Canım arzum-aysunla tam səmimi müsahibəm...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 14
Baxılıb: 3 078
Səs ver:
(səs: 4)
1.Salam canım buyur özünü Qadınlar. biz ailəsinə təqdim elə.
Salam canım mənim adım Türkandı.

2.Neçə yaşın var?
Noyabrda 30 olacaq inşallah.

3.Təhsilin və məşğuliyyətin?
Xarici dillər universitedini bitirmişəm. Hələ ki işləmirəm məşğuliyyətim iki uşağa baxmaq:-)

4.Ümumiyyətlə ailən haqqında bizə məlumat ver.?
Yoldaşım birdə iki qızım. Allah heç birinin canına dəyməsin. Üçüdə mənim həyatımdı. Mən onlarla yaşayıram onlarla nəfəs alıram.
p.s:birdə bacımın iki qızı. Onları da demək olarki mən saxlamışam.

5.Saytda nəyi bəyənirsən və nəyi bəyənmirsən?
Saytımızı həqiqətən çox sevirəm. Bilmirəm fikir verən olub ya yox bir dəqiqə belə boş vaxt tapan kimi bu sayta girirəm. Ömrü uzun olsun saytımızın. Bizdə həmişə burda olaq:-)

6.Hansı xüsusiyyətindən qurtulmaq istəyərdin?
Çox xasiyyətim varki qurtulmaq istəyərdim. İlk əvvəl hər kəsi özüm kimi bilirəm-Ürəyitəmiz. Ona görə də insanlarda ikiüzlülük görəndə əsəbləşirəm və gizlədə bilmirəm əsəbiliyimi.
Birdə yazdığım kimi əsəbi olmağımdan.

7.Xoşbəxtsən və xoşbəxtliyi nədə görürsən?

Xoşbəxtəm özü də çox. Çünki dünyalar qədər çox sevdiyim və bilirəm ki məni canınnan belə çox sevən bidənəm var  gül kimi iki qızım var. Ən əsası yaxınlarımın və balalarımın canı sağdı. Məncə həyatda ən böyük xoşbəxtlik budu. Qalan şeylər düzələndi ALLAHın köməyi ilə.

8.Hansı ölkəni səyahət etmək istərdin?

Ən çox səyahət etmək istədiyim ölkə italiyadı. Ümumiyyətlə qədim tarixə malik olan yerləri səyahət etmək istərdim.

9.Qadınlar. biz saytıyla necə tanış olmusan?
Bidənəme flash kart yazırdım ki, maşında qulaq assın. Adın yazmıyacam bir  saytda  kənarda reklam  yerində  reklam ı gedirdi. Ordan götürdün. İlk  gündən də çox xoşum gəldi. Qeydiyatdan keçdim və indi burdayam. Yaxşıda ki, burdayam.

10.Cümləni  tamamlayın  etiraf edirəmki  men.............
Mən etiraf edirəm ki, bidənəmi dəli kimi sevirəm. O mənim həyatımda olmasa ölərəm. Hər gün işə gedə də Tanrıya onu qoruması üçün dua edirəm. Hər gecə yatanda da onu qoruduğu üçün şükr edirəm.

11.Bağban olsaydınız dərdiyiniz gülü kimə verərdiz
Dərdiyim gülü anama verərdim. Çünki anam mənim üstümdə çox əziyyət çəkib. Körpə vaxtı ayağımda sümük çıxığı olub. Anam il yarim məni gipsdə gəzdirib.
İndi mən də anayam və anaların uşaqlarını nə əziyyətlə  və  əziyyətə  baxmayaraq  böyük  sevgi  ilə  böyütdüyünü  görürəm artıq.  Ona  görə  də  cənnət anaların ayağı  altındadı.
p.s. atamı da çooooooxxx is təyirəm eeee

12.Sənə xüsusi status  verilsəydi necə  adlanmasını  istərdin?
Mən  niyəsə Xanım  statusunu çox bəyənirəm. Tanışlarım da çox vaxt mənə deyir ki, sənə baxanda əsl Azərbaycan xanımı gəlir göz önümüzə :-)

13.Qadınlar. biz saytı   başqa saytlardan nə ilə  fərqlənir?
Saytımız ilk əvvəl  rəhbər heyyətin xoş xasiyyətli olması ilə fərqlənir. Lap əvvəllər 6-7 il bundan əvvəl  bir  saytda  qeydiyyatdan keçmişdim. Rəhbərlik çox kobud idi. Userlərə yuxardan aşağı baxırdı.
Qızlarımız çox mehribandi. Allah hər birin xoşbəxt etsin. Amin!
Bir də oğlanlar yoxdu ən əsası.

14.Geyim tərziniz?

Onu bilirəm ki, hamı mənim zövqümü bəyənir. Nə tam sport nə də klassik geyinirəm. Yerinə və zamanına görə geyinirəm.

15.Qadınlar. biz saytında ən yadda qalan hadisən.
Ən yadda qalan  hadisəm ,, may ayının ənləri,, sırasında adımın olmağı. Həqiqətən o gün çox sevinmişdim.

16. Gələcək üçün  planlarınız?

Deyir bir iş görəndə heç vaxt plan  qurmayın. Çünki  şeytan nə  edib  eliyir o planı pozar. Allahın adıyla niyyət edin. Mənim də niyyətim inşallah uşaqlar bir az böyüsün işləməkdi. Bir də uca Rəbbimdən ən böyük arzum evim olsun istəyirəm. Dəbdəbəli yox şirin  və  ailəmlə xoşbəxt  ola  biləcəyim  bir  ev. Öz  evim , öz həyətim, öz  mətbəxim. Fikirləşdikcə  ürəyim  partlayır.

17.Nəyi  kimə  bağışlaya  bilməzsiniz?
Kinli  deyiləm. Sadəcə  çox küsəyənəm.  İnciyirəm  sonra  da  bağışlayıram.  Əsas odu  Tanrı bağışlasın  həmin  insanı.
Əvvəllər deyirdim ki, bidenem mənə xəyanət etsə heç vaxt bağışlamaram. Amma yaş artdıqca fikirləşirəm ku, onu hansısa ifadəmə  görə  üzr  istəyirəm  pozğuna  buraxmaqdansa  sevgimlə  yolundan  döndərərəm.

18.Ən  çox  işlətdiyiniz  söz  nədir?
Ən  çox  Arzu olmaz  sözünü  işlədirəm

19.Sizcə  insanlar  niyə  yalan  danışır?
Məncə ikiüzlü insanlar yalan danışır. Özlərini gizlətmək üçün.
Amma  bəzi  ağ yalanlar  var ki, o hamıda  olur. Mən də bidənəmlə görüşə gedəndə o qədər yalan danışırdım. Atamla eyni idarədə işləyirdik. Mən kadrlar şöbəsində işləyirdim. Qızlara deyirdim ki, atam gəlsə ya zəng eləsə deyin ki, nazirliyə məktub aparib. :-) Allah keçsin günahımdan.

20. Məktəb  illərin  necə  keçib  və  ən  yadda  qalan  hadisən  nə  olub.?
Məktəb illərimdə mənə keçi deyirdilər :-) gülən danışan, dərsdən qaçan :-) amma oxuyurdum daa.

21.Məndən müsahibə götürsəydin mənə hansi sualı vermək istərdin?
Məni çox istəyirsənnnnn :-)
Əlbətdə canım: Sən mənim gözəl bacımsan

22.Saytda dostun varmı?
Saytda var dostlarım var. Adların çəkmiyəcəm çünki birdən kiminsə adını çəkmərəm inciyər məndən. Başda sən olmaqla çox istəyirəm hamınızı.

23 Qadınlar. bizin ən səbrli və ən diqqətcil useri?
Səbrli deyərdim idarə heyyəti. Bu qədər useri səbrlə, incitmədən yola verirlər.
Diqqətcil sən canım mənim bir də canım sonam. Elə bir gün olmur ki, sən və sona ilə yazışmayam.  Aysu qızım xəstələndi demək olar ki, üç  gün sona da mənimlə narahat oldu. Öpürəm sizi canlarımmmm.

24.Hansı user saytı tərk etsə sənə pis təsir edər?

Çox istədiyim qızla r getsə çox  həm  də  lap  çox  pis  olaram

25.Sonda  mənə  və   qadınlar. biz ailəsinə  ürək sözlərin. Ümüd edirəmki müsahibəni bəyəndin canim.
Çox bəyəndim bidənəm. Sənə Tanrıdan əəəəənnnn  böyük  diləyim  tezliklə  sənə övlad payı verib sevindirsin.
Başda sən olmaqla hər birinizə  xoşbəxtlik, ailə səadəti, evinizə bol ruzi bərəkət  diləyirəm.  Hamilə bacılarım  var  Allahın köməyi ilə  inşallah  sağ  salamat  bəbişlərini  qucaqlarına alsınlar. Subay bacilarıma gözəl bəxt tale, nişanlı bacılarıma xeyirlisi ilə sevdiklərinə  qovuşmalarını, universitetə hazırlaşanlara ürəkləri istəyən fakultəyə qəbul  olmalarını,  əsgər yolu  gözləyənlərə  sağ salamat qovuşmalarını  istəyirəm Tanrıdan. Yadımnan çıxan olmadıııı.... :-) Xoşbəxt  olun  gözəllərim,  ürəyinizdə  nə  arzu  varsa  inşallah tez  bir  zamanda  gerçək  olar.  Aminnnnnn.  Öpürəm  hər  birinizi.
(səs: 4)
Şərhlər: 14
Baxılıb: 3 078
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri