Madine xoşbəxtdir ona görəki...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 1 681
Səs ver:
(səs: 0)
Mən xoşbəxtəm ona görə ki, Allahım xoşbəxtliyim üçün yetərincə hər şey verib.

Mən həyatı sevirəm ona görə ki, Həyatı işıqlandıran ilham pərilərim var.

Dinimi sevirəm ona görə ki, Allahım ən gözəl xüsusiyyətləri dinimizdə birləşdirib.

Sevgi gözəl hisdir ona görəki, İnsanı yaşayıb yaramağa sövq edir İnsanın görəcəyi hər şeyi gözəlləşdirir

Anamla mübahisə edirəm bəzən ona görə ki, Namazlarını qəza etməsin.

Bəzən məni başa düşmürlər ona görə ki, Dediyimi başa düşmürlər.

İşlərimi çatıra bilmirəm ona görə ki, Körpə uşağım var

Bəzi gecələr ağalayıram ona görə ki, Yaxınlarımın əzizlərimin aqibəti məni narahat edir

Bəzən hər şeydən yoruluram ona görə ki, Düşüncələr məni rahat buraxmır.

Gözəllik qurban tələb edir ona görə ki, Yoldaşının gözündə çalışmalısan həmişə gözəl olasan

Darıxıram ona görə ki, Özəl günlərimdə namaz qılıb səcdəyə gedə bilmirəm

Heyvan ları və bitkiləri çox sevirəm ona görəki, Allahın yaratdığı canlılardı.

Qısqancam ona görə ki, Qısqanclığımdan əl çəkdim çünki yoldaşım məhrəm ,naməhrəm anlayışının fərqinə varan imanlı insandır

Sevdiklərimi heç kəslə paylaşa bilmərəm ona görə ki, Onlara  zərər gələcəklərindən qorxuram.

Bəzən hər şeydən uzaqlaşmaq istəyirəm ona görə ki, Əllərimi rəbbimə açıb dua etmək istəyirəm

Məni nə sevindirir bilmirəm ona görə ki, Məni sevindirəcək mükafat axirətdə veriləcək.

Arzularım, xəyallarım ümüdlərim bir gün gerçəkləşməyəcək deyə qorxuram ona görə ki, Hər gün günaha salacaq bir əməllər etməkdən qorxuram
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 1 681
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri