ffssll ilə müsahibəm

Müəllif: Narın Yağış
Şərhlər: 8
Baxılıb: 2 510
Səs ver:
(səs: 3)
1.Özünü Qadınlar.biz userlərinə təqdim et?
Adım Sevincdir
2.Neçə yaşın var?
19
3.Ailəli və ya nişanlısan?
Subayam hələ 08 
4.Həyat sənin üçün nədir?
Yaşadığım mühitdir sadəcə...
5.Gələcəklə bağlı planların var?
Əlbətdə. İlk öncə sevdiyim şəxslə ailə həyatı qurmaq, ondan sonra şəxsi biznesimin olması üçün çalışacam, inanıram ki, hər 2 istəyimə çataram. 128 
6 Nə üçün bu nik maraqlıdı mənim üçün?
Nikimin əvvəlindəki iki F hərfləri sevdiyimin adının baş hərfidi (Fərhad), S hərifləri mənim adımın baş hərifidir (Sevinc), L hərfidəki love mənasında yazmışam 08 
7.Ən böyük arzuna çatmısan?
Şükür olsun, Allahımdan bu günə kimi nə istəmişəmsə, xeyirli olanını nəsib edib. Arzular tükənmir və hamısı gec tez yerinə yetir, sadəcə hamısının öz zaman və məkanı var... 
8.Kiminsə yanında ağlayarsan buna pis baxmırsan ki?
Hər adamın yannında aglamıram. Əsasən kiməsə fikrimi çatdıra bilməyəndə əsəbləşib ağlıyıram 23 
9.Təsəvvür et ki Qadınlar.biz-in ziyafət gecəsinə dəvətlisən bu ziyafəti necə təsəvvür edirsən?
Ooooo çox maraqlı olar belə bir ziyafət təşkil olunsaydı 21 Xarici filmlərdə gördüyümüz kimi olardı yəqin, hamı öz geyimi ilə seçilərdi.
10.Xoşbəxtlik sənin üçün nədir?
Mənimçün xoşbəxtlik ailəmin, sevdiklərimin yanımda olmasıdı. 
11.Həyatda çox üzülmüsən yoxsa əksinə daha çox sevinmisən?
Dəqiq deyə bilmərəm, məcə 50-50yə...
12.Həyatdan bezmiş, acılarla dolu, ümidsiz bir insanın üzündə necə təbəssüm yarada bilərsən?
Deyib gülən insanam. İnsanları həmişə dinləməyi bacarmışam. Həyatdan bezmiş insana gələcəyinin gözəl olmasını, Allahın nəzərində olduğumuz üçün bizi sınağa çəkdiyini xatırladaram.
13.Sənə xüsusi status verilsəydi, necə adlanmasını istərdin?
Fotomodel 08 
14.Kim və ya kimlərdən örnək alırsan?
Heç kəsdən örnək almıram. Öz ağıl düşüncəmlə hərəkət edirəm. Kiminsə etdiyi hərəkəti, gözəl hərəkət olsada etmirəm. Qoç bürcüyəm, mənimçün dünyanın mərkəzi mən olan yerdi 08 
15.Qadınlar.biz də ən yadda qalan günün ?
Yay vaxtları daha çox yadımda qalıb. Gecə 3-ə kimi söhbət otagında danışırdıq.
16 Saytda tanış olduğun və realda dostluq etdiyin user varmı? Və ya hansı userlə istərsən realda tanışlıqın olsun?
Saytda tanış olduğlarım çoxdu, amma realda ünsiyyətdə deyiləm onlarla. Ən çox Zəhragülü ilə realda tanış olmaq istərdim, səmimi, ağıllı qızdı 20 
17.Səni hirsləndirən nəsə varmı? Nələrdir?
Məni bu həyatda hirsləndirən haqsızlıq, mənə deyilən yalandır. İki üzdü insanları heç sevmirəm!
18.Səncə hər şey qarşılıqlımı olmalıdır? Qarşılıqlı olması vacibdirmi?
Hər şeydə olmasa, bəzi şeylərin qarşılıqlı olması vacibdi. Məsəlçün, hörmət, sevgi, diqqət, qarşılıqlı olmalıdı.
19.Həyatda səni ən xoşbəxt edən şeylər nələrdi?
Sevdiyimlə keçirdiyim, əyləndiyim zaman çox xoşbəxt oluram 128 
20.Qadınlar.biz başqa saytlardan nəyi ilə fərqlənir?
Gözəl və rahat dizaynı var, xanımlara aid nə məlumatlar varsa rahat şəkildə tapmaq olur. Əsasən dəb, geyimlər haqda olan xəbərləri xoşlayıram. 
21.Gedəcək olanları geri qaytarmaqmı yaxşıdır? Yoxsa həyatına davam edib gələcəyə baxmaqmı?
Bir söz var. Birisi getmək istəyirsə getməyinə icazə ver. Geri dönərsə sənindi, dönməzsə heç vaxt sənin olmayıb!! Həmdə ki. Gidən gitmişdir, gitdiyi gün bitmişdir
Bən gideni diyilde, giden beni kayb etmişdir 08
Biri gedəndə kimsə onun üçün ağlayar, amma mən "Qismət" deyib həyatıma davam edərəm...
22.Bu userlər haqqında bir söz de
1.Narın yağış(moderator yəni ki mən)
Səni mənim qədər bezdirən yəqin olmayıb ki, musahibələrə mənidə al))))
2.Kasablanka (saytımızın aktiv useri)
Ünsiyyətdə olmamışam, xəbərlərə maraqlı şərhlər yazır.
3.Malis (Kasablankanın bacısı)
Kasablankanın bacısıı))))))) ancaq şərhlərindən tanıyıram
23.Qadınlar.biz userlərinə ürək sözlərin
Allah hamısının bəxtini gözəl etsin 128 
24.Suallarımdan bezmədin?
Əlbətdə yox)
25.Mənə sözün və ya sualın?
Təşəkkürümü bildirəm məndən də müsahibə aldığın üçün. Sualımda yoxdu)

Qeyd:
Kimin nə sualı olsa şərh vasitəsi ilə verə bilər

(səs: 3)
Şərhlər: 8
Baxılıb: 2 510
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri