Qadınlar.biz bütün müəllimləri təbrik edir

Müəllif: Narın Yağış
Şərhlər: 6
Baxılıb: 21 339
Səs ver:
(səs: 12)
Hər il oktyabrın 5-i bütün dünyada Müəllim Günü kimi qeyd olunur. Bu gün müəllimlər öz peşə bayramlarını keçirirlər. 
Hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən müəllim tutur. 
Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. 
Hər birimizin  müəllimlər haqqında gözəl təəssüratlarımız vardır. Mənə bir hərf öyrədənin köləsi olaram".Bu sözlər İslam dünyasının parlaq simalarından olan Həzrəti Əliyə məxsusdur. Hələ məktəbdə oxuyarkən müəllimlərimiz bizə "Oxuyun sonra  peşman olacaqsınız" deyəndə o qədər də fərqinə varmırdıq. Zaman keçdikcə  müəllimlərin nədən belə dediyini yaxşı anlayırıq. Müəllimlərin sözlə ifadə olunmayacaq dərəcədə böyük zəhməti və dəyərsiz xidmətini azacıq da olsa qiymətləndirmək üçün bu bayram bir vasitədir.
Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da hörmətli müəllimlərimiz üçün əziz gündür - müəllim adını daşıyanlar, bu adın dəyərini bilənlər öz peşə bayramını qeyd edirlər
. Mən öz adımdan və Qadınlar.biz istifadəçiləri adından burda bütün müəllimləri və ya müəllimələri təbrik edirəm Qadınlar.biz saytının Adminəsi Aytən Mələk başda olmaqla bütün müəllimləri təbrik edirik.
Əziz müəllimə xanımlarımız, ola bilər ki, sizlərin hamınızı tanımıram əgər içərinizdə müəllimə olub, adları burda qeyd olunmayan xanımlarımız varsa, biz onları da səmimi qəlbdən təbrik edirik və işlərində uğurlar arzulayırıq!(Və xahiş edirəm, müəllimələr şərhlərdə özləri haqda məlumat versinlər ki, biz də onları tanıyaq)




(səs: 12)
Şərhlər: 6
Baxılıb: 21 339
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri