Ruzgargulum ilə tam səmimi müsahibəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 4 656
Səs ver:
(səs: 2)
1.Salam canım özünü Qadınlar.biz userlərinə özünə məxsus şəkildə təqdim et.
Aleykum salam canım adım Sevinc 20 yaşım var Bakıda yaşayıram ailəmlə birlikdə işləyirəm bağça müəlliməsiyəm özümdə nişanlıyam.
2.Doğum tarixin?
15.08.1995
3.Nə üçün məhz bu nik?
Bu niki çox sevirəm həmdə nişanlım rüzgarlı havada mənə evlənmə təklifi elədi
4.Doğum gününü sənə yaxın olanlar xatırlamayanda nə edirsən?
Onu deyim ki, canım bircə dəfə belə olub papamın yadından çıxmışdı ad günüm ondada qəlbim çox qırılmışdı ama səhərisi gün könlümü aldı hədiyyə olaraq bir dənə üzük bir dənədə sevdiyim böyük bir kukla alaraq könlümü aldı.
5.Sayta girəndə ilk tanış olduğun user kim oldu?
İlk tanışlığım saytda sevdiyim hörmət elədiyim xanımlardan biri Minə ilə oldu
6.Sevmək boş şeydi deyirlər hər şey unudulur zamanla. Bu fikirlə razısan?
Bəli razıyam sənin bu fikrinlə tam razıyam canım
7.Doğum gününüzdə sizə edilən ən yadda qalan hədiyyə nə olub?
Biraz açıq danışım canım mənım nənəmin və dayım qızının ad günlərimiz bir aydadı yəni avqust ayındadı dayım qızının 1 yaşı mənim 6 yaşım nənəmində 50 illiy yubleyi idi məhz həmin gün dayım mənə qızıl bilərziy taxdı indidə o bilərzik durur və mənim üçün ən yadda qalan hədiyyəm o oldu.
8.Kimlərdən örnək alırsan?
Böyüklərimdən ağsaqqalardan
9.İnsanlar vəfazısdır səncə yoxsa həyat?
Mənim fikrimcə insanlar vəfasızdır həyat gözəldir yaşamağa dəyər
10.Ən çox işlətdiyin aforizm və yaxud imza nədir?
Nə edirəmsə ALLAHın adını tutub edirəm dilimdən düşməyən söz ALLAHım və dualarımdı bu sözlər mənim üçün həm aforizimdir həmdə imzamdır 
11.İnsanları nəyinə görə fəqləndirirsən?
Elə insanlığına görə fərqləndirirəm
12.Daha çox xarici gözəllik yoxsa daxili?
Əlbəttə ki daxili gözəllik
13.Tamamilə səni ifadə edən mahnı var?
Bəli var bu mahnı - ağla kalbim ağla
14.Ən böyük arzun nədir?
Ən böyük arzum həyatda xoşbəxt olmaq və hər bir kəsə həyatlarında uzun ömürlər can sağlığı arzumdur
15.Hansı dilləri bilirsən?
Azərbaycan, türk, rus dilinidə öyrənirəm
16.Hansı ölkəni səyahət etmək istəyirsən və hansı ölkəni səyahət etmisən?
Heç bir ölkədə olmamışam səyahət etmək istədiyim ölkədə Moskvadı inşALLAH qismət olsa səyahət edəcəm
17.Xasiyyətin necədi ümumiyyətlə?
Xasiyyətim çox gözəldi hər bir insanla çox mehribanam hər kəslə səmimi kiçiyə kiçik, böyüyə böyük hörmətim öz yerindədi mənə kim nə yaxşılıq edirsə mən o insana min qat yaxşılıq edirəm istəmərəm kimləsə aramda problemim olsun.
18.Xarici görünüşünü bizə necə təsvir edərsən?
Deyə bilərəm ki, saçlarım qaradı gözlərimin rəngi göydü, sifətim biraz toppuşdu, boyum 1.64-dü çəkim isə 58-dir
19.Saytımızın ən diqqətcil və çalışqan useri kimdir?
Saytımızda diqqətçil və çalışqan userlər çoxdur ad cəkmək isdəmərəm ki, qızlar məndən inciməsin hər bir userlərə işlərində uğurlar arzu edirəm
20.Saytımıza ilk gəldiyində kiminlə tanış olmusan?
Sayta ilk gələndə Minə ilə tanış olmuşam
21.Mənə sualın varsa buyur və həmişə verdiyim sual məni necə biri olaraq tanıyırsan?
Sənə sualım yoxdur ama arzularım var ALLAHdan sənə gözəl ailə yaxşı taleh arzu edirəm. Sənə həyatda xoşbəxtçiliy arzu edirəm canım mənim məndən musahibə almaq istədiyinə və aldığına görə sənə sonsuz təşəkkürümü bildirirəm. İnşALLAH hər zaman yadda qalan olasan canım mənim.
22.Və sonda Qadınlar.biz userlərinə ürək sözlərin?
Qadınlar.biz saytımıza bol-bol uğurlar arzu edirəm. Hər zaman istifadəçiləri ilə birlikdə irəlidə olsun bizi özündən bir gün belə ayrı qoymasın.) Saytımızın idarə heyyətinə səbr arzu edirəm. İstifadəçilərə isə həyatda və saytımızda uğurlar arzu edirəm. İnşALLAH hər zaman üzlərindən təbəssüm əksik olmasın. Hər zaman saytda bir ailə kimi mehriban olaq. Və sonda canım sənə təşəkkür edirəm mənlə müsahibə götürdüyün üçün və sənədə həyatda uğurlar arzu edirəm...
Kimin nə sualı varsa şərh vasitəsi ilə verə bilərlər...
(səs: 2)
Şərhlər: 13
Baxılıb: 4 656
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri