TEKCE AZERBAYCANDA

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 970
Səs ver:
(səs: 2)

http://imgs.su/tmp/1315806150-656.jpg

Təkcə Azərbaycanda futbol matçlarının aparıcıları Almaniya yigmasinin oyunçularını "Hitlerin yerililəri" adlandırır...

Təkcə Azərbaycanda marşrut sürücüsünə "Yer var?" deyə sual verəndə "Girə bilsən var" cavabı eşidərsən...

Təkcə Azərbaycanda müəllimə imtahanda qiymət almaq üçün 40 manat təklif edəndə "Ox, sən məni necə də az dəyərləndirirsən!" cavabı eşidirsən...

Təkcə Azərbaycanda, "dönər" sifariş edəndə "Mənə dobriy elə" deyirlər...

Təkcə Azərbaycanda varlı insan hər gün spirtli içki qəbul edirsə deyirlər "Yeyib içəndir", kasıb adam hər gün içəndə deyirlər "Alkaşdır"...

Təkcə Azərbaycanda velosiped nəqliyyat vasitəsi kimi yox, uşaq oyuncağı kimi qəbul olunur...

Təkcə Azərbaycanda DYP işçiləri rüşvət aldıqdan sonra qarşıda olan radar və digər DYP işçiləri haqda sürücünü xəbərdar edir...

Təkcə Azərbaycanda belə hesab edirlər ki təmizliyi ancaq evdə saxlamaq lazımdır, küçədə yox...

Təkcə Azərbaycanda bir çox biznesmenlər və qulluqçular təbiətə millətin düşməni kimi davranırlar...

Təkcə Azərbaycanda qaşlarını tatiurovka etdirib bəzənmiş qadına "gəzəyən" kimi baxırlar...


Təkcə Azərbaycanda fizika müəllimləri psixologiya dərsini tədris edə bilərlər...

Təkcə Azərbaycanda polislər bulvarda uzun müddət dayanıb bura gələn cütlüyü izləyib uyğun bir vaxt tapa bilər ki, onlara yaxınlaşıb ümumi yerdə lazım olmayan işlərlə məşğul olduqlarına görə( bir birilə çox yanaşı oturmaq,əl ələ tutmaq, qucaqlaşmaq və gizli yerlərdə oturmaq. QEYD: ö...-dən söhbət getmir) pul istəsin...

Təkcə Azərbaycanda kafeyə girib ofisiantı 15-20 dəq gözləyədikdən sonra, o sənə yaxınlaşıb :"Siz nə isə sifariş vermək istəyirdiniz?" deyə soruşa bilər...
Təkcə Azər baycanda yaxın qohumlar arasında evliliklər artmaqla bitmir, hətta onlara mahnı da bəstələnir(Xala qızı, Əmi qızı)...

Təkcə Azərbaycanda hər hansı bir xarici kompaniyada içləyəm işçi haqda belə deyirlər: Qaqaş, BP-də işləyir...

Təkcə Azərbaycanda kişilər içən kimi söhbət dinə gətirib çıxardırlar və bir dost o biri dosta İslam haqqında nə qədər dərin biliklərə malik olduğunu sübut etməyə çalışır...

Təkcə zərbaycanda kişilərgecə harda gəzdiklərini və nəəəəəəəə qədər yeyib içdiklərini danışaraq öz "qarınqulu"luqları ilə fəxr edirlər...

Təkcə Azərbaycanda marşrutdan düşəndə deyirlər: Arxadakı verir ( baxmayaraq ki o marşruta tək minmişdi)..

Təkcə Azərbaycanda hələ də kanallarda profilaktika mövcuddur, hətta özəl kanallarda belə...

Təkcə Azərbaycanda "Növbədə dayan" sözünü anlamaq hissi formalaşmayıb...

Təkcə Azərbaycanda McDonadl''s-da ad günləri və müxtəlif banketləri çox baha qiymətlərlə qeyd edirlər, baxmayaraq kiMcDonadl''s - qiymətləri hamı üçün uyğun olan ləzzətli yeməkxanadır.

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 970
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri