Qurban bayramınız mübarək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 6 380
Səs ver:
(səs: 5)
Dini qurban kəsmək İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır. Yuxuda ALLAH İbrahim Peyğəmbərə oğlu İsmayılı qurban verməyi əmr edib. İbrahim əsl dindar kimi ALLAHın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda yazılmışdır. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca ALLAH bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər. Çox sevdiyi balasını ALLAH yolunda qurban verməyə hazır olması peyğəmbərin ALLAH qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə ALLAHa inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar ALLAHı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda ALLAHı da yada salıb, yaxşı zamanlarda onu unutmaq möminə yaraşan hərəkət deyil!

 Qurban bayramı islam aləmində ən müqəddəs bayramlardan biridir. Hər il hicri təqvimi ilə zilhiccə ayının
10-cu günündən başlayır və 3 gün davam edir. Bayramda qoyun, qoç, inək, dana və ya dəvə kəsilir.
Qurban kasıb insanlara bərabər payda paylanılır. Bayram günü kasıblar və dilənçilər ac qalmamalıdır.

 

Qurban bayramınız mübarək. Bütün müsəlmanların bayramını təbrik edirəm. 

 


 


 

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 5)
Şərhlər: 5
Baxılıb: 6 380
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri