədər də köhnə deyil,köynəyim ondan köhnədir.Yaxşısı budur,şalvarın əvəzinə bir köynək alım". Dükançıya deyir:
-Qardaş,şalvarı istəmirəm.Götür,qoy yerinə,elə o qiymətə bir köynək ver.
Dükançı köynəyi verir.Molla geyib pul-zad vermədən düzəlir yola.
Dükançı deyir:
-Molla,pul vermədin.
Molla deyir:
-Nə pul?Əvəzində şalvarı qoydum qaldı da...
Dükançı deyir:
-Yaxşı,şalvarın da pulunu verməmişdin axı...
Molla deyir:
-Qəribə adamsan ha..Şalvarı aparmıram ki,pulunu da verəm. 
***
Mollanın çox tənbəl bir qızı var imiş.Əlini ağdan-qaraya vurmaz imiş.Günün birində Molla arvadına deyir:
-Arvad,mən süpürgəni götürüb başlayacam evi süpürməyə.Sən gəl mənim əlimdən süpürgəni al ki,ayıb deyil,biz dura-dura sən niyə ev süpürürüsən?Mən də verməyəcəyəm ki,yox,sənin işin çoxdu,yorulursan.Bəlkə bu yol ilə bu qızı utandıraq,heç olmasa,evi süpürsün.
Belə də eliyirlər.Arvad süpürgəni Mollanın əlindən almaq istəyir.Molla vermir.O dartır o tərəfə ,bu dartır bu tərəfə,axırda qız durub onlara yaxınlaşır.Hirsli-hirsli deyir:
-Burada çətin bir şey yoxdu ki,belə hay-küy qaldırıbsınız.Qoyun növbəyə! Bir gün sən süpür,bir gün də o. 
***
Molla cavan vaxtlarında bir gün evlənmək istədiyini bacısına deyir.Bacısı axtarır,axtarır,axırda bir qız tapır.Molla bacısından soruşur:
-Yaxşı ,bir de görək,tapdığın qızın neçə yaşı olar?
Bacısı deyir:
-Vallah,özündən soruşdum,dedi bilmirəm.Amma cavandır.
Mola deyir:
-Yox,onda mənə lazım deyil.
Bacısı soruşur:
-Niyə?
Molla deyir:
-Çünki qocadır.
Bacısı soruşur:
-Nədən bildin?
Molla deyir:
-Arvadlar otuz yaşını keçəndən sonra həmişə deyərlər ki:bilmirəm neçə yaşındayam.
O ki deyir bilmirəm,demək onun da yaşı otuzdan keçib. :23: :23: :23:  
*** 
Bir gün biri qızına Barbie kuklası almaq istəyir və oyuncaq olan mağazaya girir,satıcıdan soruşur:
- Vitrindəki Barbie kuklası neçəyədir?
Satıcı deyir:
- Hansı ? və davam edər :
- Barbie idmana gedir 19.95 usd
- Barbie alış-verişdə 19.95 usd
- Barbie diskoda 19.95 usd
- Barbie çimərlikdə 19.95 usd
- Barbie boşandı 265 usd
Alıcı təəccüblənir və deyir:
-Niyə hamısı 19.95 usddir,amma boşanmış olan 265 usd ?
Satıcı :
- Çox sadə.Çünki boşanmış Barbie ilə birlikdə ; boşandığı oğlanın-Kenin evini, avtomobilini, mebellərini də almış olarsınız. 

Sizin gulusunuz bizim meqsedimizdir.eger sizi guldurdumse ne xos menim ucun... 
 
(səs: 8)
Şərhlər: 5
Baxılıb: 15 858
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri