Qadınlar.Biz qızlarının arzuları

Müəllif: tek umidim sen
Şərhlər: 17
Baxılıb: 3 592
Səs ver:
(səs: 1)
gullu18
Mənim bu deqiqə ən böyuk arzum sağ salamat əsgər həyat yoldaşıma qovuşmaqdı.

Rufush Aliyeva
Həyatda yaşayan hər bir kəsin arzuları, istəkləri, xəyalları gözlədikləri vardır... Kimiləri bu xəyalların nə vaxtsa reallaşacağına inanar, kimilərinin heç ümidi belə olmaz... Kimiləri arzularının həyata keçməsi üçün çalışar, cəhd göstərər, keçən hər dəqiqə o arzusuna dahada yaxınlaşa bilmək üçün çalışar, düşünər, bəlkə gecə yatmadan öncə xəyal qurar o arzusunu necə reallaşdırmaq barədə fikirləşərkən yuxusuna haram qatar... Kimiləri isə heç bir cəhd göstərmədən qismətin üstünə atarlar "Qismətdirsə olacaq" deyərlər..."Ən böyük arzum nədir?" sualına birmənalı olaraq "Cansağlığı, xoşbəxtlik cavabını verərəm. Canım sağ salamatsa və xoşbəxtəmsə demək bütün arzularıma nail olmuşam deməkdir  Yeri Göyü Yaradan Rebbim hamınım Arzusun çin et inşALLAH.

BARBI

Ən böyük arzum xoşbəxt olmaq.

Svetoklana
Ağiz ağrın alımmmmmmmm......Mənim ən böyük arzum sevdiyimə qovuşmağdı dayna.Boyyyy

Ela

Arzularım çoxdu hamı kimi ailəm haqda sevdiylərim haqda,amma ən böyük arzum gələcəkdə xoşbəxt,sevgi dolu, ailəyə sahib olmaqdı beə zəmanədə xoşbəxtlik çətin tapılan 1 şeydi onu tapanda da gərək sahib çixasan qorumağı bacarasan,1 insan urəkdən istəsə hər şeyi mükəmməlləşdirə biər ancaq mükəmməl 1 ailə formalaşdırmaq hər kəsə nəsib olmur.

arzum-aysum
Həyatda arzularım və istəklərim çoxdu. Tanrıma şükürlər olsun bu günə qədər nə arzu edib Ondan istəmişəm verib mənə. İndi də ürəyimdə olan ən böyük arzum evimin olmağıdı. Öz evim- dəbdəbəli deyil içində xoşbəxt ola biləcəyim, ailəmlə , sevdiklərimlə gözəl günlər keçirə biləcəyim şirin bir evim. Tanrıma əl açıb bütün qəlbimlə ondan diləyirəm, ondan istəyirəm. İnanıram ki, az qalıb Tanrım səsimi eşidəcək.
Bacılarım hər birinizin ürəyində nə arzunuz varsa Tanrımın gerçəkləşdirməsini diləyirəm.

kespixo
Məktəb vaxtı ən böyük arzum inistuta qəbul olmaq idi.Amma ailə həyatı qurduğum ücün arzum gercəkləşmədi.Ailə qurdum gözəl övladım canıim dünyaya gəldi.İndi ən böyük arzum balam üçün gözəl həyat şəraiti qura bilmək ailəmlə xoşbext olmaqdır.İnşallah birdə qismət olsa canım və balamla öz şirin evimizin olmasıdı.

_Mira_Yaman_
Mənim arzularım çoxdu..İlk öncə valideyinlərimin və qardaşımın sağlamılığı yanı heç vaxt onlara heçnə olmasın mənim arzumdur...İkinci və ən böyük arzum UNİ-yə girməkdi inşALLAH ALLAHım qısmət edər..Amin...Üçüncü arzum isə gələcək arzularımdan biridir yani sevdiyim insanla xoşbəxt olmaq istəyərəm təbii ki bu bütün qızların arzusudu..Allahım xeyirlisindən edər inşALLAH..və inşALLAH qardaşım sağ-salamat əsgərliyini çəkib gələr Amin ..Bəlkədə fikirləşərsizki nə çox arzun var ama mənim arzularım bunlardı amma ən böyük arum dediyim kimi UNİ-yə girməkdir. ...Bu qədər

KRALİCEM
Hər kəsin bir arzusu var.Mənimdə ən böyük arzum Kərbalaya Məkkəyə getməkdi. Yoldaşim söz veribdi insAllah aparacaq. Arzusunda olanlara qismət insAllah.

ece uslu
Ən böyük arzum ,əlbəttə ki, birinci xoşbəxt olmaq sonra isə maşınımın olması. Maşın sürməyin xəstəsiyəm.

ISVEC DE

Ən böyük arzum ,əlbətdə ki, ANA olmağ. Və bakıdə öz evimin olması...

feride 23

Əslinde arzularım çoxdu yəni arasında ən böyük olanın secə bilmirəm.Düzdü ən çoox Türkiyəyə getməyi arzulayıram.Böyük arzularımdan biri də qəribə də olsa bu dünyada yox axirətdə gercəkləşməsini istəyirəm.İnşAllah olar.

Yusifim

Ən böyük arzum-uşaqlarımın üçünüdə sağlam, ali təhsilli, xoşbəxt görmək.

suzana
Xəyallar arzular hər kəs bunları qurur və onlara çatmaq üçün əlindən gələni əsgəmir təki arzusuna çatsın tək nə olursa olsun o arzuya qovuşsun ama əl çatmaz arzu əlçatan olanda adiləşir əvvəlki marağın itirir ondan sonra yeən bir arzu istəyirk
məndə elələrindənəm arzu qurmağı onlarla yaşamağı çox sevirəm mənim ən böyük arzum nə olub? ən böyük arzum Ali təhsil almaq olub o mənim qarşımda hədəf olub mən ali təhsil almalıyam şərait elə gətirdi ki kəsirim oldu arzuma çata bilmədim Ali təhsil ala bilmədim o mənim üçün bu dəqiqə əl çatmaz arzu idi o arzu çata bilməsəmdə İndiki arzuma çatacam ən böyük arzum Nicatıma qovuşmaq və onu dünyanın ən şirin varlığı ilə sevindirmək artıq Həyatımda o var deməli bütün arzularıma çata bilərəm əsas arzum odurki onunla birgə olum.

Sabinka
Mənim ən böyük arzum Ana olmaqdır.Allahdan övlad payımı istəyirəm İNŞALLAH ALLAHIM dualarimızı eşidər.

Konul ALiyeva
Ən böyük arzum qızımla oğlumu xoşbəxt görməkdir. Biz valideynlərə təkcə balalarının xoşbəxtliyi gərəkdir.

Melissa

Mənim ən böyük arzum maşındır.. yəni maşın arzusundayam..

S_E_M_A

Allahın köməkliyi ilə universitetə yüksək balnan qəbul olmaq ən böyük arzumdu.

BuseNaz
Özümə yalnız xoşbəxt olmağı arzuluyuram. Sevilməyi sevməyi və gözəl ailəmin olmasını arzuluyuram. və o Bəyaz gəlinliyi geyməkdi arzum. İnşALLAH Rəbbim mənə arzuma çatdırar.

rovsanee
Ən böyük arzum motoskiletim olsun istəmişəm amma heç olmayıb.

GULL20
Arzularım çoxdu mənim ilk arzum işləmək özüm-öz ayağlarım üstündə durmağımdı sonrakı arzum isə məni anlayan məni başa duşəen mənə olənə kimi hörmət qoyan biri ilə ailə qurmağ onunla hər yeri gezmək və xoşbəxt olmağımdı.

MALIS
Ən böyük arzum ailəmi və sevdiklərimi xoşbəxt görməkdi.

Nazlı_qız
Ən böyük arzum inisututa girmək

Allah hər birinizin arzularıni gərçək eləsin bacılarım  :128:
(səs: 1)
Şərhlər: 17
Baxılıb: 3 592
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri