Anonim məktub

Müəllif: Pure Love
Şərhlər: 12
Baxılıb: 4 220
Səs ver:
(səs: 6)
Mən bilirəm yazdıqlarımı oxuyanlar məni qınaq atəşinə tutacaqlar ama istəyirəm ürəyimi boşaldım. Uşaq vaxtı atam imkanlı adam olub, hər şeyimiz olub demək olarki, taki 8-ci sinifdə oxuyanacan. Ailədə 3 uşağıq, böyük bacım və balaca qardaşım var. Deməli bir gün, dərsdən evə gəldim, evin qapısına çatanda anamın ağlayan səsini eşitdim. Tez içəri girdim. Atam anamı döymüşdü. İşdən çıxartmışdılar deyə içib gəlib hər zamanki kimi hirsini anamdam çıxmışdı. Heç kim məni qınamasın, ama uşaq vaxtımdan atama nifrət edirəm.
Nəysə, çətin günlərimiz belə başladı. Məktəbdən odun pulu, yox kitab pulu və yaxud süpürgə pulu yığılanda atama deyirdim. Məsələn filan şeyə pul yığırıq, dava düşürdü evdə, deyirdi məktəbi çıxarana söyürdü, daş düşsün məktəbə, getməyin, guya oxuyub alim olacaqsız və sairə.
Bacımı imkanlı yerə ərə verdilər, guya ürəyi istəyən kimi rahat yaşasın deyə. Günü gün deyil, hər gün döyülür hər gün ağlayır, qardaşım desən kopya atam, yola getmirik, anam hər gün ağlayır. Ölmək istəyirəm :(
Anamı ağlayarkən görməkdənsə ölmək yaxşıdı. Maqazinə gedirdim, deyirdilər atanın flan yerdə saxladığı var, qonşuya Salam verirdim deyirdi atanı flankəslə filan otelə girəndə görmüşəm. İnanınki o şəxsiyyətin atam olduğu üçün utanırdım.Yola çıxa bilmirdimki yenə kimsə atamdan danışacaq. Evləndim, bir qızım var. ALLAH bütün balaları saxlasın mənim qızım da daxil olmaqla. İnanınki, anamın gözünün nuru oldu balam, onunla nəfəs alır, onunla yaşayır, gülür və mən buna çoox xoşbəxtəm. Çox xoşbəxtəm ki neçə illər sonra anamın üzü yenə gülür. O güləndə dünyalar mənim olur. ALLAHım səni başımızdan əskik etməsin canım anam. ALLAH bütün analarımızı qorusun. Olmayanlara da ALLAH rəhmət eləsin.
Cənnət analarımızın ayaqları altındadı.
(səs: 6)
Şərhlər: 12
Baxılıb: 4 220
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri