Yeni ildən istəkləriniz (daimi istifadəçilərin nəzərinə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 37
Baxılıb: 5 876
Səs ver:
(səs: 10)
Dəyərli saytımızın ondan da dəyərli xanımları. Əgər dırnağınıza lak çəkməməsinizsə, dırnaqlarınızı uzadıb yenicə manikür etdirməmisinizsə, ayaqqabı trendlərinə girişməmisinizsə, gəlinliklərə baxıb köks ötürmürsünüzsə, istədiyinizlə dalaşıb şəxsi ismarıc yerinə hücum çəkməmisinizsə, şərhi çoxaltmaq üçün xəbərlərə oxumadım (baxmadım) kimi rəylər yazmırsınızsa, o zaman diqqətiniz burda olsun... SÖZ DEYƏCƏM!  :islik:

Qarşıdan 2014-cü il gəlir. Yəni Yeni il gəlir... Bilirəm bilmirdiniz yeni il olmasını, öyrənmiş oldunuz. Sonra da deyirlər saytdan heçnə öyrənmirik  :komp:

Yeni ildən saytımızda hansı dəyişiklikləri görmək istərdiniz?
Məs.: Hansı statusların əlavə olunmasını istərdiniz?
Hansı mükafatların əlavə olunmasını istərdiniz?
Hədiyyələr yerində hansı tip hədiyyənin olmasını istərdiniz?

və bu kimi bir çox istəklərinizi buyurub burda qeyd edə bilərsiniz...

İki şeyi qeyd edim: 1) Saytda olan reklamlarla bağlı istəklər qəbul olunmur. 2) Şəkilli imza ilə bağlı istəklər qəbul olunmur...

Xəbərlərinin tez-tez yayımlanmasını istəyən istifadəçilərin nəzərinə:
Eyni tip xəbərləri ardıcıl göndərərkən artıq siz bilməlisiniz ki, sizin xəbəriniz tez-tez yayımlana bilməz. Bu səbəbdən passiv olan bölmələrə üstünlük verin. Xəbərlər bu ardıcıllıqla yayımlanacaq: Məs.: Aytən 3 geyim xəbəri, Narın 2 geyim xəbəri, Günay 1 geyim xəbəri göndərib. Cəmi 6 xəbər elə deyilmi? Ardıcıllıq isə bu cür olur: Aytən, Narın, Günay, Aytən, Narın, Aytən... İzahı başa düşməyənlər buyurub sual verə bilərlər.

Əlavə nə istək və sualınız olarsa, buyurun...
(səs: 10)
Şərhlər: 37
Baxılıb: 5 876
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri