Ayti86-ilə özümüzəməxsus müsahibəm

Müəllif: Miss_Oxatan
Şərhlər: 11
Baxılıb: 4 653
Səs ver:
(səs: 0)

 Salam əziz Qadınlar.biz istifadəçiləri.Bugün sizlərə mənim üçün saytın həm maraqlı,intellektual useri, həm də xanım kimi xanımlarından olan Ayti86 niki ilə müsahibəmi təqdim edirəm.Sizə desəm ki, bu müsahibə üçün Hollandiyanın Breda şəhərinə getmişəm inanarsız? :08: :08: 

-Salam Aytac necəsən?Mən səni müəyyən dərəcədə tanıyıram və haqqında müsbət fikirlərim var.Yəqin ki, saytımızda kimlər üçünsə də maraqlısan,bax, onlara özünü özünə uyğun tərzdə təqdim et.(ad,təvəllüd,bürc və s.)

 

 -Salam ezizim! Salam Qadinlar.biz saytinin gözel ve deyerli xanimlari. Özümü qisa teqdim edim, Adim Aytac, 1986ci ilin 21 fevralinda Gence seherinde anadan olmusam. Bürcum Baliqdir ve bu bürc menim butun xususiyyetlerimi birüze verir. Hal-hazirda ise Azerbaycandan çox uzaqda yasayiram.

 

- Bir insan kimi hansı cəhətlərin var ki onları sevirsən və hansılar var ki bir an öncə qurtulmaq istəyərsən?

 

 -Her insan kimi menimde müsbet ve menfi cehetlerim var. Sevdiyim: mehribanam, her kesle dil tapa bilirem ve çox yaxsi qarsimdaki insana qulaq asmagi ve yeri geldikde meslehet vermeyi bacariram. Sevmediyim: çox tez inaniram insanlara ve heyatimi açiq kitab kimi onlara teqdim edirem! Bir qurtulsam bu cehetimden yaxsi olardi.

 

- Kinli insansan yoxsa bağışlayıcı?

 

 - Hec kin saxlamagi bacarmiram, daha çox barisiga dogru hereket edirem. Hetta sehf qarsimdaki insanda olsa bele.

-Ailəlisən.Allah səni xoşbəxt etsin.Ailə sənin üçün nədir?Sən bir qadın olaraq ailəni mental dəyərlər çərçivəsindəmi inkişaf etdirirsən,yoxsa özünəuyğun öz arzuların,ya da avropa sayağı,müasir düşüncələr səmtindəmi istiqamət götürmüsən?

 

 - Çox sagol canim, BAHEM! Allah butun xanimlarimizi xosbext elesin, içinde de meni. Aile menim üçün HER SEYDIR!!! Ailem üçün her seyi ederem, amma özümü unutmadan. Hamisindan biraz desem? ))) Her bir semtin özüne mexsus müsbet cehetleri var ve biz heresinden biraz istifade edib özümüze uygun bir terz yaratmisiq.


-Bilirəm ki, sən tək evdar qadın deyilsən.Həm Anasan,tələbəlik və iş həyatın da var.Bunları bir arada necə bacarırsan əzizim?Təmbəl xanımlara bunu izah et ki,bəlkə kömək etmiş olasan.

 

Mence bu insanin daxilinden gelen bir sey olmalidir, esas istekdir. Allah Teala buyurub: senden hereket, menden bereket. Men demirem ki, buna asanliqla nail oluram. Xeyr, eksine çox çetindir amma imkansiz deyil. Esas istediyim, gelecekde övladlarimin analariyla her terefli fexr etmesidir.


- Çox təəsüflər olsun ki,hələ də cəmiyyətimizdə,köhnə fikirli insanlar var. Qadın oxumaz,ərə getdi işləməz deyirlər. Qızlarımızın çoxu da MaşAllah ər adı gəldi 11-ci sinifin bitməsini səbirsizliklə gözləyir, hələ çoxu da heç gözləmir, vaxtından əvvəl AKİ (Azərbaycan kişiyə getmək Universiteti)-yə sənəd qəbuluna başlayır. Deyirəm bəlkə öz intellektinlə,bir – iki kəlmənlə silkələyəsən onlari.


 - Allah seni güldürsün. Bir anliq AKI'nin heqiqi bir study olduguna inandim))). Men buna cahillik deye bilerem. Bizim mentalitetler, ay 18 yasim kecdi 'evde qaldim' qizlarimizi teessüf ki, çox geri qoyur ve bunun neticelerine gelecekde özleri qatlanasi olur. Qarsisini alan ilk növbede valideyinler olmalidir. Ne bilim, Vallah ne ekersen onu da biçersen.


- Səncə ailədə gəlin niyə işləməz deyirlər? Səbəb gəlinlərə etibarın olmamasından yoxsa sadəcə ər qısqanclığı,yada köhnə fikirliliyin olmasımı?

 

-  Mene ele gelir hamisi bir arada. Gelini çox vaxt evin is- gücünü görüb, neve dünyaya getirmekle qiymetlendirirler. Eli pul tutar özünden çixar, eve laqeyid yanasar kimi qorxular bürüyür aileleri.


- Qadın böyük qüvvədir deyirlər.Sənin aləmində qadın nədir?

 

 - Tam raziyam!!! Çünkü qadinin bacara bilecekleri o qeder seyler var, ana olmaqdan savayi. Esasende bizim qadinlar çox möhkem, ailecanli ve fedakar olurlar.


-Bilirəm ki, qərib ölkədəsən sən də. Cox qarşılaşmisan eşitmisən belə şeylər. Oralarda qadınlar azaddır,açıq saçıqdır, bizlərə xas olan utanmaq, ehtiyat etmək, abır-həya, böyük – kiçik yerı bilmə anlayışı onlarda yoxdur. Bizim mental dəyərlərlə yaşamadıqları üçün bizlərdən çox fərqlidirlər. Ancaq səncə niyə bizim kişilər evləndikləri Azərbaycan xanımında bunlar var deyə evlənsələr də, sərhəddi keçən kimi saydığım bu keyfiyyətlərin heç biri olmayan qadınlara üz tuturlar?

 

 - Sen yaman çetin suallar verirsen, baci. Bu deyerlerin bizim qadinlarda olmasi çox gözel bir seydir AMMA bizim qadinlar özlerini çox unudurlar. Bayaq qeyd etdiyim kimi, özlerini ere-usaga feda edirler. Bax, kisilerin bundan hec amma hec xosu gelmir. Qadin olan kes, özüne deyer vermelidir. Bir günde ev yigisdirma amma yoldasin eve gelende gözel görsen. O qadinlara bilirsen niye üz tutulur çünkü onlar kisilerin basinda pervane olub, SENI SEVIREM'den basqa hec ne demirler. Buda kisinin xosuna gelir. Onu da qeyd edim ki, ele kisiler var ki, ele evvelceden qani pozuqdurlar. Bunun qadina dexlisi yoxdur artiq.


-Xəyanət nədir? Səncə xayanət görən qadının özündəmi səhv olur ki, əri "sağa-sola” gedir? Niyə bağışlayır qadınlar xəyanəti? Səncə də qadının xəyanəti bağışlamağı acizlik, vaxtında oxumuyub ərə getdi deyə əlacsızlıq, yoxsa mentalitet dəyərlərin qurbanı (boşansam o nə deyər,bu nə deyər) olmasındandır?


 - Xeyanetin ne oldugunu bilmirem, bilmek de istemirem. Amma aci olmasi gerek! Bizim qadinlarda hamisi var bu saydigin elametlerin. Esas ise fedakar ana, 'usaqlarimin atasidir' ilk agila gelen fikirdir. Azerbaycanda çox çetindir, bosandiqdan sonra özüne yeni bir heyat qurmaq. Avropada ise çox normal qarsilanir, her kes dostcasina öz yoluna davam edir yeniden evlenir, usaqlari ise hefte içi bölüsürler.

 

-Kişilərə münasibətin necədir?Səncə əsl kişi pul qazanan,səhər işə gedib axşam evə gəlməlidir yoxsa kişilərdə görmək istədiyin başqa xüsusiyyətlərdə var?

 

 - Kisi ne edirse ailesi üçün etmelidir. Isden sonra ise dostlariyla deyil heyat yoldasi ve usaqlari ile vaxt kecirmelidir ve onlarla ilgilenmelidir. Sexsen men hefte sonlarini sebirsizlikle gözleyirem, çünkü bu 2 gün boyu bir yerde olmaq demekdir. Ne is, ne ders, ne mekteb. Her seyden azad!

-İslamda qadinimiz Qadına çox böyük qiymət verib. Ancaq kişilər bundan öz cahil başlarına uyğun tərzdə istifadə edir. Məsələn kişilər var ki,Peyğəmbər də (s) çox arvadlı olub deyərək bu fikri əldərəhbər tutub 3-4yerdə eşqbazlıq edirlər. Daha deyən yoxdur ki, Peyğəmbər Namaz qil da deyib, yaxşılıq et də deyib və.s.Yəni nə sərf edir onu götürüb əməl edirlər. Həm özlərini hörmətdən salırlar həmdə qadını qadın düşməni edirlər. Özlərinə isə ALLAH qarşısında günah qazandırırlar. Bax,elə bil ki, tribunadasan ve qarşında da belə kişilər var, Nələrrr deyərsən elələrinə?

- Her kes öz günahlarina cavabdehdir. Bele kisilere nifret edirem, özlerine gerek olanlari seçib, olmayanlari ise bilmemis kimi hereket edirler. Sualim olardi, Mehemmed Peygember'i (s.a.v) özlerine bele nümune götürürlerse, niye ele özlerine haqq qazandirmaq üçün arvadbazligi seçirler?

-Bir qadın kişini nələr etsə tam xoşbəxt edə bilər. Əgər fədakar olsa o zaman qadın özü də xoşbəxt ola bilməz axı. Çünki özündəki bir cox xüsusları fəda edir.

 

 - Özü olaraq, özü qalaraq. Men demirem, her mesele de buynuz-buynuza durulsun. Her seyin öz yeri var, esas odur ki özünü ezdirmeyesen, çünkü kisilerin aciz qadindan ilk baxisda xoslari gelse de, heyat davam etdikce bu baxis acilari mütleq deyisir. Bu halla cox vaxt birinin ali-tehsilli, o birisinin ise olmayanda da qarsilanir zaman kecdikce kisi ozunu daha cox inkisaf etdirir edukatif cehetden ve qadini beyenmemeye baslayir. Usaqdan, ev isinden basqa mövzulari olmur söhbet etmeye.

 

-Sevgi nədir? Sevib ailə qurmusan yoxsa ailə məsləhəti ilə? Sevirsənmi həyat yoldaşını?


- Sevgi en gözel duyqudur. Sevgi, O insani hemise yaninda görmek, hiss etmek arzusu ve Ona su ve hava kimi möhtac olmaq demekdir. Beli, sevib aile qurmusam. Ailelerin razi olmasi bu isi daha asanlasdirib, elbette ki. Çox SEVIREM canimi ve günü günden sevgim daha böyüyür. Evvel usaq kimi idik, indi ise münasibetimizde böyüdüyümüzü görürem. Bele seyleri insan esas çetin günlerinde bir birinden aldigi destekden hiss ede bilir.


-Həyatda xoşbəxtlik anlayışı varmı?Yoxsa xoşbəxtlik 10 hərfdən ibarət nələrəsə stimul verən bir sozdür? Özünü xoşbəxt qadın hesab edirsənmi?

 

 - Allah bütün qadinlarimizi xosbext etsin, içinde de meni. Mence insanlar herden xirda seylerden razi olub, özlerini xosbext saya bilmirler. Gözleri her zaman yuxarilarda olur, bax oda el çatilmaz olanda, Türkler demis 'hayal kirikligina ugrayirlar' ve özlerini bedbext sayirlar. Mence xosbextlik, ilk önce saglam olmagimizdir! Varli olub, xeste olandan sonra ne çare? Ikincisi ise ailenin, sevdiklerinin senin yaninda olmasidir. Son olaraq da, özün üçün basini sallayib yasayasi bir evin olsun hardaki sevdiyinle yasayirsan. Bax, men xosbextliyi burda görürem.

 

-Bizə bir az Analıqdan bəhs et. Necə bir anasan? Cənnət Anaların ayaqları altındadır,sən cənnəti ayaqların altında görürsənmi?

 - Analiq qadina verilmis en gözel bir duyqudur. Allah bütün qizlarimiza bu hissi qismet etsin, elece de sene bacim. Men ana olaraq çox sadeyem, çalisiram çox qadaganlar qoymayim, usagi sixmayim. Me'lum meseledir ki, usaga bir seyi qadagan qoyanda psixi olaraq daha da cehd edir onu etmeye. Oglumla çox danisiram, indiki dövrün usaqlari basqadirlar. Böyük adam kimi ele qulaq asir, sonra da "öz fikrini" mene söyleyir. Çox hediyyeler alib, onu simartmaq istemirem ve bunu da nenelere, babalara da demisem. Amma bele baxanda, menim kimi anaya SOFT deyirler, yeni heddinden artiq yumsaq. Ne bilim, gelecek gösterer bugünün behresini.


- Anidən ürəyimdən bu sual keçdi,soruşacam, ama tam səmimi cavab ver.Ananı daha çox sevirsən yoxsa övladını?ALLAH elemesin seçim qarşısında qalsan hansını seçərsən?Ana ya övlad?

 

 Yene çetin bir sual! Buna sadece politik bir cavab vere bilerem, ANAM olmasaydi MEN olmazdim, men olmayanda da OGLUM'da olmazdi. Ikisinede sevgim sonsuzdur. Allah, meni heç vaxt seçim qarsisinda qoymasin InsAllah!


- Musiqiylə aran necədir, hansı stil musiqilərə qulaq asırsan və özünü hansı musiqidə tapırsan?Mümkünsə həmin musiqini ifa et bizə.

 

- Çox yaxsi, musiqini çooox sevirem. Uzun yol gedende (tek) mütleq qulaqliqlarimi taxib, musiqi dinleyirem. Sadece ve sadece ritmik mahnilar. Hezin mahnilarla heç aram yoxdur, güne enerjili baslamaq isteyirem. Esas xarici ve Türk mahnilarina qulaq asiram, arada xosuma gelen Azerbaycan mahnilari olanda onu da dinleyirem. Hal hazirda Elnurun "Serin geceler" mahnisini çox dinleyirem.


- İnsan birdən tək qalmaq istər. O sırada hərə bir işlə məşğul olur. Mən məsələn, xoşagəlməz olaylar yadıma düşəndə, ya nəsə pis bir şey olanda, üzücü xəbər eşidəndə tək qalıb ağlıyıram,ya da elə belə tək qalmaq istəyəndə ya kitab oxuyuram, yada musiqiyə qulaq asıram. Bəzəndə çoxlu şkalat yeyirəm. Sən nələr edirsən?

 

 Mende eynen senin kimi, aglayib içimi rahatladiram. Sonra ise ritmik musiqiye qulaq asiram yada balacam menim onsuzda basimi qatir, butun fikirlerimi dagidir. Kitab oxumaq öz yerinde, axir vaxtlar bedii kitab oxuya bilmemisem. Sadece leksiyalar/imtahanlar üçün ne gerekdir onlari zorla çatdiriram oxumagi.

 

- Gəl dedi qodu edək. Qaynana baldız varmı? Necə dolanırsan onlarla? Yola verirsən yoxsa mehribançılıqdır?


 - Qayinanam ve qayinim var, baldiz yoxdur)). Allah sukur, çox mehriban dolaniriq. Ayri yasayiriq, her gün zenglesirik (saatlarca) amma 2 hefteden bir görüsürük, aradaki mesafaden dolayi. Evveller çetin start versek de, getdikce her kes bir-birini tanidi ve her sey öz yoluna düsdü.


-Qonaqpərvər xanımsan?

-  Beli, amma ne yalan deyim burda ilde 1 defe eve 'qonaq' gelmir hec. Anamgile, qayinanamgile biz gedirik. Ele orda hami bir arada görüsürük. Basqa hemyerlilerimiz ile ise sadece meclislerde rastlasiriq. Ele belesi yaxsidir, gözden iraq olanda camaat senden danismaga söz tapmir)) Mühim olan, ailelerimizdir onlarla da hemise elaqemiz var.


-Özünü bir cümləylə ifadə et.


-  Özüne güvenen, ailesini seven ve her etdiyi her isin mükemmel olmasini isteyer bir xanim.


-Zahiri görünüşünü bizə təsəvvür et.

 

-  Boyum 169, cekim 59 kg, saclarim qara ve uzun, gözlerim kameliun (nece yazirlar Azerbaycanca deqiq bilmirem), ince fiquram var, ayaqqabi razmerim 38))

 

-Qadının plastik əməliiyat etməsi doğrudurmu səncə? Məncə doğru deyil, heç bir həkim ALLAH qədər nə zövqlü olar nə də gözəllik verə bilər.


-  Orasi eledir, amma bezi zamanlar olur ki, qadinda zahiri görnüsü ele derecede kompleks yarada biler ki, artiq o gündelik heyatda özgüvenini itirmesine getirib çixarsin. Yada qezayla bir is bas verende, deyisiklik bas vere biler sifetinde. Men pis baxmiram, amma bizim senetçiler kimi günde bir sey eletdirmeye ehtiyac yoxdur.

 

-Dinimiz İslama münasibətin? İslam haqqında fikirlərini paylaş. Birgün hicab əhli olub dindar olmaq istəyərsən?


 -Bu ölkeye gelib düsen bir günden, Efqan bir aile ile tanis olduq. Rusca danisa bilirdiler ve meni onlarin namaz qilmasi çox celb etdi, hemde Ramazan ayina tus gelmisdi. Maraqlandim ve mene teklif etdiler ki, sende öyrenmek isteyerdin? Elbette, dedim. Çox sagolsunlar, savab qazandilar mene öyretdiler namaz qilmasini, mende öz növbemde bütün aileme basa saldim nece qilmaq lazimdir. Sukur bu günümüze, bizi hemise düzgün yolda saxlayib Allah sevgisi. Hicab taxmaq isterdim, amma buna özümü hazir hiss etmirem. Heleki, Avropada artiq hicab taxanlara/müselmanlara heç de yaxsi münasibet beslemirler bütün bu terrorist olaylarindan sonra. Hemde menim oxudugum bölmede, yeni sudda is zamani hicab taxmaq qadagandir.


-Bir müsəlman qadının başqa dindən olan birinə ərə getməsi doğrudurmu səncə? Məncə doğru deyil, insan sevdiyi çalan havaya oynayar deyirlər, ancaq ən böyük sevgi ALLAH sevgisi olmalıdır ki, O da bunu etmə deyir.

 

- Burda ele mutlikultura var ki, artiq her kes bir-birine qarisib. Hec kes fikir vermir, kimdir, necidir, dini nedir ve saire. Amma ele müselman qizlar var ki, evlenmeden evvel sert qoyurlar ki, oglan da islam dinini qebul edib, üzürlü hesab edin, sünnet olunsun. Sadece o vaxt evlenirler. Ele Az qizlarimiz var ki, Afrikali ile, Holland ile, Çinli ile aile qurublar ve özleri üçün yasayirlar. Her kesin günahi öz boynuna.


-Ən son oxuduğun kitab hansıdır?

 

-Bayaq qeyd etdiyim kimi, son zamanlar sadece leksiyalara aid olan study kitablari oxuyuram. Absolutno, bos zamanim olmur ki nese basqa bir kitab oxuyum.


- Xüsusi bir istedadın, qabiliyyətin var?

- Evlenmemisden evvel, çox gözel hörgü isleriyle mesqul olurdum. Qardasim üçün çox gözel papislar, jiletler, papaqlar, sarflar hörürdüm. Indi ise bele islere artiq vaxtim yoxdur. Hollandlarin yaxsi bir meseli var, deyiler Her bir deqiqem Qizildir)))


-Bir qadın kimi özünü zövqlü hesab edirsənmi? Makyajla münasibətin necədir? Hansı stildə geyinirsən? Ümumiyyətlə özünə baxımlı xanımsan?

 

- Heddinden artiq çox. Debden hemise xeberdaram, makiyajim öz yerinde. Abartili makiyaj sevmirem, bu heç menim ne xasiyyetime nede tehsilime uygun deyil. Amma baximli olmagi çox sevirem. Stilim deyisir, baxir hara gedirem. Ise ve uniye basqa stilde geyinirem chem meselen sehere cixanda. Biraz klassik, biraz street-style, stilleri qarisdirmagi çox sevirem. Kolbertlerden, inanilmaz çox istifade edirem çünkü hetta jeans'le kolbert ve stiletto ayaqqabi geyinsen yene de o sene seliqe qatar.

-Gözəllik 10-dur, 9-u dondur,bəs 1-i nədir?

 

- Biri ise, insanin içinden gelen ve üzüne vuran positif enerjisi.


-Qadınlar.Biz, bu xanım xatın sayta necə oldu gəldin? Səncə hər şey qaydasındadır saytda yoxsa iradların var?

 

- Basimdan xosa gelmez bir situatsiya kecmisdi ve bu haqda internetde informasiya axtarirdim, ele hemise holland saytlarinda google'dan nese axtariram. Fikirlesdim belke Az-dilinde axtaris edim ve bu axtarisim meni Qadinlar.biz saytina gelib cixardi. Ilk 2 hefteni sadece oxuyurdum, sonra ise maragim atdi ve mende qeydiyyatdan keçdim. Ne yaxsi ki, keçmisem ve bele gözel insanlarin ehatesindeyem. Iradim yoxdur, sayt çox deyisib yaxsiliga dogru. Sükani bele saxlayin))


- Saytda sənə ən yaxın user kimdir?


- Buda çetin sualdir! Zaman-zaman ele yaxsi qizlarla tanis olmusam ki, heresinin öz yeri var menim üçün. Hamisinin xetrini çox isteyirem. Dostluq siyahima baxanda kimlerle yaxin oldugum özünü birüze verir)) Dostlarinla çat ede bilmek bunu daha da asanlasdirib. Onu da qeyd edim ki, her kesle basqa mövzülari bölüsürem.


-Status üçün saytdasan, bəyəndiyin üçün yoxsa vaxt öldürmək üçün?

 

- Sadece beyendiyim üçün. Status üçün saytda olanlari ise qinayiram, sen eger maraqli bir werh yaza bilmirsense mövzuya uygun, TWK, Hmmm ve Oxumadim kimi werhleri yazmagin ne menasi var? Her halda bele userlerin, bu müsahibeni oxumaga hövselesi çatmaz)))


-Kimlərin şərhlərini ən çox oxuyursan?

 

- Seninle tanisligimiz, ele senin maraqli serhlerinle elaqeder oldu. Bu saytda seni qeder mövzuya uygun olaraq UZUN serh yazan, basqa user tanimiram)) Hemise scroll edib, senin serhini axtariram her xeberde. Amma tanimadigim userlerinde fikri mene maraqlidir deye, global oxuyuram.

 

- Saytda ən əməkdar istifadaçi (xəbər müəllifi), və ən əməkdar şərh müəllifi kimdir? Maraqlı şərhlər yazan.

 

- Xeberlerin çoxunu fikir verdiyim qeder Ayten Melek ve Anar Bayraqdar hazirlayir. Sagolsunlar, beyenirem xeberlerini. Ən maraqlı xəbər müəllifi mənimçün Wiyinka,Emekdar serh müellifi tituluna ise seni layiq görürem)))

 

-Bu 3 istifadəçi haqqında fikirlərin? 
1 Sabiwka
2 Barbi
3 Mammadov V.C.

 

- Heç biri ile elaqem yoxdur ve olmayibda. Barbi'nin hemise serhlerini oxuyuram, saytin kecmis istifadeçilerindendir.


-Uzun uzadı suallarımla bezdirmədim ki? Hansı sualım ürəyincə oldu, hansı sualı eşitmək istəməzdin? Ya da hansı sualı eşitmək istərdin ki soruşmadım?

 

- Serhlerin kimi normaldir da, verdiyin suallarin da uzun olmaliydi. Onlara semimi cavab vermek istedim deye, sende möhlet aldim. Bütün suallarini beyendim, vermediyin sual qalmayib ki)) Ana ve övlad arasinda seçim sualini esitmek istemezdim.


-Qadınlar.Biz xanımlarına sözün, tövsüyələrin…

 

 

- Allah sizi saglam ve xosbext elesin, sevdiklerinizle birlikde. Seven qizlarimizda xeyirlisi ile öz sevdiklerine qovussunlar InsAllah.

 

-Mənə sualın varsa buyura bilərsən. Eyni zamanda da iradın.

 

- Çox sagol ki, bu qeder vaxt serf edib bu müsahibeni mehs menim üçün hazirlamisan. Mende eyni zamanda, buna layiq olmaq üçün semimi cavablandirmaq istedim suallari. Yaxsi ki, seninle tanis olmusuq ve söhbetimiz bu qeder tutur)) Üreyindeki en böyük arzunun ne oldugunu bilirem, Allah seni muradina çatdirsin. AMIN!


-Sən də çox sagol ki, təklifimi qəbul edib musahibə verdin gözəlim. Sən cox istədiyim, şərhlərini oxuyub fikirlərinə hörmet etdiyim xanımlarımızdansan. Sənə həyatda qadını nələr xoşbəxt edə bilərsə onları yaşamağı arzu edirəm. Sən güclü qadınlardansan. ALLAH səni ailənin, aileni, əziz və doğmalarını da sənin yanında bərqərar etsin həmişə. Hər şey ürəyincə olsun. Çox sağol.

 

Çox sagol, bacim. Bahem. Özümü yaxsi ifade etmeyi bacariramsa, ne mutlu mene. Müsahibeni oxuyub, oxumayan xanimlarimiza da indiden tesekkürümü bildirirem.

P S.Göründüyü kimi bu müsahibə alışdığımız suallardan,hətta cavablardan həm məzmunca həm də mövzu baxımından fərqlidir.Bu səbəbdən müsahibə geniş olduğu üçün zamanınızı digər müsahibələrə nisbətən daha  çox aldıq.Müsahibəni oxuyan hər kəsə zamanlarını bizə ayırdıqları üçün təşəkkürümüzü bildiririk.

 

(səs: 0)
Şərhlər: 11
Baxılıb: 4 653
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri