Qızlar qaydalara əməl etmirik... Bir daha qaydalar haqda!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 6 515
Səs ver:
(səs: 1)
Salam Qadınlar.Biz saytının dəyərli istifadəçiləri. Azərbaycan internet məkanında ilk qadın saytı olaraq rəsmi qurum kimi Manşet MMC olaraq fəaliyyətə başladıq... Günü-gündən uğurlarımız, istifadəçilərimiz və saytın reytinqi artır.

Lakin istər yeni gələn, istərsə də saytımız ağbirçək xanımlarının nəzərinə xəbər göndərməkdə yol verilən bir neçə kobud səhvləri çatdırmaq istəyirəm. Ümid edirəm ki, bu yazımdan sonra belə səhvlərin sayı daha az olar:
1. Xəbər göndərərkən xəbər göndərmə yerində DİQQƏT!!! yazılmış hissəni oxuyun.

2. Xəbərin sonunda göndərdiyiniz mətni hansı saytdan götürmüsüzsə, o saytdan xəbərin linkini sona əlavə edin.

3. Xəbəri azəri şriftləri ilə göndərin! ə hərflərinin yerinə e, ı hərflərinin yerinə i, ş hərflərinin yerinə w yazmayın. Unutmayın ki, kiməsə sms yollamırsınız.
Sayta göndərilən hər bu tip xəbəri redaksiya düzəltsə, o zaman o biri xəbərləri kim hazırlayacaq?!
Əgər yenə də yaddan çıxıb bu şriftlərlə xəbər göndərmiş olsanız, xəbəriniz dərhal silinəcəkdir. Sonrasında isə bizlərdən deyil özünüzdən inciyin ki, saytdan düzgün bəhrələnmirsiniz.

4. Saytımızda bolluca faydalı və maraqlı bölmələr var. Amma nədənsə istifadəçilərimizin çoxu özlərini əziyyətə salmamaq üçün ancaq şəkillər göndərirlər...
Sual yaranır ki, məgər mətn qıtdığı yaranıbdır?
Qeyd: Şəkilli xəbərlərə senzuralar tətbiq olunacaqdır və böyük bir qismi silinəcəkdir... Kiməsə hansısa xarici aktyorun şəkilləri lazımdırsa, google-də axtarış etsin zəhmət olmasa.

5. Qadınlar.Biz qadınsal saytdı. Bu səbəbdən xanımların faydalana biləcəyi qadınsal xəbərlərə üstünlük verin. Mətbəx, gözəllik, hamiləlik, sağlamlıq və s. kimi...

6. Şəkilli xəbərlər göndərərkən uzunu və eni 300-dən az olmayan şəkillər yükləməyin. Həmin şəkillər silinir...

7. Başqa dillərdə xəbərlər göndərməyin. Tərcümə etdikdən sonra göndərə bilərsiniz.

Unutmayın: Sizin hər uğurlu xəbəriniz, hər uğurlu ideanız saytımız və saytımızdakı xanımlar üçün müsbət haldır.
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 6 515
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri