Mənim sevgi hekayəm layihə (Hekayə 12)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 2 459
Səs ver:
(səs: 2)
Salam gözəl və mehriban xanımlar bu dəfə yeni bir lahiyyə hazırladım.
Bu lahiyyə sizlərin sevgi hekayələriniz olacaq
"MƏNİM SEVGİ HEKAYƏM” ADLI BİR LAHİYƏDİR

Xanımlarımız öz sevgi kekayələrin  yazıb mənə şəxsi ismarcla göndərə bilər.

Bu dəfə gözəl xanımlarımızdan olan "Suzana” nikli userimiz olacaq :122:

Salam  qızlar bu dəfədə mənim sevgi hekayəmi  oxuyun yəqin sizə maraqlı olar bu qızın heç dilindən düşməyən Nicatla sevgi hekayəsi necə olub necə tanış olublar. Bu qədər sevgi bu qızda hardandı bəzən onun haqqında xəbər hazırlayanda bəziləri tərəfindən bəyənilsədə bəyənmiyənlərdə olur mən bunu normal qəbul edirəm hər  kəs bəyənmək məcburiyyətində deyil.  Bizim segimiz dillərə dastan  olacaq şəkildə başlamayıb.  Biz tanış olammşdan əvvəl mənim nə də onun beynində evlilik planı olamyıb mənim üçün evlilik son planda olan bir şey idi .çünki sevgi mənim üçün o qədər mənasız və quru idiki.Həyatım boyu kimisə sevəməmişəm sözün əsl mənasında mənim ilk və son məhəbbətimdir Nicat bəlkədə ona  görə onu çççççooooooxxxxxx sevirəm

Hər şey 10.08.2013- cü ildə başladı yəni ilk məni gördüyü və sevdiyi gün bir sözlə o mənə ilk baxışda vurulub. Hər şey onun əmisi gildən başladı Nicatın əmisi gil bizlə qonşudur. Nicat onlara  gəlmişdi yəni Əmisi qızın atası evinə gətirmişdi həyat yoldaşı ilə birgə. Məndə qızla görüşmək üçün onlara keçdim yəni əmin oldum ki qızdan başqa heç kim yoxdu evdə sən demə bunlar qızın yoldaşı ilə birgə bər-bərə gediblərmiş. Mən qızla görüşdüm evdə onunla söhbət edirdim birdə gördüm maşın səsi gəldi  qız dediki yoldaşımla əmim oğlu gəldi məndə çölə çıxmadım ki onu görmyüm çıxıb  gəlmək isəyirdim ki qızın anası məni qoymadı dediki gəl çörək ye sonra gedərsən məni məcbur orda saxladılar(nicat deyir ki həmin an ürəyim çırpındı  öz özümə dedimki getmə ). Heç başımı qaldırıb ona tərəf baxmadımda heç üzüdə yadımda qalmadı. Hər nəsə çörək yeyib evimizə gəldim.  işlər elə gətirdiki mənim əmim oğlu ilə onun bibisi qızı nişanlandı   yenədə onu gördüm yenədə bir şey hiss etmədimki bu mənə baxır ya yox. Heç ağlımada gəlmirdi mən işə gedib gələndə bunu görürdüm ki Maşınla yanıdan  keçiridi yenədə ağlıma gəlmirdi ki bu mənim üçün gəlir bir sözdə deyim ki Biz uzaq qohumuq yəni babalarımız ögey qardaşdılar. Yəni düşünmədim ki o mənim haqqımda elə fikirləşə bilər. Və nişandan bir ay sonra onalrın toyu oldu. Təsadüfə bax ki biz onun anası gillə bir yerdə oturmuşduq gəlinləri anası və qardaşı. Mən bunu gördüm biz istiqamətə baxdığını gördüm dedim yəqin anası burdadı ona baxır filan. Hər nəsə biz tanış olduq 15.10.2013- cü ildə  artıq biz danışmağa başladıq əyər ona danışmaq demək olardısa atamın,qardaşımın qorxusundan heç gündə toplasan 1 saat danışmırdıq oda ki işdə olurdu evdə qətiyyən danışmırdım . biz 2 ay danışdıq heç onunla 1 metr yolda getmədim qorxumdan ki birdən kimsə görər. Nə deyirdi deyirdim yox olmaz edə bilmərəm  kimsə görər Onu günü gündən daha çox sevirdim nə bilim onsuz yaşaya bilmirdim onu görməyəndə nəfəs belə ala bilmirdim. Gəlib dururdu iş yerinin yanında sadəcə baxırdım çıxıb gedirdi . Nəsə o bunu qane etmirdi. 2 aydan sonra bizə elçi göndərdi 7 yanvarda elçiliyim oldu ailəm razı oldu və yanvarın 17- də nişanım oldu artıq 8 ayın içindədir ki bir yerdəyik bu günə kimi bir dəfədə dalaşmamışıq və biri birimizdən küsməmişik. Bu günə kimi məni bir dəfədə olsub incitmətib qəlbimi qızmayıb. Sadəcə bilirəm ki onu çox sevirəm bilmirəm niyə bu qədər ona  aüdə olmuşam. Onsuz özümü təssəvvür edə bilmirəm İnşallah sevgimiz belə daimi olar.

(səs: 2)
Şərhlər: 13
Baxılıb: 2 459
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri