Tanıdım səni

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 2 336
Səs ver:
(səs: 0)
Salam Qadinlar.biz userləri bu günki lahiyəmizin qonaqlarini sizlərə  təqdim edirəm.
 
Aytən Mələk
1.Özünü Qadınlar.biz ailəsinə təqdim elə
2.Özün haqda yaz məs ( yaş,bürc, il,  ay,oxumaq və ya işləmək ,və,s)
3.Bir sitat(status,aforizm) paylaş
 
1. Bir çox insanın fərqli tanıdığı amma onların bilmədiyi tam fərqli insan.
2. Aytən 06.02.1989. Dolça bürcüyəm. İngilis dili müəlliməsiyəm.
3. Hər kəs ilk olmaq istəyir. İlk sevgi,ilk öpüş. Amma ilk keçicidir. Hansı ilk sizindir hələ də?
Amma heç kimin istəmədiyi son fərqlidir. Həyəcanla ilk tutduğunuz əllə deyil, inanaraq tutduğunuz son əllə girərsiniz məzara.
 
Narın yağış
1. Özünü Qadınlar.biz ailəsinə təqdim elə
2. Özün haqda yaz məs ( yaş,bürc, il,  ay,oxumaq və ya işləmək ,və,s)
3. Bir sitat(status,aforizm) paylaş

1. Salam əziz Qadınlar.Biz userləri məni elə Narın yağış olaraq tanıyın hələlik
2. 16 yaşım var. 2-ci qrupa hazırlaşıram. Ən böyük arzum ali məktəbə daxil olmaqdı. Tərəzi bürcüyəm. Ünsiyyətciləm, çooox səbrliyəm. Deyilənə görə mehribanam hər kəsnən dil tapmağı bacariram. Ürəyiyumşağam. Diqqətciləm hədsiz. Bəzi userlərin dediyinə görə özündənrazıyam. Belə düşünən userlər şərh vasitəsilə qeyd etsinlər zəhmət olmasa. Hədsiz qısqancam. Tez inciyənəm. Dinimə çoox bağlıyam. Bu qədər.
3. Bəyəndiyim sitatı yazım
Ağaca dayanma çürür.
Insana güvenme ölür
Aç ellerini Rabbine
Seni bir tek o görür...
 
ZuZu_1989
1. Özünü Qadınlar.biz ailəsinə təqdim elə
2. Özün haqda yaz məs ( yaş,bürc, il,  ay,oxumaq və ya işləmək ,və,s)
3. Bir sitat(status,aforizm) paylaş
 
1. Salam. Mən Mirzəyeva Nigar 25 yaşım Var. Bakı şəhərində anadan olmuşam.
2. Azərbaycan Beynəlxalq Universitetinin (Beynəlxalq Münasibətlər) fakultəsini bitirmişəm. Hal hazirda şirkətdə direktor müavini vəzifəsində çalışıram. Bürcüm buğa, ilim ilan - dir. Nişanlıyam çox xoşbəxtəm sevirəm həmdə çox sevilirəm. Şükürlər olsunki Allahın sevimli bəndələrindənəm bu yaşıma qədər arzularım arzu xəyallarım xəyal olaraq qalmayıb.
Bütün qadınlar biz ailəsinin xanımlarınada can sağlığı qadın xoşbəxtliyi arzu edirəm. Var olasınız.
Canım Aişəm sənədə uğurlar bütün həyatında, işlərində müvəffəqiyyətlər arzu edirəm.
3. Göz iki, qulaq iki, ağzımız isə təkdir
Çox görüb, Çox eşidib, az danışmaq gərəkdir.
 
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 2 336
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri