Bacım İSVEC DE ilə müsahibəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 2 562
Səs ver:
(səs: 1)
1.Salam bacım.Özün haqqında "Qadınlar.biz" ailəsinə ətraflı məlumat ver.
- Salam bacı. Adım Günay, 23 yaşım var, ailəliyəm. Hələki ana olmamışam. İnşallah qismət olar.

2.Haralısan bacım?
- Əslim Lerikdəndi.Yəni cenub zonasındanam.

3."Qandınlar.biz" saytına necə gəldin və saytımızdan razısanmı?
- Sadəcə mənə saç maskası lazım idi. Girdim bura, xoşuma gəldi. Gördüm ki, hamısı qadınlardı və gəldim. Sözsüz ki raziyam.

4.Birinci şərhin yadındadır?
- Hanısısa müğəninin toy şəkilinə şərh yazdım.

5.Bu sayta gələndə hələ heç kəsi tanımırdın yəqinki. Səninlə ilk kim münasibət qurmuşdu?
- Rahila çox sevdim o bacını.

6.Saytda kiminlə dostluq edirsən?
- Əslində hamı mənim bacımdır. Amma yaxın bildiklərim Çiniş yəni sən və Mədinə Yusif.

7.Biraz öz xarici görünüşün barədə bizə danışsan məncə hamıya maraqlı gələr.
- Çəkim 46kq (hamı güləcək) boyum 160sm. ALLAH boy vermiyibki. Sarışın və açıq yaşıl gözlü xanımam.

8.Səhfsiz insan yoxdur. Ən böyük peşmançılığını çəkdiyin səhfin?
- Əlbətdəki səhfim var amma olar yazmayım?..... Təbii ki, bu sənin seçimindir bacım.

9.Həyatına zövq qatan və yaşamağın üçün sənə daha çox dəstək verən kimdir?
- Əlbətdə ki, mənim əzizlərim və məni çox sevən heyat yoldaşım.

10.Yalanın ömrü neçə gün olur?
- 40 gün deyirlər. Mənim yalanımın ömrü heç 40 saat çəkmir.

11.Tək qalanda ən çox kim və ya nədən ötrü darıxırsan?
- Oyy sən mənim yaralı yerimə dəydinki ay bacı. Aana-atam və vətənim Azərbaycan üçün çox darıxıram.

12.Bu günü yaşadığın üçün şükr etdiyini bilirəm. Bəs sabaha hansı ümilərlə yaşıyırsan?
- Yenədə şükür edir, hər şey yaxşı olacaq deyirəm.

13.Namaz qılırsanmı?
- Mən uşaqlıqdan namaz qılan ailədə böyümüşəm və özümdə qılıram.

14.Həyatda ən çox güvəndiyin insan kimdir? Hər cəhətdən, əminliklə güvəndiyin bir insan varmı?
- Güvəndiyim insan var. Amma hər cəhətdən güvənmirəm. Çünki insanlara bütün varlığınla güvənmək olmur. Güvəndiyim dağlara qar yağıb bir zamanlar. Mən yalnız ALLAHA güvənirəm.

15.Həyatda tutduğun bu günkü mövqeyindən razısanmı? Nəyi dəyişmək istərdin?

- 50/50 bir çox şeyləri dəyişərdim. Əsasəndə kecmişimdə olan talehsiz talehimi.

16.Sənin güvənini necə qazanmaq olar?
- Bu zamanədə çox çətin.

17.Əgər sirr deyilsə ,yoldaşınla necə tanış olduğunu bizimlə bölüşə bilərsənmi?
- Bu gün həyatımın ən gözəl günüdü. Toyumdan 2gün öncə tanış oldum. Danışsam çox uzun olacaq.Sən bilirsən...

18.Özünüzü müstəqil ailə hesab edirsənmi?

- Əlbətdəki edirəm.

19. İnsanlarda ən çox önəm verdiyin xüsusiyyətlər hansılardır?

- Sadəliy və mehribanlıq.

20.Ən böyük arzun nədir?

- Ana olmaq. Bu arzum sonsuzdu. O günü böyük həsrətlə gözləyirəm.

21.Etiraf etmək çətindi? Bəs sən nəyi etiraf etmək istərdin?
- Bəlkədə pis çıxacaq, amma hər adamı sevmirəm, xoşlamıram.

22. Böyük bir sirin varmı?
- Bu elə bir sirdiki mən və ALLAH bilir heç kəsədə deyə bilmədəyim bir sirdi.

23. Qısqancsanmı?
- Vay vay qısqanclıq xəstəliyinə tutulmuşam, çarəm yoxdu.

24 Uşaq olmaq istərdinmi?

- Yaşa dolduqca həyatın çətinliklərini gördükcə uşaqlığımçün çox darıxıram.

25. Bir az xasiyyətindən danış.
- Çox şən birisiyəm, deyib gülmək mənim üçün gəlib.T ez küsən olmasamda bəzən adi bir şey məni çox qıra bilir, küsüb özümə qapanıram. Səsizcə çəkilib gedirəm. :29: Romantika mənlikdi, bayılıram romantik insanlara.

26.Həyatına qızıl hərflərlə yazılmış tarix olubmu? Belə deyək sənin üçün həyatının ən önəmli hadisəsi və unudulmayacaq tarixi?
- 2012-07-07 öz oyum. 2012-08-14 ailə qurduğum gün.

27.Qürbət ölkədə yaşamaq çətindirmi?

- Çətində sözdü, çox çətindi.(((

28. Bacım sualları bəyəndin?Səni suallarımla bezdirmədimki?
- Aaaa əlbətdəki bezmədim. Çox gözəl sualların oldu. Çoxu ürəyimdən xəbər verdi bacıcan.

29. Sonda isə mənə və "Qadınlar. biz" ailəsinə ürək sözlərin.
- Sənə qadın xoşbəxtliyi, həyatda laiq olduğun zirvəni fəth edəsən. Qadınlar. biz ailəsinə uğurlar və yeni-yeni maraqlı yeniliklər arzu edirəm.

Xoş sözlərə görə təşəkkürlər gözəl bacım.
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 2 562
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri