30 aprel unutmadıq, unutmarıqda!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 065
Səs ver:
(səs: 1)
2009-cu ilin aprel ayının sonları idi.Hər bir təhsil ocağında olduğu kimi Azərbaycan Dövlət Neft Akademiyasında da tələbələr üçün adi bir gün idi.Amma onları nələr gözlədiyini bilmirdilər.O gün sadəcə bir nəfər onlarla tələbənin gələcəyini söndürdü,neçə insanı gözüyaşlı qoydu.Tək təsəlli elə bir caninin indi həyatda olmaması və cəhənnəm odunda yanmasıdır.
Həmin gündən sonra ölən məsumların yaxınları onlar haqqında çox şey danışdılar.ölən tələbələrdən birinin anası danışır ki,oğlum gecə saatlarla kitab başında oldu,nə qədər "yazıqsan,get yat,bala” deməyimə baxmayaraq "sabah imtahandır,mən ona hazırlaşmalıyam” deyə kitabdan ayrılmadı.
Amma Allahdan başqa kim bilə bilərdi ki,sabah o gənc həyat imtahanı verəcək.
Başqa bir valideyn isə deyir ki,oğlum işlədiyi üçün həftələrlə universitetə getmirdi.Həmin günün səhəri onu oyandırdım ki,dur get, imtahandır.Oğlum nə qədər durmaq istəməsə də,məcbur qalxızdım.Ay,dilim tutulaydı.
Həftələrlə dərsə getməyən bu tələbəni sanki məhz həmin gün əcəl çağırırdı.
Tələbələrin birinin valideyni-atası isə digərlərindən fərqli idi.O, neçə vaxt idi ki,övladının üzünə həsrət idi.Valideyn söyləyir:”Övladım oxumağa-şəhərə getdiyindən bəri onu gec-gec görürdük.Bu son iki ayda onu heç görməmişdik.Lakin imtahandan sonra evə gələcəkdi.
Səsi titrəyə-titrəyə bu cümlələri söyləyən ata hardan bilərdi ki,oğlunu bir daha heç vaxt görməyəcək.
Silah səslərini eşidən uşaqlar əvvəlcə buna inanmadılar.Çoxu bunun səbəbini öyrənmək üçün otaqdan çölə çıxırdı və oradaca öldürülürdü.Yuxarı mərtəbədəki tələbələr aşağı düşə bilmədikləri üçün çıxış yolunu pəncərədə göürüdülər.Oğlan tələbələr əvvəlcə qızları aşağı endirir,sonra özləri düşməyə cəhd edirdilər.
Tələbələrin dediklərinə görə qrup yoldaşlarından biri çox qəribə şəkildə xain qatil tərəfindən öldürülmüşdür.Belə ki,bir dəfə universitetdə keçiriən səhnəcikdə həmin tələbə rol almışdır.Roluna görə o öldürülməliymiş və o, uzaqdan başına vurulan zərbə ilə rol gərəyi ölmüşdü.Və həmin gündə məhz onun ölümünə səbəb uzaqdan başına tuşlanmış güllə olmuşdur.
Göründüyü kimi həmin qatil qurbanlarını əsasən oğlan seçirmiş.Təsdüfi deyil ki,insanların bu işə səbəb kimi terroru göstərirlər.Bəlkə də qatil bu gənclərin gələcəyin əsgəri olduğunu bilə-bilə onlara qıyırmış.Öz millətini öldürən bir insan azərbaycanlı,əsası müsəlman ola bilməz.
Adicə həyatımızda kimdənsə zəhləmiz gedirsə,həmin insanın adını eşidəndə əsəbiləşir,get-gedə həmin ada a nifrət edirik.Mən də nə vaxt Fərda adı eşidirəmsə,əsəbiləşir və bu ada nifrət edirəm.
Allah o gün ölən tələbələrə.müəllimlərə,bütün insanalara rəhmət eləsin!
Məkanları cənnət olsun!
Fərda kimi insanları arzusuna çatdırmasın! AMİN!
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 065
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri