Mənim sevgi hekayəm layihə (Hekayə 10)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 5 375
Səs ver:
(səs: 13)
Salam gözəl və mehriban xanımlar bu dəfə yeni bir lahiyyə hazırladım
Bu lahiyyə sizlərin sevgi hekayələriniz olacaq
"Mənim sevgi hekayəm adlı bir layihədir
Xanımlarımız öz sevgi kekayələrin  yazıb mənə  şəxsi ismarcla göndərə bilər.
Bu dəfə gözəl xanımlarımızdan olan "Gülər19 nikli userimiz olacaq

Bizlərə öz hekayəsin danışacaq
Bizim sevgi hekayəmiz həqiqətən əsl sevgidi. heart Allahıma çox şükr edirəm ki alın yazıma belə gözəl bir insan yazıb. Deməli belə başlayım sizəde deməyə. Mənim yoldaşımın atası anamın dayısidı. Qızlar inanmayacaqsınız ama bizim sevgimiz mən lap uşaqkən başlayıb. 3 yaşım olardı məktəbdə şənlik idi. Məndə getmişdim yoldaşımda. Qaynanam müəllimədi. Qaynatam isə məktəb direktoru idi. Mən çox gözəl bir gəlinlik geyinmişdim. Birdən qaynanam məni gördü. Atama nə gözəl bir qızın var dedi oğlunuda çağırdı. Yoldaşım məndən 6 ay böyükdü. Uşaq idim əlimdədə qəşəng güllər 20 var idi. Yoldaşımın qoluna girdim və ikimizin şəklini çəkdilər bəy gəlin səkli kimi və illər keçdi. Yoldaşım bir gün şəklə baxar və anasından bu qız kimdi deyə soruşar anasıda başlayar yuxarıda yazdıqlarımı danışmağa. Hər gün şəklə baxarmış və bir gün mən anamla bir qohum xəstələnmişdi ona dəyməyə getmişdik 16 yaşım olardı qaynanamda gəlmişdi. Biraz oturduq anası buna zəng etdiki gəl məni apar. Maşınla gəldi. Küşədə mənim anamla bunun anası durub söhbət edirdi. və məni gördü fikri qalmışdi məndə. Məndə başa düşdüm və anama yaxınlaşıb gedək dedim. Yoldaşım məni artıq ürəyinə atmışdı hər gün məni fikirləşirdi. G hərfi olan bir boyunbağıda almışdı özünə. Ama yaşımız az idi deyə heçnə edə bilmirdi. Yoldaşım məktəb oxumağa getdi. Artıq 17 yaşım vardı. Məni bir oğlan istəyirdi. Sən demə o yoldaşımgilin qonşusu imiş. Toyda görüb bəyənmişdi məni. Hər gün elçilərini göndərirdi. Bizdə onları tanımadığımızdan cavab vermirdik. Bir gün qaynanam zeng edər və anamı qonaq çağırar. anamda gedər. Başlayar qonşularını tərifləməyə oğlunun məni istədiyindən xəbəri yox idi. Qaynanam deyərki nə fikirləşirsən qızını ver getsin yaxşı ailədi oğlan tərbiyəlidi nəbilim belə sözlər deyər. Anamda gəlib atama deyər artıq valideynlərimin fikrində hə cavabı var idi. Məndə valideynlərimin öhdəsinə buraxmışdım. Ama yoldaşımın məni istəməyindən xəbərim yox idi. Qaynanam yoldaşıma zəng edər. Tezliklə toy olacaq gələndə mənə təzə paltar alarsan da deyər. Yoldaşım soruşandaki kimin toyudu qaynanam birinci oğlanın sonra mənim adımı çəkər. Mənim adımı eşidəndə dəli olar və tez evlərinə gəldi. Valideynlərinə hər şeyi danışdı. Onlar eşidəndə şoka düşdülər. Qaynanam açıb hər şeyi danışar mənim sayəmdə o qızı verdilər deyər. Yoldaşım lap dəli olar. Təzədən anamı qonaq çağırar. və başlayar onları pisləməyə elə pisləyərki anam onlara zəng edər və məni vermədiklərini deyər. Qaynanam hər gün zəng edərdi o qədər zəng edərdiki artıq bezmışdim. Hətta telefonun şunulun da çıxardırdım. Nə biləydik bunun məqsədi var. Yoldaşımda qalmışdi səhərdən axşamacan küçəmizdə. Artıq hər şey yavaş yavaş başa düşülürdü. və bir gün harasa gedirdim yoldaşım qarşıma çıxdı məni sevdiyini dedi biraz danışdı və getdi. Şoka düşdüm nə edəcəyimi bilmirdim donub qalmışdım. İnanırsız sonra anama deyib atama demiyib ama hardasa görübmüş atamlada yaman görüşüb. Dədəm deyir şoka düşdüm bu kim idi belə gəldi evdə danışdı. Və bir gün oturmuşduq qaynanam gəldi xeyir işə gəlmişəm dedi. Anam atam qoy bir birilərin tanısınlar dedi. Mənə zəng etdi. Hər gün danışırdıq ona elə bağlanmışdımki onu çox sevdim məni nece sevdiyini danışdı. artıq məndə onu sevirdim həmdə çoooooox. və biz nişanlandıq. Böyüklərimiz danışdıki bunlar hələ uşaqdı toyu 2 ildən sonra edərik hamı razılaşdı. Ama yoldaşım evdə neyniyibsə inanırsız 2 ay nişanlı qaldım. Sentiyabrın 7 qız toyu 8 isə oğlan toyu oldu. Qızlar bilirsiz bu gün mənim ad günümdü. Çox xoşbəxtəm ki mənim alın yazıma ALLAH belə bir insan yazıb. Bir birimizi çox sevirik hara gediriksə hamı bizdən danışacaq elə bil təzə nişanlanıblar gör nə mehribandılar deyəcəklər. toy Artıq evliliyimiz 2 ilə yaxınlaşmağına az qalıb. Bir arzumuz var inşallah arzumuz ALLAHın köməkliyi ilə yerinə yetər. 128 Qızlar yoldaşım nişanlı vaxtı ad günümə bir şeir yazıb istəyirəm onu sizinlə bölüşəm.

Gülüm ad günün mübarək olsun...
Bu gün ayın 23-ü ad gününə bir gün qalıb
Sevinirəm mən ürəkdən ad gününə bir gün qalıb
Sevgilim ay gülüm Gülərim canım
Sənin ad gününə düz bir gün qalıb

Səni sevən anda mənimçün ALLAH
Bəxş etmişdir səni böyük cahana
Həyatım ad günün həm əziz olsun
Gülərim ad günün gülər üz olsun

Qohumun dostların yaxının sənə
Desinki ad günün mübarək olsun
Mən isə həmin vaxt deyəcəm sənə
Ay gülüm Gülərim həyatım canım
Sənin bu şad günün mübarək olsun

O gün olsunki sən ad gününü
Mənimlə bir yerdə şad qeyd edəsən
Mən sənə deyimki həyat yoldaşım
Bu günkü ad günün mübarək olsun. urek
(səs: 13)
Şərhlər: 10
Baxılıb: 5 375
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri